Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə25/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   21   22   23   24   25   26   27   28   ...   190

86.4.10.  məhkəmənin  müstəsna  səlahiyyətlərinə  aid  olanlar  istisna  edilməklə, 

qətimkan  tədbirlərinin  seçilməsi,  dəyişdirilməsi,  ləğv  edilməsi,  istintaq  və  ya  digər 

prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək; 

86.4.11.  cinayət  işinin  icraatına  xitam  verilməsi  barədə  qərar  qəbul  etmək  və 

təsdiq olunması üçün prokurora təqdim etmək; 

86.4.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

86.5. Təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-

axtarış tədbirləri keçirməyə haqlı deyil. 

86.6. Cinayət işi prokuror və ya müstəntiq tərəfindən  icraata qəbul olunduqdan 

sonra  təhqiqatçı  ayrı-ayrı  istintaq  hərəkətlərini,  habelə  müvafiq  əməliyyat-axtarış 

tədbirlərini  yalnız  prokurorun  və  ya  müstəntiqin  göstərişləri  ilə  işlədiyi  təhqiqat 

orqanı vasitəsilə həyata keçirir. 

86.7.  Təhqiqat  orqanının  rəhbəri  bu  Məcəllənin  tələblərinə  əməl  edərək  öz 

səlahiyyətləri daxilində: 

86.7.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlərə  dair  daxil  olmuş  ərizə  və  digər 

məlumatların  qeydiyyata  alınmasını  təşkil  edir,  onlara  baxılmasını,  cinayət  işi  üzrə 

təhqiqatın  və  ya  ayrı-ayrı  istintaq  hərəkətlərinin  aparılmasını  təhqiqatçıya,  yaxud 

təhqiqatçılar qrupuna tapşırır; 

86.7.2. təhqiqatçının cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün 

vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir; 

86.7.3.  öz  səlahiyyətləri  daxilində  fəaliyyət  göstərən  prokurorun  təhqiqat  və 

əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və  tətbiqini  yoxlamaq 

imkanını  təmin  edir,  habelə  prokurorun  və  müstəntiqin  göstərişlərinin  və 

qərarlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir; 

86.7.4. məhkəmə qərarlarının yerinə yetirilməsini təşkil edir. 

86.8.  Təhqiqat  orqanının  əməkdaşı  bu  Məcəllənin  tələblərinə  əməl  edərək  öz 

səlahiyyətləri daxilində: 

86.8.1.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllərin  qarşısının  alınması  üçün 

tədbirlər görür; 

86.8.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli 

şəxsləri tutur; 

86.8.3. tutduğu yerdə tutulan şəxsin üstünü yoxlayır; 

86.8.4. tutulan şəxsə onun hüquqlarını izah edir; 

86.8.5.  hadisə  yerinin  mühafizəsi,  cinayətin  izlərinin  qorunması,  hadisəni  görən 

şəxslərin müəyyən edilib izahatlarının alınması üçün zəruri tədbirlər görür; 

86.8.6.  hadisə  yerində  prosessual  hərəkətlərin  həyata  keçirilməsi  üçün 

müstəntiqin və ya prokurorun göstərişlərini yerinə yetirir. 

M a d d ə   8 7 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s

 



87.1.  Cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməl  nəticəsində  fiziki  şəxsə  birbaşa 

mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər 

çəkmiş şəxs qismində tanınır. 

87.2.  Törədilmiş  cinayət  nəticəsində  zərər  çəkmiş  şəxs  ölmüşsə,  bu  maddədə 

nəzərdə  tutulmuş  zərər  çəkmiş  şəxsin  hüquqlarını  onun  yaxın  qohumları  həyata 

keçirirlər. 

87.3.  Cinayət  nəticəsində  mənəvi  və  ya  maddi  ziyan  dəymiş  hüquqi  şəxs  zərər 

çəkmiş  şəxs  qismində  tanına  bilər.  Belə  halda  bu  maddədə  nəzərdə  tutulmuş  zərər 

çəkmiş  şəxsin  hüquq  və  vəzifələrini  hüquqi  şəxsin  müvəkkil  edilmiş  nümayəndəsi 

həyata keçirir. 

87.4. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar 

qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan 

anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar 

kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 

87.5.  Zərər  çəkmiş  şəxs  qismində  tanındıqdan  sonra  şəxsin  zərər  çəkmiş  şəxs 

qismində  qalmasına  əsaslar  olmadığı  müəyyən  edilərsə,  təhqiqatçı,  müstəntiq, 

prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində 

zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. 

87.6.  Zərər  çəkmiş  şəxs  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

aşağıdakı hüquqları həyata keçirir: 

87.6.1. ittihamın mahiyyətini bilmək; 

87.6.2. ifadə vermək; 

87.6.3. izahat vermək; 

87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün 

materiallar təqdim etmək; 

87.6.5. etirazlar etmək; 

87.6.6. vəsatətlər vermək; 

87.6.7.  məhkəmə  istintaqı  başlananadək  hər  an  onun  xüsusi  ittihamçı  qismində 

tanınmasını tələb etmək; 

87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını 

bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında 

qeyd olunmasını tələb etmək; 

87.6.9.  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  protokolları  ilə 

tanış  olmaq  və  protokoldakı  yazıların  düzgünlüyü  və  tamlığı  barədə  qeydlər 

vermək;  istintaq  və  ya  digər  prosessual  hərəkətlərdə  iştirak  edərkən,  habelə 

məhkəmə  iclasında  qeyd  olunması  zəruri  olan  halların  protokolda  öz  əksini 

tapmasını  tələb  etmək;  məhkəmə  iclasının  protokolu  ilə  tanış  olmaq  və  ona 

qeydlərini vermək; 




87.6.10.  ibtidai  istintaq  başa  çatdığı,  o  cümlədən  cinayət  işinin  icraatına  xitam 

verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini 

çıxarmaq; 

87.6.11.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında  və  işin 

materiallarının tədqiqində iştirak etmək; 

87.6.12.  birinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  iclaslarında 

nümayəndəsi olmadıqda nitq və replika söyləmək; 

87.6.13.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  qəbul  edilmiş,  onun 

hüquq  və  qanuni  mənafeyinə  toxunan  qərarlar  haqqında  həmin  orqan  tərəfindən 

məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə 

icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin 

rədd  olunması  barədə  qərarların,  ittiham  aktının,  hökmün  və  ya  məhkəmə 

qərarlarının surətlərini almaq; 

87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından 

və  hərəkətlərindən,  o  cümlədən  hökmdən  və  məhkəmənin  digər  qərarlarından 

apellyasiya və ya kassasiya şikayəti vermək; 

KM1

 

87.6.15.  xüsusi  ittiham  qaydasında  cinayət  təqibini  həyata  keçirərkən 



təqsirləndirilən şəxslə barışmaq; 

87.6.16.  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  onun  nəzərinə 

çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona 

məlum olmuş hallara etirazını bildirmək; 

87.6.17.  onun  şikayəti  ilə  cinayət  işinə  kassasiya,  əlavə  kassasiya  qaydasında  və 

ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə 

baxılmasında,  yaxud  cinayət  prosesinin  digər  iştirakçısının  şikayətinə  etirazı 

olduqda iştirak etmək; 

xliv[44]

 

87.6.18.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməl  nəticəsində  ona  vurulmuş 



ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq; 

87.6.19.  cinayət  işi  üzrə  icraat  zamanı  sərf  edilmiş  xərclərin  ödənilməsinə  və 

cinayət  prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hərəkətləri  nəticəsində  ona 

vurulmuş ziyana görə kompensasiya almaq; 

87.6.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində 

və  ya  digər  əsaslarla  götürülmüş  əmlakı,  ona  məxsus  rəsmi  sənədlərin  əslini  geri 

almaq; cinayət qanunu  ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus 

əmlakı geri almaq; 

87.6.21. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; 

87.6.22.  özü  və  ya  nümayəndəsi  tərəfindən  verilmiş  hər  hansı  şikayətdən,  o 

cümlədən  ona  qarşı  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllərin  törədilməsi 

haqqında şikayətdən imtina etmək; 

87.6.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə