Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə33/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   29   30   31   32   33   34   35   36   ...   190

93.4.22. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində 

və  ya  digər  əsaslarla  götürülmüş  əmlakı,  ona  məxsus  rəsmi  sənədlərin  əslini  geri 

almaq; 

93.4.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 



93.5.  Mülki  cavabdeh  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

93.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

93.5.2.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  müqayisəli  tədqiqat 

üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək; 

93.5.3.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

93.5.4. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək 

məhkəmənin iclas zalını tərk etməmək; 

93.5.5. məhkəmə iclasında qaydaya riayət etmək; 

93.5.6.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və  ya 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

93.5.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

93.6.  Mülki  cavabdeh  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  şahid 

qismində dindirilə bilər. 

93.7.Mülki  cavabdeh  şəxsən  və  ya  nümayəndəsi  vasitəsilə  öz  hüquqlarından 

istifadə edir və vəzifələrini yerinə yetirir. 

X   f ə s i l    

CİNAYƏT PROSESİNDƏ İŞTİRAK EDƏN DİGƏR ŞƏXSLƏR 

M a d d ə   9 4 .   H a l   ş a h i d i

 

94.1.  Cinayət  prosesində  şəxsi  marağı  olmayan,  öz  razılığı  ilə  aşkar  olunan 



faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu 

Məcəllənin  236,  244,  246-cı  maddələrində  nəzərdə  tutulmuş  hallarda  istintaq 

hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola  bilər. 

Təhqiqat,  ibtidai  istintaq,  prokurorluq  orqanlarının  və  məhkəmələrin  əməkdaşları, 

yetkinlik  yaşına  çatmamışlar,  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayanlar, 

cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və 

nitq  qabiliyyətində  qüsurları  olan  və  ya  psixi  xəstəliklərdən  əziyyət  çəkən  şəxslər 

cinayət  işi  üzrə  hal  şahidi  ola  bilməzlər.  Hal  şahidi  qismində  cəlb  olunmuş  hər  bir 

şəxs  onun  iştirakı  ilə  baş  verənləri  tam  və  düzgün  dərk  etmək  qabiliyyətinə  malik 

olmalıdır. 

94.2.  Hal  şahidi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək; 



94.2.2.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  cinayət  prosesində 

iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək; 

94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq; 

94.2.4.  iştirak  etdiyi  istintaq  hərəkəti  aparılarkən  baş  verənləri  diqqətlə  izləmək, 

istintaq hərəkəti aparılan yeri tərk etməmək; 

94.2.5.  müvafiq  istintaq  hərəkəti  protokolunu  imzalamaq,  onun  qeydləri 

protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək; 

94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə 

aparılmış  istintaq  hərəkəti  və  bu  hərəkət  zamanı  aşkar  edilmiş  hallar  barədə 

məlumatları  yaymamaq;  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə, 

kommersiya  və  qanunla  qorunan  digər  sirlərə  toxunan  hallar  barədə  məlumatları 

yaymamaq; 

94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

94.3. Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  məsuliyyət 

daşıyır. 

94.4.  Hal  şahidi  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

94.4.1.  müvafiq  istintaq  hərəkətinin  icraatında  onun  başlanmasından 

qurtarmasınadək iştirak etmək; 

94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi 

zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 

94.4.3.  müvafiq  istintaq  hərəkətinin  icraatı  və  onun  protokolu  ilə  tanış  olarkən 

baş verənlərə dair öz etirazını bildirmək; 

94.4.4.  istintaq  hərəkəti  protokolunu  yalnız  şəxsən  dərk  etdiyi  hallarda 

imzalamaq; 

94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini 

həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 

kompensasiya almaq; 

94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

M a d d ə   9 5 .   Ş a h i d

 

95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham 



tərəfindən  ibtidai  araşdırma  və  ya  məhkəmə  baxışı  zamanı,  müdafiə  tərəfindən  isə 

məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. 

95.2.Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər: 

95.2.1.  azyaşlı  olduqlarına,  fiziki  və  psixi  qüsurlarına  görə  cinayət  təqibi  üzrə 

araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər; 



95.2.2.  müdafiəçi  qismində  hüquqi  yardım  göstərilməsi  ilə  əlaqədar  həmin 

cinayət prosesinə aid olan məlumatları bilən vəkillər; 

95.2.3.  cinayət  prosesində  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki 

cavabdehin  nümayəndəsi  qismində  cinayət  prosesində  iştirakı  ilə  əlaqədar  həmin 

cinayət prosesinə aid məlumatları bilən şəxslər; 

95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, 

yeni  açılmış  hallara  görə  icraatın  təzələnməsi  və  itirilmiş  icraatın  bərpası  halları 

istisna  olmaqla,  öz  prosessual  səlahiyyətlərini  cinayət  prosesi  ilə  əlaqədar  həyata 

keçirmiş  hakim,  andlı  iclasçı,  prokuror,  müstəntiq,  təhqiqatçı  və  ya  məhkəmənin 

iclas katibi. 

95.3. Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, 

mülki  cavabdehin  nümayəndəsi  qismində  iştirakı  ilə  əlaqədar  həmin  cinayət  işinə 

dair  məlumatları  bilən  şəxslər  müdafiə  etdikləri  və  ya  hüquqlarını  təmsil  edən 

şəxsin  razılığı  ilə  onun  xeyrinə  ifadə  verə  bilərlər.  Bu  fakt  həmin  şəxslərin  bundan 

sonra cinayət prosesində iştirakını istisna edir. 

95.4.  Şahid  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

95.4.1.  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışı  ilə  istintaq  və  ya  digər 

prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan 

bütün hallar üzrə suallara tam və düzgün cavab vermək; 

95.4.2.  ifadələrinin  düzgünlüyünü  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin 

protokolunda imzası ilə təsdiq etmək; 

95.4.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  onda  olan  əşyaları, 

sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək; 

95.4.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək; 

95.4.5.  halların  dərk  və  ifadə  edilməsi  qabiliyyətindən  şübhələnməyə  tutarlı 

əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən 

orqanın tələbi ilə ambulator ekspertizadan keçmək; 

95.4.6.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

95.4.7.  məhkəmənin  sərəncamında  olmuş,  məhkəmənin  icazəsi  olmadan  və  ya 

cinayət  təqibi  orqanını  olduğu  yer  barədə  əvvəlcədən  xəbərdar  etmədən  başqa 

əraziyə getməmək; 

95.4.8. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək 

məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək; 

95.4.9. məhkəmə iclasında qaydaya riayət etmək; 

95.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

95.5.  Şahidin  öz  vəzifələrini  icra  etməməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə