Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə22/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   18   19   20   21   22   23   24   25   ...   190

84.5.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və 

həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq; 

84.5.2.  təhqiqatçıdan  və  ya  müstəntiqdən  cinayət  işinin  materiallarını, 

sənədlərini,  ibtidai  araşdırmanın  gedişi  haqqında  məlumatları  tələb  etmək,  habelə 

cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi 

vəziyyəti ilə yerində tanış olmaq; 

84.5.3.  cinayət  işinin  ibtidai  istintaqı  aparan  bir  orqandan  digərinə  verilməsi 

halları  istisna  olmaqla,  istintaqın  hərtərəfli,  tam  və  obyektiv  aparılmasını  təmin 

etmək məqsədi ilə , habelə qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət 

işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya 

müstəntiqin icraatına vermək; 

84.5.4. cinayət işi üzrə ibtidai araşdırmanı istintaq qrupuna tapşırmaq və qrupun 

tərkibini müəyyən etmək; 

84.5.5.  vəkilin  cinayət  prosesində  iştirakını  istisna  edən  hallar  müəyyən 

edildikdə, onu cinayət işi üzrə icraatdan kənarlaşdırmaq; 

84.5.6.  təhqiqatçıya  və  ya  müstəntiqə,  habelə  onların  özü-özünə  verilmiş 

etirazlara baxmaq; 

84.5.7.  hadisənin  araşdırılması,  qətimkan  tədbirinin  seçilməsi,  dəyişdirilməsi  və 

ya  ləğv  edilməsi,  əməlin  tövsifi,  cinayət  törətmiş  şəxsin  axtarışı,  ittiham  aktının 

məzmunu,  qərarların  qəbul  edilməsi,  habelə  istintaq  və  ya  digər  prosessual 

hərəkətlərin  aparılması  barədə  təhqiqatçıya  və  ya  müstəntiqə  yazılı  göstərişlər 

vermək; 

84.5.8.  təhqiqatçının  və  ya  müstəntiqin  qanunsuz  və  əsassız  qərarlarını  ləğv 

etmək; 

84.5.9.  təhqiqatçının  və  ya  müstəntiqin  qərar  və  hərəkətlərindən  verilmiş 



şikayətlərə baxmaq; 

84.5.10.  toxunulmazlıq  hüququndan  istifadə  edən  şəxsin  cinayət  təqibi  zərurəti 

yarandıqda, onun toxunulmazlıq hüququndan məhrum edilməsinə razılıq verilməsi 

barədə müvafiq orqan qarşısında vəsatət vermək üçün Azərbaycan Respublikası Baş 

Prokurorluğuna müraciət etmək; 

84.5.11.  təqsirləndirilən  şəxsin  barəsində  həbs  qətimkan  tədbirinin  seçilməsi, 

həbsdə  saxlama  müddətinin  artırılması,  habelə  bu  Məcəllənin  177,  443  və  444-cü 

maddələrində nəzərdə tutulmuş hallarda təqdimatla məhkəməyə müraciət etmək; 

84.5.12.  məhkəmə  qarşısında  cinayət  prosesini  həyata  keçirən  orqanı  təmsil 

etmək; 


84.5.13.  bu  Məcəllənin  39,  40-cı  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

təqsirləndirilən  şəxsə  qarşı  cinayət  təqibinə  xitam  vermək  və  cinayət  təqibindən 

imtina etmək; 



84.5.14.  ittiham  aktını,  habelə  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda 

təhqiqatçının  və  ya  müstəntiqin  qərarlarını  təsdiq  etmək,  yaxud  bundan  imtina 

edərək icrası məcburi olan göstərişləri ilə cinayət işini müstəntiqə qaytarmaq; 

84.5.15. cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları mahiyyəti 

üzrə baxılması üçün məhkəməyə göndərmək; 

84.5.16.  cinayət  işi  üzrə  müvafiq  qərarları  şəxsən  qəbul  etmək,  ayrı-ayrı  istintaq 

və ya digər prosessual hərəkətləri həyata keçirmək; 

84.5.17.  cinayətin  açılması,  itkin  düşmüş  şəxsin  və  ya  əmlakın  tapılması  üçün 

əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər 

barədə məlumat almaq; 

84.5.18. hadisələr və onlarla əlaqəsi olan şəxslər barədə sənədləri və materialları 

tələb etmək; 

84.5.19.  təhqiqatçı  və  ya  müstəntiq  tərəfindən  tutulma,  məcburi  gətirilmə  və  ya 

digər  prosessual  məcburiyyət  tədbirlərinin  aparılmasının  qanuniliyinə  nəzarət 

etmək, habelə prosessual hərəkətlərin aparılmasını təhqiqat orqanına tapşırmaq; 

84.5.20.  zərər  çəkmiş  şəxsin,  şahidin  və  cinayət  prosesində  iştirak  edən  digər 

şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin etmək; 

xxxix[39]

 

84.5.21. qanuni əsaslar olmadan və ya bu Məcəllənin 148.4, 158, 159-cu maddələri 



ilə  müəyyən  olunmuş  müddətlərdən  artıq  tutulan  şübhəli  şəxsi,  yaxud  həbsdə 

saxlanılan təqsirləndirilən şəxsi azad etmək; 

84.5.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

84.6. Xüsusi  ittiham qaydasında cinayət təqibi halları  istisna olmaqla, məhkəmə 

baxışında  dövlət  ittihamçısı  qismində  iştirak  edərkən  prokuror  bu  Məcəllədə 

nəzərdə tutulmuş qaydalara riayət etməklə aşağıdakı hüquqlara malikdir: 

84.6.1. etirazlar etmək; 

84.6.2. vəsatətlər vermək; 

84.6.3.  məhkəmədə  həll  edilən  məsələlər  və  cinayət  prosesinin  digər 

iştirakçılarının vəsatətləri üzrə öz rəyini bildirmək; 

84.6.4.  ittiham  tərəfinin  sübutlarını  məhkəməyə  təqdim  etmək,  habelə 

məhkəməyə  sübutların  təqdim  olunması  məqsədi  ilə    məhkəmənin  qərarı  ilə 

prosessual məcburiyyət tədbirləri tətbiq etmək; 

84.6.5. birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqında 

və işin materiallarının tədqiqində iştirak etmək; 

84.6.6.  birinci  instansiya  məhkəməsinin  iclasında  andlı  iclasçıların  seçilməsində 

iştirak etmək; 

84.6.7. müdafiə tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək; 

84.6.8.  qeyd  olunmalı  hərəkətlərin  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin 

protokoluna və ya məhkəmənin iclas protokoluna daxil edilməsini tələb etmək; 




84.6.9.  bu  Məcəllənin  41.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək; 

84.6.10.  birinci və apellyasiya  instansiyası məhkəmələrində giriş, yekun nitqi və 

replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış 

etmək; 

84.6.11.  məhkəmələrdə  cinayət  işinin  və  ya  məhkəməyədək  sadələşdirilmiş 



icraatın  materialları  ilə  tanış  olmaq,  hökmdən  və  məhkəmənin  digər  qərarlarından 

protest vermək; 

xl[40]

 

84.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 



84.7. Dövlət ittihamçısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

84.7.1. məhkəmə iclasında qaydaya riayət etmək; 

84.7.2. məhkəmə iclasında sədrlik edənin sərəncamlarına tabe olmaq; 

84.7.3. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri icra etmək. 

84.8.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  yuxarı 

prokurorun  göstərişlərini  yerinə  yetirməlidir.  Təqsirləndirilən  şəxs  qismində  cəlb 

edilməsi,  qətimkan  tədbirinin  seçilməsi  və  ya  dəyişdirilməsi,  cinayətin  tövsifi, 

ittihamın  həcmi,  işin  icraatına  xitam  verilməsi  və  ya  məhkəməyə  göndərilməsinə 

dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual 

rəhbərliyi  həyata  keçirən  prokuror  öz  əsaslandırılmış  etirazını  yuxarı  prokurora 

göndərməyə  haqlıdır.  Bu  halda  yuxarı  prokuror  onun  dəlilləri  ilə  razılaşır  və  öz 

yazılı  göstərişlərini  geri  götürür  və  ya  onun  dəlilləri  ilə  razılaşmayaraq  cinayət  işi 

üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır. Prokurorun 

yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır. 

M a d d ə   8 5 .   M ü s t ə n t i q

 

85.1.  Cinayət  təqibini  həyata  keçirərkən  müstəntiq  qanunun  tələblərini  rəhbər 



tutaraq,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, 

istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. 

85.2.  Müstəntiq  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı 

vəzifələri yerinə yetirməlidir: 

85.2.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatlara  baxmaq,  kifayət  qədər  səbəblər  və  əsaslar  olduqda  cinayət  işi 

başlamaq,  işi  öz  icraatına  götürmək,  cinayətin  açılması,  işin  hərtərəfli,  tam  və 

obyektiv  araşdırılması  üçün  zəruri  tədbirlər  görmək,  səlahiyyəti  daxilində  bütün 

istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək; 

85.2.2.  şübhəli  şəxsə  tutulduğu,  təqsirləndirilən  şəxsə  isə  ittiham  elan  olunduğu 

və  ya  həbs  edildiyi  andan  hüquqlarını  bildirmək,  müvafiq  olaraq  tutulmasının, 

cinayət  məsuliyyətinə  cəlb  edilməsinin  və  ya  həbsə  alınmasının  səbəblərini  izah 

etmək; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə