155
__
Fədək (Döyüşsüz kafirlərin əlindən alınmış sərvət)
bütün müsəlmanların malı hesab olunur. Ovs ibn Hədsan,
Ayişə və Həfsə şəhadət verirlər ki, Rəsuli- əkrəm(s)
buyurmuşdur:
«Biz
Peyğəmbərlər
(özümüzdən
sonra)
irs
qoymuruq (övladlarımız bizdən irs aparmır), bizdən
sonra nə (mal) qalsa, (ümumi) sədəqədir».
Şahidlərə gəldikdə isə Əli(ə.s) Fatimə(s.ə)-nin əridir,
öz mənafeyinə görə şəhadət vermişdir, yəni onun sözü
qəbul deyildir. Amma Ümmü- Əymən əməli–saleh
xanımdır, əgər başqa bir şəxs onunla birgə şahid dursa, bu
işə bir də diqqət yetirərik.
Fatimə(s.ə) kədərli halda Əbu Bəkr və Ömərin
yanından uzaqlaşdı.
Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti.
Səhəri gün həzrəti-Əli(ə.s) məscidə Əbu Bəkrin
yanına gəldi. Ənsar və mühacirlər Əbu Bəkrin ətrafında
dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:
__
Niyə Fatimə(s.ə)-yə atasından qalan irsi əlindən
almısan? Halbuki Peyğəmbər(s) sağlığında ikən onu
Fatimə(s.ə)-yə bağışlamışdı.
Əbu Bəkr dedi:
__
Xeyr, belə deyildir.
Əli(ə.s):
__
Əgər bir müsəlman ixtiyarında olub onun hesab
olunan mülkü mən iddia edib desəm ki, bu mülk
mənimdir, kimdən iki adil şahid tələb edilməlidir?
Əbu Bəkr:
__
Əlbəttə, səndən (iddiaçıdan) iki adil şahid tələb
edilməlidir.
Əli(ə.s) buyurdu:
156
__
Bəs niyə sən Fatimədən sahibi ola-ola ixtiyarında
olan mülk üçün iki adil şahid istəyirsən? Halbuki Fədək
Peyğəmbər(s)-in
zamanında
və
ondan
sonra
da
Fatimə(s.ə)-nin şəxsi mülkü hesab olunurdu. Sən
müsəlmanlardan
ixtiyarlarında
olan
mülk
barədə
başqasının mülkünün mənim mülküm olduğunu iddia
etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə
qanunlarına əsasən iki adil şahid tələb etmirsən.
Əbu Bəkr:
__
Bu dəlilin qarşısında bizim danışmağa qüdrətimiz
yoxdur. Əgər ədalətli şahidlər gətirsəniz, qəbul edərik,
yoxsa Fədək müsəlmanlrın ümumi malıdır. Sənin və
Fatimə(s.ə)-nin onu mənimsəməyə heç bir hüququnuz
yoxdur.
Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:
__
«Quran»ı oxumusanmı?
Əbu Bəkr dedi:
__
Bəli.
Əli(ə.s) buyurdu:
__
De görüm, bu ayə («Əhzab», 33) kimin şəninə
nazil olubdur?
«Allah istəyir ki, günah və çirkinliyi siz Əhli-
beytdən uzaqlaşdıraraq sizi pak etsin».
Bu ayə bizim haqqımızda nazil olub, yoxsa
başqasının?
Əbu Bəkr:
__
Bəli, sizin şəninizə nazil olub.
Əli(ə.s) buyurdu:
__
Əgər bir neçə nəfər gəlib şəhadət versə ki,
Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən onunla
necə rəftar edərsən?
Əbu Bəkr dedi:
157
__
Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri
onun üçün də icra edərəm.
Əli(ə.s) buyurdu:
__
Bu zaman kafir sayılarsan.
Əbu Bəkr soruşdu:
__
Niyə?
Əli(ə.s) ona buyurdu:
__
Çünki Fatimə(s.ə)-nin paklığı barədə Allah-
təalanın şəhadətiniı (yuxarıdakı ayəyə əsasən) rədd edib
camaatın şəhadətini qəbul edirsən, beləliklə də Allahın və
Rəsuli Əkrəm(s)-in hökmünü rədd etmiş olursan. Sən
Rəsuli-Əkrəm(s)-in Allahın əmrilə Fədəyi Fatimə(s.ə)-yə
bağışladığını və Fatimə(s.ə)-nin hələ Rəsuli-Əkrəm(s)-in
sağlığında ikən onu öz ixtiyarına keçirdiyini rədd edirsən,
amma (Peyğəmbər(s)-in irs qoymadığına şəhadət verən
Ovs ibn Hədsan kimi) ayaq üstündə idrar edən bir ərəbin
şəhadətini qəbul edib, buna əsasən Fədəyi bütün
müsəlmanların malı adlandırıb onu Fatimə(s.ə)-dən aldın.
Halbuki Rəsuli-Əkrəm(s) buyurmuşdur: «İddia edən
(müddəi) şahid gətirməli, iddianı inkar edən isə and
içməlidir». Sən isə həzrəti-Mühəmməd(s)-in qayda-
qanununu dəyişdirin. Şahidi inkar edəndən istədin, iddia
edəndən(müddəidən) yox.
Bu zaman camaat acıqlı nəzərlərlə bir-birinə baxıb
səs-küy qaldırdı. Bəziləri isə belə dedi:
__
Allaha and olsun, Əli(ə.s) düz deyir.
Əli(ə.s) dönüb öz evinə getdi. Fatimə(s.ə) məscidə
gəlib Peyğəmbər(s)-in qəbrinə dövrə vuraraq bu şeri
oxudu: «Ey ata, səndən sonra elə fitnələr qalxdı ki, əgər
sən sağ olsaydın, bu qədər çox ixtilaf düşməzdi».
68
Əli(ə.s)-nin qətli planı.
68
Təbərsi «Ehticac» Ic, səh.120-123.
158
Əllamə Təbərsi «Ehticac» kitabında yuxarıdakı
əhvalatı qeyd etdikdən sonra sözünə davam edib İmam
Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir:
«Əbu Bəkr Əli(ə.s)-nin sübutundan sonra məsciddən
evə qayıtdı. Ömər ibn Xəttaba xəbər göndərib onu yanına
çağırtdırdı. Ömər Əbu Bəkrin yanına gəldi. Onların
arasında belə bir söhbət baş verdi:
Əbu Bəkr:
__
Əli(ə.s) ilə bu günkü söhbətimizin necə sona
yetdiyini gördünmü? Əgər səhərisi günü onunla belə
davransaq,
şübhəsiz,
bütün
işlərimiz
laxlayıb
hakimiyyətimizin əsası süstləşəcəkdir. Bu barədə fikrin
nədir?
Ömər:
__
Mənim təklifim belədir ki, onun qətlə yetirilməsi
üçün hökm verək.
Əbu Bəkr:
__
Necə, kimin vasitəsilə?
Ömər:
__
Xalid ibn Vəlid
69
bu işi yerinə yetirməyə münasib
bir adamdır.
Onlar Xalidi çağırtdırıb ona dedilər:
__
İstəyirik, sənə böyük bir iş tapşıraq.
Xalid:
69
Xalid ibn Vəlid ibn Müceyrə Məxzumi hicrətin 5, ya 7-ci (miladi
təxminən) illərində Əmr Asla birlikdə Mədinəyə gəlib İslamı qəbul
etmişdi. O, ağzı yava və qorxmaz bir adam idi. Məkkənin fəthində
İslam ordusunun sərkərdələrindən sayılırdı. Törətdiyi cinayətlərdən
qabaqda xatırlatdığımız kimi, Malik ibn Nüveyrəni Peyğəmbər(s)-
dən sonra qətlə yetirməsini misal çəkmək olar. Əbu Bəkr onu Şamın
hakimi təyin etmişdi. Ömərin xilafəti dövründə o vəzifədən azad
edildi. Nəhayət, elə o zamanda da «Himməs» adlanan məntəqədə
dünyadan köçdü. («Üsdül-qayə» IVc.) mütərcim.
Dostları ilə paylaş: |