Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə27/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   23   24   25   26   27   28   29   30   ...   190

89.4.14.  onun  şikayəti  ilə  cinayət  işinə  kassasiya,  əlavə  kassasiya  qaydasında  və 

ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə 

baxılmasında  cinayət  prosesinin  digər  iştirakçısının  şikayətinə  etirazı  olduqda, 

həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək; 

xlv[45]

 

89.4.15.  məhkəmə  iclasında  cinayət  prosesinin  digər  iştirakçıları  tərəfindən 



verilmiş  vəsatət  və  təkliflər,  habelə  məhkəmə  tərəfindən  həll  edilən  məsələlər  üzrə 

fikrini bildirmək; 

89.4.16.  cinayət  prosesinin  digər  tərəfinin  qanunsuz  hərəkətlərinə  etirazını 

bildirmək; 

89.4.17. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; 

89.4.18. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina 

etmək; 

89.4.19. cinayət prosesinin istənilən anında iddiadan imtina etmək; 



89.4.20. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini 

həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 

kompensasiya almaq; 

89.4.21. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində 

və  ya  digər  əsaslarla  götürülmüş  əmlakı,  ona  məxsus  rəsmi  sənədlərin  əslini  geri 

almaq, cinayət qanunu  ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus 

əmlakını geri almaq; 

89.4.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

89.5.  Mülki  iddiaçı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

89.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 

89.5.2.  mülki  cavabdehlərin  sayına  uyğun  iddia  ərizələrinin  surətinin 

məhkəməyə təqdim olunmasını təmin etmək; 

89.5.3.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  müqayisəli  tədqiqat 

aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək; 

89.5.4.  təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  məhkəmə  iclasında  sədrlik 

edənin göstərişlərinə tabe olmaq; 

89.5.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək 

məhkəmənin iclas zalını tərk etməmək; 

89.5.6. məhkəmə iclasında qaydaya riayət etmək; 

89.5.7.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və  ya 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

89.5.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

89.6.  Mülki  iddiaçı  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  şahid 

qismində dindirilə bilər. 



89.7.  Mülki  iddiaçı  şəxsən  və  ya  nümayəndəsi  vasitəsilə  öz  hüquqlarından 

istifadə edir və vəzifələrini yerinə yetirir. 

I X   f ə s i l    

MÜDAFİƏ TƏRƏFİ 

M a d d ə   9 0 .   Ş ü b h ə l i   ş ə x s

 

90.1. Şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır: 



90.1.1.  ittiham  elan  olunması  üçün  barəsində  tutulma  haqqında  qərar  çıxarılmış 

şəxs; 


90.1.2. cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs; 

90.1.3. haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri 

seçilməsi barədə qərar çıxarılmış şəxs. 

90.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli 

şəxs vəziyyətində saxlamağa haqlı deyil: 

90.2.1. tutulmuş şəxsi — 48 saatdan artıq; 

90.2.2. həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri 

seçilmiş  şübhəli  şəxsi  —  qətimkan  tədbiri  seçilməsi  haqqında  qərarın  elan  edildiyi 

andan 10 (on) gündən artıq. 

90.3. Bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək 

cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş 

qətimkan  tədbirini  ləğv  etməli  və  ya  onun  təqsirləndirilən  şəxs  qismində  cəlb 

edilməsi haqqında qərar çıxarmalıdır. 

90.4. Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan və 

ya  məhkəmə  bu  Məcəllənin  90.2-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətlər 

qurtaranadək şübhəli şəxsi azad etməli və haqqında seçilmiş qətimkan tədbirini ləğv 

etməlidir. 

90.5. Şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya 

təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs 

vəziyyətindən çıxmış hesab olunur. 

90.6. Cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli 

şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və 

üsullardan  istifadə  etməklə  müdafiə  hüququnu  həyata  keçirməsinə  mane 

olmamalıdır. 

90.7. Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi 

andan  şübhəli  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

hüquqları həyata keçirir: 

90.7.1. nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş 

cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); 



90.7.2.  tutulduğu  halda  tutulmanın  əsaslarını  bilmək  və  tutulduğu  andan 

müdafiəçidən  hüquqi  yardım  almaq,  onu  tutmuş  şəxsdən,  təhqiqatçıdan, 

müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; 

90.7.3.  tutulma  haqqında  və  ya  qətimkan  tədbiri  seçilməsi  haqqında  qərarın 

surətini almaq; 

90.7.4.  tutulma  haqqında  protokol  tərtib  olunduqdan  dərhal  sonra  onunla  tanış 

olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək; 

90.7.5.  tutulduğu  və  ya  qətimkan  tədbirinin  seçilməsi  haqqında  qərar  elan 

olunduğu andan müdafiəçiyə malik olmaq; 

90.7.6.  tutulduqdan  dərhal  sonra  ailəsinə,  qohumlarına,  yaşadığı  və  ya  işlədiyi 

(oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək; 

90.7.7.  müstəqil  olaraq  müdafiəçi  seçmək,  onun  səlahiyyətinə  xitam  vermək, 

müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; 

90.7.8.  söhbətlərin  sayı  və  müddəti  məhdudlaşdırılmadan  müdafiəçisi  ilə 

təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 

90.7.9.  müdafiəçinin  yardımından  pulsuz  istifadə  etmək,  öz  vəsatəti  əsasında 

müdafiəçinin iştirakı ilə ifadə vermək; 

90.7.10.  ifadə  (izahat)  vermək,  özünə  və  yaxın  qohumlarına  qarşı  ifadə  (izahat) 

verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək; 

90.7.11. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; 

90.7.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək; 

90.7.13. etirazlar etmək və vəsatətlər vermək; 

90.7.14.  istintaq  və  ya  digər  prosessual  hərəkətlərdə  iştirak  etmək,  yaxud  bu 

Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina 

etmək; 

90.7.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə 



müdafiəçinin yardımı ilə iştirak etmək; 

90.7.16.  cinayət  işinə  əlavə  olunması  üçün  sübutlar  və  digər  materiallar  təqdim 

etmək; 

90.7.17.  cinayət  prosesini  həyata  keçirən  orqanın  hərəkətlərinə  öz  etirazını 



bildirmək  və  bu  etirazın  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolunda 

qeyd edilməsini tələb etmək; 

90.7.18. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə 

tanış  olmaq,  protokoldakı  yazıların  düzgünlüyü  və  tamlığı  barədə  qeydlərini 

vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması 

zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 

90.7.19. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun 

hüquq  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  həmin  orqan  tərəfindən 

məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə