Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə23/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   19   20   21   22   23   24   25   26   ...   190

85.2.3.  şəxsin  tutulduğu,  ittiham  elan  olunduğu  və  ya  həbsə  alındığı  andan 

müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—

153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 

85.2.4.  şübhəli  şəxs  tərəfindən  cinayət  törədilməsini  təsdiq  edən  kifayət  qədər 

sübutlar  toplandığı  halda,  onu  cinayət  işi  üzrə  təqsirləndirilən  şəxs  qismində  cəlb 

etmək və ona ittiham elan etmək; 

85.2.5.  zərurət  olduqda  bu  Məcəllənin  154—157,  160;  163—172-ci  maddələrinin 

tələblərinə  müvafiq  olaraq  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  haqqında  qətimkan 

tədbirinin seçilməsini təmin etmək; 

85.2.6. qanuni əsaslar olmadan və ya bu Məcəllənin 148.4, 158, 159-cu maddələri 

ilə  müəyyən  olunmuş  müddətlərdən  artıq  tutulan  şübhəli  şəxsi,  yaxud  həbsdə 

saxlanılan təqsirləndirilən şəxsi azad etmək; 

85.2.7. prokurorun göstərişlərini icra etmək; 

85.2.8. prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək; 

85.2.9.  bu  Məcəllənin  193-cü  maddəsinə  uyğun  olaraq  şübhəli  və  ya 

təqsirləndirilən şəxsi hüquqi yardım ödənişlərindən azad etmək; 

85.2.10.  müvafiq  şəxsləri  cinayət  işi  üzrə  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı  və  ya 

mülki cavabdeh qismində tanımaq; 

85.2.11.  cinayətin  törədilməsi  nəticəsində  vurulmuş  maddi  ziyanın  ödənilməsi, 

habelə  tətbiq  oluna  biləcək  əmlak  müsadirəsinin  təmin  edilməsi  üçün  tədbirlər 

görmək; 

85.2.12.  bu  Məcəllənin  158,  159,  218—221-ci  maddələrinin  tələblərinə  riayət 

etməklə  ibtidai  istintaqı  başa  çatdırmaq,  habelə  cinayət  işinin  materialları  ilə 

təqsirləndirilən  şəxsi,  onun  müdafiəçisini,  zərər  çəkmiş  şəxsi,  mülki  iddiaçını  və 

onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq 

və  cinayət  işi  üzrə  ittiham  aktını  tərtib  edərək  işi  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokurora göndərmək;  

85.2.13.  şəxsi  həyatın  toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və 

qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;  

85.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

85.3.  Cinayət  işi  üzrə  ibtidai  istintaqı  aparan  müstəntiq  istintaq  və  ya  digər 

prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 

85.4.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  müstəntiq  aşağıdakı 

hüquqları həyata keçirir: 

85.4.1.  hadisə  və  onunla  əlaqəsi  olan  şəxslər  barəsində  məlumatları  əks  etdirən 

sənədləri və digər materialları tələb etmək; 

85.4.2. şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza 

təyin  etmək,  tanınmaya  təqdim  etmək,  baxış,  axtarış,  götürmə,  müayinə  (şəxsi 

müayinə) və digər istintaq hərəkətlərini aparmaq; 



85.4.3.  dövlət  orqanlarından  tərcüməçinin,  mütəxəssisin,  ekspertin  ayrılmasını 

tələb  etmək,  şəxslərin  razılığı  ilə  onları  müvafiq  istintaq  hərəkətlərinə  hal  şahidi, 

tərcüməçi, mütəxəssis və ekspert qismində cəlb etmək; 

85.4.4.  dövlət  orqanlarından  və  ya  auditor  təşkilatlarından  təftişlərin, 

inventarlaşdırmaların,  ekspertizaların  və  digər  yoxlamaların  keçirilməsini  tələb 

etmək; 


85.4.5.  müvafiq  təhqiqat  orqanına  cinayətin  açılması,  itkin  düşmüş  şəxsin  və  ya 

əmlakın  tapılması  üçün  əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsini 

tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq; 

85.4.6. tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin 

aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər 

prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək; 

85.4.7.  müvafiq  təhqiqat  orqanına  və  ya  təhqiqatçıya  ayrı-ayrı  istintaq 

hərəkətlərinin keçirilməsini tapşırmaq; 

85.4.8.  müdafiəçinin  cinayət  işinin  icraatında  iştirakını  istisna  edən  hallar 

müəyyən 


edildikdə, 

onun 


cinayət 

işinin 


icraatında 

iştirak 


etməkdən 

kənarlaşdırılması barədə prokuror qarşısında vəsatət vermək; 

85.4.9.  hal  şahidinə,  tərcüməçiyə,  mütəxəssisə  və  ya  ekspertə  edilmiş  etirazlara 

baxmaq; 


85.4.10.  cinayət  prosesində  iştirak  edən  şəxslərin  vəsatətlərinə  və  cinayət  işinin 

icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq; 

85.4.11. cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq; 

85.4.12.  məhkəmənin  müstəsna  səlahiyyətlərinə  aid  olanlar  istisna  edilməklə 

qətimkan  tədbirlərinin  seçilməsi,  dəyişdirilməsi,  ləğv  edilməsi,  istintaq  və  ya  digər 

prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək; 

85.4.13.  cinayət  işi  üzrə  icraatın  dayandırılması  və  ya  xitam  olunması  barədə 

qərar qəbul etmək; 

85.4.14. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

85.5.  İbtidai  istintaq  apararkən  müstəntiq  təqsirləndirilən  şəxs  qismində  cəlb 

edilməsi, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, cinayətin 

tövsifi,  ittihamın  həcmi,  işin  icraatına  xitam  verilməsi  və  ya  məhkəməyə 

göndərilməsinə  dair  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun  göstərişi,  yaxud  qərarı  ilə  razılaşmadıqda  öz  əsaslandırılmış  etirazını 

yuxarı prokurora göndərməyə haqlıdır. Bu halda yuxarı prokuror onun dəlilləri ilə 

razılaşır  və  aşağı  prokurorun  yazılı  göstərişlərini  ləğv  edir  və  ya  onun  dəlilləri  ilə 

razılaşmayaraq ibtidai istintaqın aparılmasını digər müstəntiqə tapşırır. Prokurorun 

yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır. 

85.6.  Müstəntiqin  bütün  səlahiyyətlərindən  istifadə  edən  istintaq  şöbəsinin 

(bölməsinin,  idarəsinin)  rəisi  (rəis  olmadıqda  müavini)  bu  Məcəllənin  tələblərinə 

əməl edərək: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə