Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

 
175 
Siz 
bu 
müsibətli 
böhranının 
yatmasına, 
qarmaqarışıqlıgın 
aradan 
 
getməsinə 
dözmədiniz. 
Tələsərək  yel  vurub  fitnə  közünü  daha  da  alovlandırmağa 
başladınız. İnsanlar arasında fəsadı daha da gücləndirdiniz. 
Şeytanın  dəvətini  qəbul  edib  yolunuzu  azdınız.  Haqq 
dininin  nurunu  söndürdünüz.  Peyğəmbər(s)-in  hökm  və 
sünnətini  tərk  etdiniz.  Əsassız  bəhanələrlə  öz  çirkin 
məqsədlərinizi  icra  etdiniz.  Həqiqətdə  isə,  həzrəti- 
Mühəmməd(s)-in  Əhli-beytinə  xəyanət  və  zülmü  rəva 
gördünüz. 
Biz  sizin  iti  bıçaqlarınızın  qarşısında  səbir  edib 
böhtan və tənələrinizə dözürük». 
Fatimə(s.ə)-nin Fədək haqqındakı dəlilləri. 
«Siz  belə  düşünürsünüz  ki,  biz  Rəsuli-əkrəm(s)-in 
heç  bir  irsinə  sahib  deyilik?  Məgər  cahiliyyət  dövrünün 
qanunlarına tabesiz? 
«Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? 
Tam qənaət sahibi olan bir  camaat üçün Allahdan daha 
yaxşı hökm verə bilən kimdir?» («Maidə», 50) 
Siz  mənim  Peyğəmbər  qızı  olmağıma  şübhəmi 
edirsiniz?  Halbuki  gün  kimi  aydındır  ki,  mən  Peyğəmbər 
qızıyam. 
Ey  müsəlmanlar!  Heç  rəvadırmı,  mən  öz  irsimdən 
məhrum olam? 
Ey  Əbu  Quhafənin  oğlu  (Əbu  Bəkr)!  «Quran»da 
yazılıbmı  ki,  sən  öz  atandan  irs  aparasan,  lakin  sənin 
əqidənə görə, mən atamdan irs aparmayım? 
«Çox qəribə və pis iş gördün». («Məryəm», 27) 
Qəsdən  Allahın  kitabını  tərk  edib  səmavi  hökmləri 
kənaramı atırsan? Halbuki Allah-təala buyurur: 
«Süleyman Davuddan irs apardı». («Nəhl», 16) 
 
176 
Həzrəti-Yəhya 
«İbn 
Zəkəriyyanın 
dastanı»nda 
Zəkəriyyanın dilindən buyurur: 
«Sən  öz  qüdrətinlə  mənə  bir  canişin  bəxş  et  ki, 
mənim və Ali- Yəqubun varisi olsun». 
Yenə də buyurur: 
«Qohumlar  Allahın  kitabında  (lövhi-məhfuzda  və 
ya  «Quran»da  irs,  varislik  baxımından)  bir-birinə  daha 
yaxındırlar». («Ənfal», 75) 
Həzrəti-Yəhya yenə də belə buyurur: 
 «Allah  övladlarınız  haqqında  sizə  tövsiyə  edərək 
buyurur  ki,  oğula  iki  qız  hissəsi  qədər  pay  düşür». 
(«Nisa», 11) 
Başqa bir ayədə buyurıur: 
«(Sizin  hər  birinizi  ölüm  haqlayan  zaman)  Qoyub 
gedəcəyiniz 
maldan 
valideynlərinizə, 
yaxın 
qohumlarınıza  verilməsi  üçün  ədalət  üzrə  (malın  üçdə 
birindən  çox  olmamaq  şərtilə)  vəsiyyət  etməyiniz 
zəruridir. Müttəqilərə (bu) vacibdir». («Bəqərə», 180) 
Siz  belə  güman  edirsiniz  ki,  ata  malından  mənim 
nəsibim  yoxdur  və  gərək  atamdan  irs  aparmayam.  Allah 
şərif  ayələrdə  bütün  insanları  nəzərdə  tutumuşdur.  Məgər 
bu  ayələr  bütün  təbəqələrə  şamil  deyillərmi?  Atam  bu 
ayələrin  əhatəsindən  xaricdirmi?  Məgər  Mən  və  Atam  bir 
dinin  və  ümmətin  fərdlərindən  sayılmırıqmı?  Siz  məgər 
«Quran»  ayələrindən  Atam  və  əmim  Oğlundan  daha  çox 
xəbərdarsınız? 
Bu  gün  necə  istəyirsiniz,  elə  də  edin.  Lakin  sabah 
qiyamət  günü  böyük  Allah  sizinlə  bizim  aramızda 
hakimlik  edəcək.  O  gün  bizim  rəhbərimiz  Peyğəmbər(s) 
olacaqdır.  O  zaman  yolunu  azmışlar  böyük  zəlalətə  düçar 
olacaqdır.  Lakin  sonrakı  peşmançılığın  onların  hallarına 
heç bir faydası yoxdur. 


 
177 
«Hər  bir  xəbərin  («Quran»da  sizə  xəbər  verdiyim 
əzabın  Allah  tərəfindən  təqdir  olunmuş)  müəyyən  bir 
vaxtı vardır». («Ənam», 67) 
«Onda  rüsvayedici  əzabın  kimə  gələcəyini  və  kimin 
əbədi əzaba düçar olacağını biləcəksiniz!» («Hud», 39) 
 
Mədinə müsəlmanlarının tənqidi.  
Sonra 
Fatimə(s.ə) 
üzünü 
ənsarlara
__
Mədinə 
müsəlmanlarına çevirib buyurdu: 
«Ey  qəhrəmanlar  dəstəsi!  Dinin  dayaqı  və  İslamın 
yavərləri. Mənim barəmdə niyə belə süstlük edib harayıma 
hay 
vermirsiniz? 
Məgər 
atam 
Rəsululllah(s) 
buyurmamışdır  ki,  övladları  haqqında  ataların  hüququna 
riayət  edin?  Nə  tez  dəyişildiniz?  İmkanınız  ola-ola,  haqqı 
əda  etməkdən  boyun  qaçırırsınız.  Sizin  üçün  mənim 
hüququmu müdafiə etmək asandır. Həzrəti-Mühəmməd(s)-
in  vəfatından  çox  keçməmiş  siz  onun  dinini  bu  tezliklə 
aradan götürmək istəyirsiniz. Allaha and olsun, onun vəfatı 
elə  böyük  müsibətdir  ki,  təsiri  hər  yeri  bürümüş,  elə  bir 
çaxnaşma  salmışdır  ki,  bu  çaxnaşmanı  sakitləşdirəcək  bir 
kəs yoxdur. 
Bilin  ki,  deyilməli  hər  nə  var  idisə,  dedim, 
baxmayaraq  ki  sizi  alçaqlıq  və  zəlalət  bürüdüyü  üçün 
onların faydası olmadığına yəqinim var. Lakin nə edim ki, 
ürəyimin  qəmi  tüğyan  edib  qəlbimi  sıxdı.  Ürəyimdəkiləri 
höccəti tamam etməkdən ötrü, bəhanələrinizi kəsmək üçün 
sizə  dedim.  Bəli,  siz  istədiyinizi  cənginizə  keçirib  öz 
murad  atınıza  minərək  onu  ram  etdiniz.  Amma  haqqı 
tapdadığınıza  görə  ar  və  alçaqlıq  sizin  üçün  əbədi  olaraq 
qaldı.  Onun  damğa  və  nişanəsi  sizin  alnınıza  elə  vuruldu 
ki,  dünyanın  axırına  qədər  silinməyəcəkdir.  Həmçinin 
axirətdə də qəlblərə təsir edib onları əridən cəhənnəm atəşi 
 
178 
yaxanızdan  yapışacaqdır.  Mənim  üçün  isə  sizin  bu 
zülmünüz  ötəri  və  asandır.  Çünki  Allah  mənim  halımı  və 
sizin rəftarınızı yaxşı görür. 
«Zülm  edənlər  isə  (ölümdən  sonra)  hansı  dönüşə 
dönəcəklərini  (hara  qayıdacaqlarını,  aqibətlərinin  necə 
olacağını) mütləq biləcəklər!» («Şura», 227) 
Mən  sizi  Allah  hökmündən  boyun  qaçırmağın 
dəhşətli əzabından çəkindirən Peyğəmbər qızıyam». 
Şeyx Əzərinin münasibəti. 
Müəllif yazır: 
 Bu barədə Şeyx Kazim Əzəri Bağdadi  gözəl bir şer 
yazmışdır: 
«Qardaşı  barədə  Peyğəmbər(s)  ilə  bağladıqları  əhdi 
pozdular.  Müsibət  qurtumlarını  Peyğəmbər(s)-in  qızına  o 
qədər  içirtdilər  ki,  o  Xanmın  boğazında  sümük  tək  ilişib 
qalmışdır. 
Bu  gün  O,  Ədiyy  və  Təym  tayfasının  üzvlərindən 
olan  iki  nəfərin
__ 
Əbu  Bəkr  və  Ömər  yanına  gəldi.  Bərk 
qəhərlənərək  uzun-uzadı  ağladı.  Sonra  yaxına  gələrək 
Allaha şikayətləndi. Onun bu dərdli şikayətindən möhkəm 
qayalar belə lərzəyə gəlib mum oldu. 
Zəhranı  qorxudanda  bilmirəm,  nə  hala  düşdü. 
Halbuki  onsuz  da  Rəsuli-əkrəm(s)-in  vəfatından  çox 
kədərlənmişdi. Bu iki tayfa- Ədiyy və Təym onun Atası və 
Əri ilə yaman düşmənçilik aparırdı. 
Fatimə  (s.ə)  gözəl  moizə  ilə  onlara  nəsihət  verdi. 
Onun  xütbəsi  adama  Peyğəmbər(s)-in  sağlığındakı 
xütbəsini xatırladır. 
O,  xütbədə  buyururdu:  «Bu  səmavi  kitablara  nəzər 
salın,  burada  irs  aparmaq    barədə    açıq-aşkar,  eləcə  də 
əsaslı dəlillər görərsiniz. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə