Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

 
163 
__ 
Caizdir,  çünki  Əbu  Bəkr  təşəhhüddən  sonra, 
salamdan qabaq söz demişdi.  
O soruşdu:  
__ 
Əbu Bəkr salamdan qabaq nə demişdi ki? 
Zəfər cavab verdi:  
__ 
Sənin  kimi  bir  şəxsə  belə  bir  sual  vermək 
yaraşmaz. 
O,  israr  edib  yenidən  bu  sualı  verdi.  Nəhayət,  Zəfər 
yanındakılara dedi:  
__ 
Bu  kişini  qovun.  Güman  edirəm  ki,  bu,  Əbül 
Xəttabın səhabələrindəndir. 
İbn Əbil Hədid yazır:  
Ustadımdan soruşdum:  
__ 
Bəs  bu  barədə  siz  nə  deyə  bilərsiniz?  Məgər  Əbu 
Bəkr Xalidə tapşırıq vermişdi? 
Nəqib dedi:  
__ 
Mən  inanıram.  Lakin  bu  hədisi  imamiyyə  (Əhli-
beyt tərəfdarları) firqəsi rəvayət etmişdir. 
              Əli(ə.s)-nin Əbu Bəkrə yazdığı məktub. 
Bu  barədə  Təbərsi  «Ehticac»  adlı  kitabında 
(Ic,səh.127) belə yazır:  
«Əbu  Bəkrin  Fədəyi  həzrəti-Fatimə(ə.s)-dən  alıb 
onun  xidmətçilərini  Fədəkdən  qovmaq  xəbəri  Əli(ə.s)-yə 
yetişəndə  Əbu  Bəkrə  aşağıdakı  məktubu  göndərdi. 
Məktubun məzmunu belədir:
71
 
Qarmaqarışıqlıq 
 
və 
fitnə 
dalğalarını 
nicat 
gəmilərinin sipərləri   ilə yarın. Şöhrətpərəstlik taclarını və 
hiyləgər  şəxslərin  sayını  onları  məhdudlaşdırmaqla 
unudun.  Feyz  və  nur  mənbəyindən  kəsb  edib  təkcə  ona 
tərəf  nəzər  salın.  Pak  şəxslərin  mirasını  özlərinə  qaytarın. 
Cəhalət  və  qəflət  mühitindən  çölə  çıxın.  Sanki  sizlərin 
                                                
71
 Məktubun hissələri «Nəhcül-bəlağə»də 5-ci xütbədə gəlmişdir. 
 
164 
gözübağlı  dəyirmanı  fırladan  dəvələr  kimi  çaşbaş  qalıb, 
sərgərdan yeriməyinizi öz gözlərimizlə müşahidə edirik. 
Allaha  and  olsun,  əgər  əlimdə  icazəm  olsaydı, 
başlarınızı  yetişmiş  məhsulu  biçən  tək  iti  və  dəmir 
oraqlarla bədəninizdən ayırardım. Sizin igidlərinizin beyin 
kasasını elə sındırardım ki, gözləriniz bərələ qalıb dəhşətə 
gələrdiniz.  Mən  düşmən  qoşunlarını  pərən-pərən  salıb 
darmadağın  edən  şəxsəm.  Sizin  də  qüvvənizi  dağıdardım. 
Mən döyüş meydanlarında döyüşəndə siz evlərinizdən çölə 
çıxmır,  qorxurdunuz.  Mən  dünənə  kimi  Peyğəmbər(s)-in 
yavəri  idim.  Sizin  hamınız  mənim  əməllərim  və 
rəftarımdan  xəbərdar  olub  məqamımı  təsdiq  etdiniz. 
Atamın  canına  and  olsun,  siz  nübüvvət  və  xilafətin  bizim 
ailədə  birləşməsindən  razı  deyildiniz.  Bədr  və  Ühüd 
döyüşlərindəki kinlərinizi hələ də unutmamısınız. 
Allaha and olsun, əgər sizə qüdrətli Allah tərəfindən 
müqəddəratınız  barəsində  nə  yazıldığını  desəm,  iztirabın 
şiddətindən  fəqərələrinizin  sümükləri  dəyirman  pərgarının 
dişləri kimi bədəninizdən tökülər. 
Əgər  danışsam,  deyəcəksiz  ki,  həsəd  aparıram, 
paxıllıq edirəm. Yox, əgər sakit qalsam,  deyəcəksiz ki, Əli 
ibn  Əbutalib  ölümdən  qorxur.  Əsla!  Əsla!  Mənim  Haqqa 
qovuşmaq  arzum  südəmər  körpənin  ana  döşünə  olan 
istəyindən daha artıqdır. 
Ölüm  şərbətini  düşmənlərə  dadızdıran,  döyüşlərdə 
ölümlə  üz-üzə  gələn,  azca  da  olsun,  ölümdən  qorxmayan, 
çəkinməyən  mən  idim.  Qaranlıq  gecələrdə  düşmən 
bayraqlarını 
qırıb 
atan, 
Peyğəmbər(s)-in 
mübarək 
xatirindən qəmi, tutqunluğu aparan mən idim. 
Əgər  mənə  icazə  verilsəydi,  Allahın  sizin  barənizdə 
nazil  etdiyini  və  mənim  xəbərdar  olduğumu  deyərdim.  O 


 
165 
vaxt siz dərin quyu kəndirləri kimi lərzəyə gəlib başıalovlu 
heyrət içində, sərgərdan çöllərə üz tutardınız. 
Lakin  mən  bütün  bunlara  laqeyd  qalıb  əliboş, 
dünyavi  ləzzətlərdən  əl  çəkmiş  pak  ürək  və  təmiz  qəlblə 
Allaha  yetişmək  üçün  sadə  və  asan  həyat  tərzini  özümə 
seçdim.  Bilin  ki,  sizin  dünyanızın  həqiqəti  havaya  qalxıb 
adamların başı üstə sərilib qalınlaşan, sonra da pərən-pərən 
olub itən buluda bənzəyir. 
Tezliklə  gözləriniz  açılacaq  və  öz  pis  əməllərinizin 
nəticəsini  görəcəksiniz.  Əkdiyiniz  acı  toxumları  öldürücü 
zəhər kimi biçəcəksiniz. Bilin ki, Allah ən yaxşı hakimdir. 
Onun  əziz  Rəsulu  sizin  ən  böyük  düşməniniz  olacaqdır. 
Qiyamət  günü  isə  mühakimə  olunan  gününüzdür.  Allah 
sizi öz rəhmətindən uzaq edib əzaba qərq etsin. 
 Hidayət yolunun yolçularına salam olsun!» 
           Əbu  Bəkrin  Əli(ə.s)-nin  məktubuna  etdiyi 
etiraz. 
Əbu  Bəkr  Əli(ə.s)-nin  məktubunu  oxuduqda  çox 
narahat  olub  dəhşətə  gəldi  və  dedi:  «Əcəba!  Doğrusu, 
Əli(ə.s) mənə qarşı nə qədər cürət və cəsarət etmişdir». Bu 
zaman baş vermiş hadisəni ənsar və mühacirlərə xatırladıb 
onlara xitabən dedi: 
«Ey  mühacir  və  ənsarlar!  Məgər  mən  Fədək  barədə 
sizinlə 
məşvərət 
etmədimmi? 
Siz 
demədizmi, 
peyğəmbərlər  özündən  sonra  miras  qoymurlar?  Fədəyin 
pərakəndə 
ordunun 
təchiz 
olunması, 
sərhədlərin 
möhkəmləndirilməsi  və  müsəlmanların  ümumi  mənafeyi 
uğrunda sərf olunması təklifini siz vermədinizmi? 
Əlbəttə, mən də sizin rəyinizi qəbul edib təsdiqlədim, 
ancaq  Əli  ibn  Əbutalib(ə.s)  bu  fikrə  qarşı  çıxıb  parlaq 
qığılcım  və  şimşək  gurultusu  kimi  məni  hədələyir.  O, 
 
166 
mənim  hakimiyyətimə  qarşıdır,  halbuki  mən  dəfələrlə 
istehfa vermək istəmişəm, siz qəbul etməmisiniz. 
Mən  elə  lap  əvvəldən  Əli(ə.s)  ilə  üz-üzə  dayanmağı 
istəməmiş,  onunla  döyüşməkdən  qaçmış  və  elə  indi  də 
qaçıram». 
                     Ömərin Əbu Bəkrə qarşı etirazı. 
Ömər  ibn  Xəttab  bu  sözdən  bərk  əsəbləşib  Əbu 
Bəkrə dedi:  
 __ 
Bundan  başqa bir söz deyə bilməzdin? Sən elə bir 
adamın övladısan ki, döyüşlərdə süstlük göstərib, kasadlıq 
günlərində də malını hamıdan gizlədərdi. Sübhanəllah! Nə 
qədər  zəif  və  qorxaqsan?!  Nə  qədər  kiçik  qəlbin  vardır?! 
Mən saf suyu və zülalı sənin ixtiyarına qoydum. Lakin sən 
ondan  faydalana  bilmədin.  Sən  bu  saf  suyu  içərək 
susuzluğunu yatırıb sirab olmağı bacarmırsan. Mən boyun 
qaçıranların  boynunu  sənin  qarşında  əydim,  ziyalı, 
siyasətçi və təcrübəli şəxsləri sənin ətrafına topladım. Əgər 
mənim  səy  və  zəhmətim  olmasaydı,  heç  vaxt  belə  bir 
müvəffəqiyyət  əldə  edə  bilməyəcəkdin.  Şübhəsiz,  Əbu 
Talib oğlu Əli(ə.s) sənin sümüklərini əzmişdi. 
Allaha  şükr  et  ki,  belə  bir  əhəmiyyətli  nemət 
(rəhbərlik rütbəsi)  mənim vasitəmlə sənin əlinə keçmişdir. 
Əlbəttə,  hər  kim  Peyğəmbər(s)  minbərində  onun  yerinə 
oturursa, həmişə Allaha şükr etməlidir. Bu Əbu Talib oğlu 
Əli möhkəm bir daş kimidir ki,  sınmayınca ondan fəvvarə 
çıxmaz.  O, qorxulu ilan kimidir, əfsunsuz və hiyləsiz ram 
olmur.  Acı  ağac  kimi  nə  qədər  onu  bal  ilə  qarışdırsalar 
belə,  yenə şirin meyvə verməz. Əli(ə.s), Qureyşin şücaətli 
oğullarını  (müşrikləri)  öldürdü,  dikbaşları  əzdi.  Onun 
şimşək  kimi  çaxmağından  vahimələnmə.  Mən  sənə  zərər 
yetirməmiş işini bitirərəm və yolunun üstündə dayanaram. 
Bu zaman Əbu Bəkr Ömərə dedi:  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə