Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə31/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   27   28   29   30   31   32   33   34   ...   190

92.9.24. cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi 

yardım  göstərildikdə  müdafiə  etdiyi  şəxsin  hesabına,  hüquqi  yardım  pulsuz 

göstərildikdə  isə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  vəsaiti  hesabına  haqq 

almaq; 


92.9.25. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

92.10. Müdafiəçiyə aşağıdakılar qadağan olunur: 

92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti 

etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona 

qarşı  qaldırılmış  mülki  iddianı  qəbul  etmək,  onun  iştirakı  ilə  aparılan  prosessual 

hərəkətlərdə  iştirakdan  imtina  etmək  və  onun  hüquqlarının  həyata  keçirilməsinə 

mane olmaq; 

92.10.2. yeni cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat alınması, 

habelə  müdafiəni  lazımi  qaydada  həyata  keçirməməsinə  görə  vəkilin  məsuliyyət 

məsələsi  həll  edilərkən  müdafiə  olunan  şəxsin  dəlillərinin  təkzib  edilməsi  halları 

istisna  olmaqla,  hüquqi  yardım  göstərilməsi  ilə  əlaqədar  ona  məlum  olan 

məlumatlardan  müdafiə  etdiyi  şəxsin  qanuni  mənafeyi  ziddinə  istifadə  oluna 

bilərsə, onları yaymaq; 

92.10.3.  özbaşına  müdafiədən  imtina  etmək  və  ya  müdafiəçi  qismində 

səlahiyyətlərinə  xitam  vermək,  habelə  təqsirləndirilən  şəxslərin  qanuni  mənafeləri 

arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək; 

92.10.4. başqa müdafiəçinin cinayət prosesində iştirakına və ya dəvət edilməsinə 

mane olmaq; 

92.10.5. cinayət prosesində iştirak etmək üçün öz səlahiyyətlərini başqasına etibar 

etmək; 


92.10.6. müdafiə etdiyi şəxsin razılığı olmadan hər hansı şəxsi şahid və ya ekspert 

qismində  çağırmaq,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  hadisə  ilə  əlaqəsi,  cinayət 

törətməkdə  təqsiri  olduğunu,  zərər  çəkmiş  şəxslə  barışdığını  elan  etmək,  mülki 

iddianı tanımaq, müdafiə etdiyi şəxsin şikayətdən və ya ittiham hökmündən verdiyi 

şikayətdən imtina etmək. 

92.11. Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

92.11.1.  cinayət  prosesində  iştirak  edərkən  qanunun  tələblərini  rəhbər  tutmaq; 

şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni 

üsullarla  həyata  keçirmək;  onun  vəziyyətində  işin  mümkün  dərəcədə  xeyrinə  başa 

çatdırılması  üçün  müdafiə  etdiyi  şəxsə  zəruri  hüquqi  məsləhətlər  vermək  və 

müdafiə  tərəfin  seçdiyi  mövqe  üzrə  hərəkət  etmək;  vəkil  sirrini  qorumaq  və  vəkil 

andına riayət etmək; 

92.11.2. cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq 

edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət 

etmək; 



92.11.3.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  hüquqi  yardım  göstərilməsi  üçün 

cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

92.11.4. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olmadıqda, həmin şəxsin 

razılığı  ilə  onda  olan  əşya  və  sənədləri  cinayət  prosesini  həyata  keçirən  orqana 

təqdim etmək; 

92.11.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 

92.11.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək 

məhkəmənin iclas zalını tərk etməmək; 

92.11.7. məhkəmə iclasında qaydaya riayət etmək; 

92.11.8.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

92.11.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

92.12.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiəçidən  imtina  etməsi 

protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən 

imtinanı yalnız o halda qəbul edir ki,  şübhəli və ya təqsirləndirilən şəxs  bu  barədə 

ərizəni  öz  təşəbbüsü  ilə  könüllü  və  müdafiəçinin  və  ya  müdafiəçi  qismində  təyin 

olunacaq  vəkilin  iştirakı  ilə  vermiş  olsun.  Hüquqi  yardımı  ödəmək  üçün  vəsaitin 

olmaması  üzündən,  habelə  bu  Məcəllənin  92.3.2—92.3.5,  92.3.8,  92.3.12,  92.3.13-cü 

maddələrində  nəzərdə  tutulmuş  hallarda  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və 

ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. 

92.13.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  müdafiəçidən  imtina  etdiyi  andan 

özünü  müstəqil  müdafiə  edən  hesab  olunur.  Müdafiəçidən  imtina  etmiş  şəxs  bu 

imtina  qəbul  edildikdən  sonra  məhkəmə  istintaqı  başlananadək  cinayət  prosesinin 

hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır. 

92.14.  Təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə  şübhəli,  yaxud 

təqsirləndirilən  şəxsə  müəyyən  müdafiəçinin  dəvət  edilməsini  təklif  etməyə  haqlı 

deyil.  Lakin  onlar  müvafiq  ərazi  üzrə  vəkil  qurumunun  rəhbərindən  aşağıdakı 

hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər: 

92.14.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 

92.14.2. cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və 

ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda. 

92.15.  Təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  aşağıdakı  hallarda  müdafiəçinin 

digər  vəkillə  əvəz  edilməsini  müvafiq  ərazi  üzrə  vəkillər  qurumunun  rəhbərindən 

tələb etməyə haqlıdır: 

92.15.1.  müdafiəçi  qismində  seçilmiş  vəkil  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

müvafiq  olaraq  tutulduğu,  yaxud  həbsə  alındığı  andan  6  saat  müddətində  həmin 

şəxslə görüşməyə gəlmədikdə; 

92.15.2.  müdafiəçi  uzun  müddət  ərzində  (hər  bir  halda  5  (beş)  gündən  artıq 

olmamaq  şərti  ilə)  cinayət  prosesində  nəzərdə  tutulmuş  zəruri  istintaq  və  ya  digər 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə