Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə21/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   17   18   19   20   21   22   23   24   ...   190

80.3. Hakimlər kollegiyasının tərkibində cinayət işinə baxan hakim işə baxılması 

ilə  əlaqədar  ortaya  çıxan  bütün  məsələlərin  həllində  digər  hakimlərlə  bərabər 

hüquqlardan istifadə edir. 

80.4.  Andlı  iclasçıların  iştirakı  ilə,  habelə  hakimlər  kollegiyası  tərəfindən 

məhkəmə  baxışı  keçirilərkən  məhkəmə  iclasında  sədrlik  edən  və  ya  cinayət  işinə, 

yaxud  cinayət  təqibi  ilə  bağlı  digər  materiallara  təkbaşına  baxan  hakim  bu 

Məcəllənin 81-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edir. 

M a d d ə   8 1 .   M ə h k ə m ə   i c l a s ı n d a   s ə d r l i k   e d ə n

 

81.1.  Andlı  iclasçıların  iştirakı  ilə  məhkəmə  baxışı  keçirilərkən  məhkəmə 



iclasında  hakim  sədrlik  edir.  Cinayət  işinə  və  ya  materiala  hakimlər  kollegiyası 

tərəfindən  baxılarkən  məhkəmənin  sədri,  onun  müavini  və  ya  hakimlərdən  biri 

sədrlik edir. 

81.2.  Sədrlik  edən  məhkəmə  iclasının  gedişinə  rəhbərlik  edir,  cinayət  işinə 

ədalətlə  baxılmasının  təmin  edilməsi  və  məhkəmə  baxışına  və  məhkəmə  iclasında 

iştirak edən şəxslərin davranışına aid digər prosessual tələblərə əməl edilməsi üçün 

bu  Məcəllədə  nəzərdə  tutulmuş  bütün  tədbirləri  görür.  Məhkəmə  iclasında  sədrlik 

edən  baxılan  cinayət  işinə  və  materiala  aidiyyəti  olmayanları  məhkəmə  baxışından 

kənarlaşdırır. 

81.3.  Andlılar  məhkəməsinin  iclasında  sədrlik  edən  hakim,  verdikt  çıxarılması 

istisna  olmaqla,  cinayət  işinə  baxılması  ilə  əlaqədar  bütün  məsələlər  üzrə 

məhkəmənin  səlahiyyətlərini  həyata  keçirir.  Sədrlik  edən  məhkəmə  iclasının 

gedişində  andlı  iclasçıların  sübutları  tədqiq  etməsini  və  tam  qavramasını,  onların 

hüquqlarının həyata keçirilməsini təmin edir. 

81.4.  Hakimlər  kollegiyası  tərəfindən  işə  baxılarkən  məhkəmə  iclasında  sədrlik 

edən hakim işə baxılması və həll edilməsi ilə bağlı bütün məsələləri digər hakimlərin 

müzakirəsinə verir. 

M a d d ə   8 2 .   A n d l ı   i c l a s ç ı

 

82.1.  Andlı  iclasçı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  aşağıdakı  vəzifələri 



yerinə yetirməlidir: 

82.1.1.  cinayət  işinə  baxılmasında  iştirak  etmək  üçün  seçmə  zamanı  məhkəmə 

iclasına gəlmək və sədrlik edənin suallarına düzgün cavab vermək; 

82.1.2.  özü  və  digər  şəxslərlə  münasibətləri  barədə  məhkəmə  iclasında  sədrlik 

edənə əlavə məlumatlar təqdim etmək; 

82.1.3.  bu  Məcəllənin  367.2-ci  maddəsində  müəyyən  edilmiş  mətn  üzrə  and 

içmək; 

82.1.4. məhkəmə iclasının qaydalarına əməl etmək və məhkəmə iclasında sədrlik 



edənin göstərişlərinə tabe olmaq; 


82.1.5.  məhkəmə  iclasında  fasilə  elan  edildikdə  və  ya  işə  baxılması  təxirə 

salındıqda məhkəmə iclasında sədrlik edənin təyin etdiyi vaxtda məhkəmə baxışının 

davam etdirilməsi üçün gəlmək; 

82.1.6.  məhkəmə  iclasında  sədrlik  edən  hakim  tərəfindən  qoyulmuş  hər  bir 

xüsusata  dair  sual-cavabında  və  ya  verdikt  çıxarılması  məsələləri  ilə  əlaqədar 

müşavirə otağında təsdiqedici və ya inkaredici səs vermək; 

82.1.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla 

qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

82.1.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

82.2. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı 

hüquqları həyata keçirir: 

82.2.1. məhkəmədə baxılan sübutların tədqiqində iştirak etmək; 

82.2.2. məhkəmə iclasında sədrlik edənə müraciət edərək cinayət hadisəsinə dair 

onlara aid olmayan halların müəyyən edilməsi üçün suallar verilməsini xahiş etmək; 

82.2.3.  maddi  sübutlara,  sənədlərə,  əraziyə  və  binalara  baxış  keçirilməsində, 

məhkəmədə aparılan digər bütün istintaq hərəkətlərində iştirak etmək; 

82.2.4.  baxılan  cinayət  işinə  aid  qanunun  normalarını,  məhkəmədə  elan  edilən 

sənədlərin  məzmununu,  cinayətin  törədilməsində  təqsirləndirilən  şəxsin  təqsirli 

bilindiyi  cinayətlərin  əlamətlərini  və  aydın  olmayan  anlayışları  izah  etməyi 

məhkəmə iclasında sədrlik edəndən xahiş etmək; 

82.2.5. məhkəmə iclasında sədrlik edən, yazılı müraciət edərək mütəxəssisə onun 

səlahiyyətinə aid məsələlərin izah olunmasını xahiş etmək; 

82.2.6. məhkəmə iclasında yazılı qeydlər aparmaq. 

82.3. Andlı iclasçıya aşağıdakılar qadağandır: 

82.3.1. cinayət işinə baxılarkən məhkəmə iclası zalını tərk etmək; 

82.3.2. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan baxılan işin mahiyyəti 

ilə əlaqədar hər hansı şəxslə ünsiyyət saxlamaq; 

82.3.3.  baxılan  cinayət  işinə  dair  məhkəmə  iclasından  kənarda  məlumat 

toplamaq. 

M a d d ə   8 3 .   A n d l ı   i c l a s ç ı l a r ı n   a p a r ı c ı s ı

 

83.1.  Andlı  iclasçıların  aparıcısı  məhkəmə  iclasında  işə  baxılması  zamanı  ortaya 



çıxan  bütün  məsələlərin  həllində  və  andlı  iclasçılar  kollegiyası  tərəfindən  verdikt 

çıxarılmasında digər andlı iclasçılarla bərabər hüquqlardan istifadə edir. 

83.2.  Digər  andlı  iclasçıların  birgə  ümumi  vəzifələri  ilə  yanaşı  andlı  iclasçıların 

aparıcısı aşağıdakı əlavə vəzifələri yerinə yetirir: 

83.2.1.  baxılan  cinayət  işinin  müzakirəsində  andlı  iclasçıların  hər  birinin 

iştirakına  bərabər  imkanlar  yaratmaqla  onların  müşavirələrinin  gedişinə  rəhbərlik 

etmək; 



83.2.2. müşavirə otağında andlı iclasçılara sual vərəqəsini elan etmək; 

83.2.3. zərurət olduqda andlı iclasçılar kollegiyasında səsverməni təşkil etmək və 

onun nəticələrini yekunlaşdırmaq; 

83.2.4.  sual  vərəqəsindəki  suallara  andlı  iclasçılar  kollegiyasının  cavablarını 

yazmaq; 

83.2.5. məhkəmə iclasında andlı iclasçılar kollegiyasının verdiktini elan etmək; 

83.2.6.  andlı  iclasçıların  tapşırığı  ilə  məhkəmə  iclasında  sədrlik  edənə  xahişlə 

müraciət etmək. 

V I I I   f ə s i l    

İTTİHAM TƏRƏFİ 

M a d d ə   8 4 .   P r o k u r o r

 

84.1. Cinayət təqibini həyata keçirərkən prokuror cinayət işinin bütün hallarının 



tədqiqi  nəticəsinə  əsaslanaraq  yalnız  qanunun  tələblərini  və  daxili  inamını  rəhbər 

tutur. 


84.2.  Prokuror  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

84.2.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq 

və  bu  halda  müstəntiqin  səlahiyyətlərindən  istifadə  edərək  onun  ibtidai  istintaqını 

aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq; 

84.2.2. cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək; 

84.2.3. məhkəmədə mülki iddia qaldırmaq və onu müdafiə etmək; 

84.2.4. məhkəmədə cinayət işi üzrə ittihamı müdafiə etmək; 

84.2.5. cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək. 

84.3.  Cinayət  işi  üzrə  məhkəməyədək  icraat  zamanı  bu  Məcəllənin 

müddəalarının  icrası  və  tətbiqinə  həmin  iş  üzrə  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokuror  məsuliyyət  daşıyır.  Cinayət  işi  üzrə  ibtidai 

istintaq  aparmış,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirmiş  və  ya 

məhkəmədə  dövlət  ittihamçısı  qismində  iştirak  etmiş  prokuror  şəxsi  həyatın 

toxunulmazlığına,  ailə,  dövlət,  peşə,  kommersiya  və  qanunla  qorunan  digər  sirlərə 

toxunan hallar barədə məlumatları yaymamalıdır. 

84.4.  Cinayət  işi  üzrə  ibtidai  istintaq  aparmış  və  ya  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirmiş  prokuror  məhkəmə  baxışında  dövlət 

ittihamçısı qismində iştirak edə bilməz. 

84.5.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  cinayət 

işi  üzrə  aparılan  təhqiqata  və  ibtidai  istintaqa  nəzarət  edərkən  aşağıdakı  hüquqları 

həyata keçirir: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə