Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

 
143 
dərd  və  ağrılar  ondan  kiçik  görünür.  Məsələn,  Təbərinin 
«Nəfəsül-məhmum» kitabından nümunə gətiririk:  
 Şimr  ibn  Zil  Cövşən  Kərbəlada  hücuma  keçib 
nizəsini  imam  Hüseyn(ə.s)-in  xeyməsinə  vuraraq  ucadan 
qışqırdı:  
__ 
Bu xeyməni içindəki adamlarla birlikdə yandırmaq 
üçün mənə od verin. 
Xanımlar  səs-küylə  xeymədən  çölə  çıxdılar.  İmam 
Hüseyn(ə.s) Şimrə xitab edərək ucadan buyurdu:  
__ 
Mənim  evimi  yaxınlarımla  birgə  yandırmaqmı 
istəyirsən? Allah səni cəhənnəm atəşində yandırsın. 
Əbu  Müxtəf  (Kərbəla  hədisəsini  qələmə  alanlardan 
biri) yazır:  
Süleyman  ibn  Raşid  Həmid  ibn  Müslimin  dilindən 
belə söyləyir: 
 Şimrə dedim:  
__ 
Belə  iş  tutmaq  məsləhət  deyil.  İki  günah  sahibi 
olmaqmı  istəyirsən?  Birincisi,  Allahın  əzabına  düçar 
olarsan;  ikincisi  isə,  qadınlara  və  uşaqlara  əl  qaldırırsan. 
Məgər sənin rəhbərin kişiləri öldürməklə razılaşmır? 
Şimr soruşdu:  
__  
Sən kimsən? 
__ 
Kim olduğumu sənə söyləmərəm. 
Qorxdum  ki,  əgər  özümü  ona  tanıtsam,  sultana  (İbn 
Ziyad) xəbər verməklə mənə zərər yetirər. 
Bu  zaman  Şimrə  məndən  çox  itaət  edən  Şəbəs  ibn 
Rəbi adlı bir şəxs irəli gəlib Şimrə dedi:  
__
 Şimr, heç sənin sözündən çirkin söz eşitməmişəm. 
Məgər qadın və uşaqları öldürməyəmi göndərilibsən? 
Həmid ibn Müslüm yazır: «Mən şahid dayanıram ki, 
Şimr  bu  sözləri  eşitcək  həya  edib  qadın  və  uşaqları 
yandırmaq fikrindən döndü». 
 
144 
İndi deyirəm,  Şimr bu qədər ağılsızlıq və həyasızlığı 
ilə  yanaşı,  Şəbəs  ibn  Rəbbinin  sözündən təsirlənərək həya 
edib  xeyməni  yandırmaq  fikrindən  döndü,  lakin  Əli(ə.s)-
nin  evinə  hücum  edən  şəxs  evi  içindəki  adamlarla  birgə 
yandırmaqla  hədələyərək  deyir:  «And  olsun  Allaha  ki, 
canım  onun  əlindədir.  Hökmən  gərək  beyət  etmək  üçün 
evdən çıxasız, yoxsa evə sizlə birgə od vuracağam».
61
 
Bəziləri  ona  etiraz  edib  dedilər  ki,  Peyğəmbər(s)-in 
qızı  Fatimə(s.ə),  Peyğəmbər(s)-in  nəvələri,  o  Cənabın 
izləri var bu evdə. Sən nə edəcəksən?  
Beləliklə,  mən  şahid  dayanıram  ki,  o,  bu  sözlərdən 
əsla həya etməyib öz qərarından dönmədi. Əksinə, necə ki 
demişdi,  elə  də  etdi.  O  zaman  bir  nəfər  tapılmadı  ki, 
Əli(ə.s)-yə  kömək  göstərib  evini  qorusun.  Təkcə  bir 
hədisdə  qeyd  olunur  ki,  Zübeyr  ibn  Əvam  Əli(ə.s)-nin 
zorla  çəkilə-çəkilə  məscidə  aparıldığını  gördükdə  əlini 
qılınca atıb ucadan dedi: «Ey Əbdül Mütəllib övladları, siz 
sağ ola-ola məgər görmürsünüzmü, Əli(ə.s)  ilə necə rəftar 
edirlər?» 
Zübeyr  ibn  Əvam  Ömərə  qarşı    acıqlanıb  qılınc 
çəkərək  onu  vurmaq  istədi,  lakin
 
Ömər  cəld  qılıncı  onun 
əlindən alıb daşa vurub parçaladı. 
Əli(ə.s)-nin məzlumiyyəti. 
Böyük  hədisçi  siqətül-islam
62
  Kuleyni  Sədirə 
əsaslanaraq belə yazır:  
İmam 
Baqir(ə.s)-in 
hüzurunda 
idim. 
Orada 
Peyğəmbər(s)-in
 
vəfatından  sonra  baş  verən  hadisələrdən 
və  həzrəti-Əli(ə.s)-nin  çətinliklərlə    üzləşməsindən  söz 
düşdükdə, oturanlardan biri İmam Baqir(ə.s)-dən  soruşdu:  
                                                
61
 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.48. 
62
 Din aliımlərinin rütbələrindən biri. 


 
145 
__ 
Allah  sənin  işini  avand  etsin,  bəs  Bəni-Haşimin 
şövkəti-şanı, qüdrəti nə oldu? 
İmam Baqir(ə.s) buyurdu:  
__ 
Bən-Haşimdən  bir  kəs  qalmamışdı.  Bəni-Haşimin 
şövkəti  Cəfəri-Təyyar  və  Həmzə    şəhadətə  yetişəndən 
sonra  iki  nəfər  zəif,  gücsüz  və  təzəcə  islamı  qəbul  etmiş 
kişi 
__ 
Abbas (Peyğəmbər(s)-in əmisi) və Əqil (Əli(ə.s)-nin 
qardaşı)  qalmışdı  ki,  onlar  da    Məkkənin  fəthində  azad 
olmuşlardan idilər. 
«Bilin  və agah olun,  Allaha and olsun! Əgər Həmzə 
və  Cəfər  sağ  olsaydılar,  o  iki  nəfər  (Əbu  Bəkr  və  Ömər) 
elə məqama yetişə bilməzdilər. Əgər onlar sağ qalsaydılar, 
o iki nəfər canlarını salamat qurtara bilməzdilər». 
Elə  məhz  bu  təkliyinə  və  məzlumluğuna  görə  də 
Əli(ə.s) minbərdə xütbə oxuyanda həmişə axırıncı sözü bu 
olardı:  «Peyğəmbər(s)  vəfat  edən  gündən  mən  həmişə 
məzlum olmuşam». 
Müseyb  ibn  Nəcbə  yazır:  «Bir  gün  həzrəti-Əli(ə.s) 
xütbə oxuyarkən bir nəfər ucadan səsləndi: «Ey vay! Sənə 
zülm olundu». Həzrəti-Əli(ə.s) ona buyurdu:  
__ 
Yaxın gəl! 
O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:  
__ 
Səhranın qum dənələrinin sayı və heyvanların tükü 
qədər mənə zülm olunmuşdur. 
Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-
ın yanından ötəndə demişdi:  
__ 
Ey məzlum Əmirəl-möminin. 
O zaman Həzrət ona buyurmuşdu:  
__ 
Əzizim,  mənə  o  qədər  zülm  olunubdur  ki,  onun 
miqdarı səhranın qumları və heyvanların tükü qədərdir. 
Əbuzər  Qəffari  isə  Əli(ə.s)-yə:  «Məzlumların  və 
zəiflərin şeyxi!»
 __ 
 deyərək müraciət edərdi. 
 
146 
Böyük  mühəddis  Kuleyni  belə  bir  faktı  qeyd 
etmişdir: 
İmam  Hadi(ə.s)  buyurmuşdur:  «Əli(ə.s)-nin  qəbrini 
ziyarət  edəndə  o  Həzrəti  bu  sözlərlə  ziyarət  edin:  «Salam 
olsun  sənə,  ey  Allahın  valisi,  sən  məzlum  və  haqqı  qəsb 
olunanda  səbir  edən  ilk  şəxssən.  Ölənə  qədər  Allahın 
rizayətini  istədin.  Şəhadət  verirəm  ki,  sən  şəhid  olaraq 
Allaha  qovuşdun.  Allah  sənin  qatilini  müxtəlif  növ 
əzablarla 
cəzalandırsın. 
Hər 
dəfə 
onun 
əzabını 
təzələsin».
63
 
Müəllif yazır: «Bu sözlər dərdlə dolu sinədən qalxan, 
alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin cüzi hissəsidir 
ki, qayaları suya döndərər». 
Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən 
şerlər. 
Biz  bu  hissəni  şeyx  Saleh  Hillininin  yazdığı  şeri  ilə 
bitiririk:  
«Peyğəmbər(s)-in cənazəsi hələ yataqda ikən, kəfənə 
tutulmamış  Ali-Mühəmməd(s)-ə  zülm  etdilər.  O  zaman 
Fatimə(s.ə)-yə  dedilər:  «Peyğəmbər(s)-in  qızı,  kölgəsində 
oturub  ah-nalə  etməsin  deyə,  ərak  ağacını  kökündən 
kəsdilər.  Onlar  odun  yığıb  elə  bir  evi  yandırmaq  istədilər 
ki, o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar 
Fatimə(ə.s)-nin  evinə  hücum  edib,  ona  əl  qaldıraraq 
bətnindəki  körpəsini  siqt  etdilər.  Bu  mənfurlar  öz 
rəhbərlərini  qılıncla  əsir  edib  çəkə-çəkə  aparırdılar. 
Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi: 
 «Əmim  oğlunu  buraxın.  Yoxsa  saçımı  açıb  Allah 
dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah dərgahında 
Saleh(s)  peyğəmbərin  dəvəsi  və  o  dəvənin  balası  məndən 
                                                
63
 Bu ziyarətnamə ümumi ziyarət kimi «Məfatilül-cinan» kitabının 
636-cı səhifəsində qeyd olunmuşdur. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə