Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə29/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   25   26   27   28   29   30   31   32   ...   190

91.5.32.  məhkəmə  iclasının  protokolu  ilə  tanış  olmaq  və  ona  dair  qeydlərini 

vermək; 


91.5.33. özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək; 

91.5.34. zərər çəkmiş şəxslə barışmaq; 

91.5.35.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış  məlumatlardan  və  ya  cinayət  prosesinin  digər  iştirakçılarının 

şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək; 

91.5.36.  onun  şikayəti  ilə  cinayət  işinə  apellyasiya,  kassasiya,  əlavə  kassasiya 

qaydasında  və  ya  hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  və  yeni 

açılmış  hallar  üzrə  baxılmasında,  həbsdə  saxlanılmırsa,  cinayət  prosesinin  digər 

iştirakçısının  şikayətinə  etiraz  olduqda,  həmçinin  məhkəmə  iclasında  işin 

materiallarının tədqiqində iştirak etmək; 

xlvii[47]

 

91.5.37.  iş  üzrə  verilmiş  şikayət  və  protestlərdən  xəbərdar  olmaq  və  onlara  öz 



etirazlarını bildirmək; 

91.5.38.  məhkəmə  iclasında  cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən 

verilmiş  vəsatət  və  təkliflər,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə 

öz fikrini bildirmək; 

91.5.39.  cinayət  prosesinin  digər  tərəfinin  qanunsuz  hərəkətlərinə  öz  etirazını 

bildirmək; 

91.5.40.  cinayət  işi  üzrə  icraat  zamanı  sərf  etdiyi  xərclərin  ödənilməsinə  və 

cinayət  prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona 

vurulmuş ziyana görə kompensasiya almaq; 

91.5.41. ittiham sübut olunmadığı halda bəraət almaq; 

91.5.42. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

91.6.  Təqsirləndirilən  şəxs  öz  müdafiəsini  müstəqil  həyata  keçirərkən  onun 

vəziyyətində  mümkün  dərəcədə  bu  Məcəllədə  müdafiəçi  üçün  nəzərdə  tutulmuş 

bütün hüquqlardan istifadə edir. 

91.7.Təqsirləndirilən  şəxsin  öz  hüquqlarından  istifadə  və  ya  bundan  imtina 

etməsi  onun  ziyanına  şərh  edilməməli  və  ona  münasib  olmayan  nəticələrə  gətirib 

çıxarmamalıdır.  Cinayətin  törədilməsinə  aidiyyəti  olmayan  şəxsin  adını  bilərəkdən 

çəkdiyi  hallar  istisna  edilməklə,  təqsirləndirilən  şəxsin  üzərinə  verdiyi  ifadəyə  və 

izahata görə heç bir məsuliyyət qoyula bilməz. 

91.8.  Təqsirləndirilən  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

91.8.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

91.8.2. həbsə alınarkən baxışa və şəxsi axtarışa məruz qalmaq; 

91.8.3.  həkim  müayinəsinə,  əl-barmaq  izlərinin  götürülməsinə,  şəklinin 

çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq; 

91.8.4. müayinəyə məruz qalmaq; 




91.8.5. ekspertiza aparılmasına məruz qalmaq; 

91.8.6.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

91.8.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək 

məhkəmənin iclas zalını tərk etməmək; 

91.8.8. məhkəmə iclasında qaydaya riayət etmək; 

91.8.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

91.9.  Yetkinlik  yaşına  çatmayan  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan 

təqsirləndirilən  şəxsin  hüquqlarını  onun  əvəzinə  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

qaydada qanuni nümayəndə həyata keçirir. 

M a d d ə   9 2 .   M ü d a f i ə ç i

 

92.1. Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının 



ərazisində  vəkillik  fəaliyyətini  həyata  keçirmək  hüququna  malik  olan  vəkil  iştirak 

edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı 

ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. 

92.2.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  bir  neçə  müdafiəçisi  ola  bilər. 

Müdafiəçinin  iştirakı  məcburi  olan  prosessual  hərəkətlər  aparılarkən  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsin  müdafiəçilərindən  hər  hansının  iştirak  etməməsi  bu 

hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz. 

92.3.  Cinayət  prosesində  müdafiəçinin  iştirakı  aşağıdakı  hallarda  təmin 

olunmalıdır: 

92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 

92.3.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  lal,  kor,  kar  olduğuna,  danışmaq, 

eşitmək,  görmək  funksiyalarında  digər  ciddi  qüsurlar  olduğuna,  uzun  sürən  ağır 

xəstəliyinə,  habelə  kəmağıllığa,  aşkar  əqli  zəifliyə  və  ya  digər  qüsurlara  görə 

müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə; 

92.3.3.  cinayət  təqibi  üzrə  icraat  aparılan  anda  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə; 

92.3.4. şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı 

dili bilmədikdə; 

92.3.5.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  cinayəti  törədərkən  yetkinlik  yaşına 

çatmadıqda; 

92.3.6. təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda; 

92.3.7. şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad 

edildikdə; 

92.3.8. şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar 

müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə; 



92.3.9.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  tutulduqda  və  ya  təqsirləndirilən  şəxs 

haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci 

maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə); 

92.3.10.  cinayət  təqibi  cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətləri  keçdikdən 

sonra həyata keçirildikdə; 

92.3.11.  təqsirləndirilən  şəxslərin  qanuni  mənafeləri  arasında  ziddiyyət 

mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda; 

92.3.12.  cinayət  təqibi  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  anlaqsız 

vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə; 

92.3.13. şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda. 

92.4. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur: 

92.4.1.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  müdafiəçini  tələb  edərkən  —  bu 

Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda; 

92.4.2.  şəxs  ilk  dəfə  dindirilərkən,  ona  tutulması  haqqında  cinayət  prosesini 

həyata  keçirən  orqanın  qərarı,  tutma  haqqında  protokol  və  ya  qətimkan  tədbiri 

seçilməsi  haqqında  qərar,  yaxud  ittiham  elan  edilərkən  —  bu  Məcəllənin  92.3.2, 

92.3.4, 92.3.5 və 92.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda; 

92.4.3.  şəxsdə  xəstəlik  və  ya  anlaqsızlıq  aşkar  edilərkən  —  bu  Məcəllənin  92.3.3 

və 92.3.12-ci maddələrində nəzərdə tutulmuş hallarda; 

92.4.4. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılarkən — bu 

Məcəllənin 92.3.6 və 92.3.10-cu maddələrində nəzərdə tutulmuş hallarda; 

92.4.5.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  xüsusi  tibb  (stasionar  müalicə-

psixiatriya) 

müəssisəsinə 

yerləşdirilməsi 

barədə 


prokurorun 

təqdimatına 

məhkəmədə  baxılarkən  —  bu  Məcəllənin  92.3.8-ci  maddəsində  nəzərdə  tutulmuş 

halda; 


92.4.6.  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  tutularkən  və  ya  həbs  qətimkan 

tədbirinin  seçilməsi  barədə  prokurorun  təqdimatına  məhkəmədə  baxılarkən  —  bu 

Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda; 

92.4.7.  təqsirləndirilən  şəxsə  qarşı  ittihama  məhkəmədə  baxılarkən  —  bu 

Məcəllənin 92.3.11-ci maddəsində nəzərdə tutulmuş halda; 

92.4.8.  şübhəli  və  ya təqsirləndirilən  şəxsin  mülki  mühakimə  icraatı  qaydasında 

fəaliyyət  qabiliyyəti  olmadığı  təsdiq  edilərkən  və  ya  cinayət  mühakimə  icraatı 

qaydasında  fəaliyyət  qabiliyyəti  olmadığı  müəyyən  edilərkən  —  bu  Məcəllənin 

92.3.13-cü maddəsində nəzərdə tutulmuş halda. 

92.5. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçiyə malik olduğu halda ondan 

imtina  etmişdirsə,  bu  Məcəllənin  92.3.1-ci  maddəsinə  əsasən  onun  yenidən 

müdafiəçi tələb etməsi məhkəmə istintaqı başlandıqdan sonra müdafiəçinin məcburi 

iştirakını müəyyən edən hal deyil. 

92.6. Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata 

keçirən  orqan  təmin  edir.  Cinayət  təqibi  xüsusi  ittiham  qaydasında  həyata 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə