Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə37/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

 
147 
üstün  deyildir.  (Saleh(s)  peyğəmbərin  dəvəsini  öldürənlər 
kimi  siz  də  Allah  əzabına  düçar  olacaqsınız.)»Bu  zaman 
Fatimə(s.ə)  ağlar  gözlə,  dərdli  qəlblə  Peyğəmbər(s)-in 
qəbrinə  yaxınlaşdı.  O  vaxt  müsibət  toxumu  qəlbində 
cücərdiyindən  fəryad  edib  dedi:  «Ah  bir  kömək  edənim 
yoxdur ki, düşmənin şərini özümdən uzaqlaşdırım, ey ata! 
İndi  camaat  Samira
64
  və  inəyinə  itaət  edib  Harundan 
(Əli(ə.s)  burada  Musa(ə.s)-nın  qardaşı  Harun(ə.s)-a 
bənzədilmişdir) 
üz 
döndərdilər. 
Atacan, 
hansı 
müsibətlərdən  şikayət  edim?  Ömrümün  axırına  qədər 
bədənimdə  izləri  qalan  qamçı  zərbələrindənmi?  Sənin 
fəraqından ötrümü ağlayım,  ya  həyat  yoldaşımın  haqqının 
tapdanmasınamı?  Yoxsa  qabırğamın  sınmasından,  ya 
bətnimdəki  körpənin  siqt  olmasından  şikayət  edim? 
Atamın  mənə  etdiyi  bəxşişlərinin  və  irsinin  qarət 
olunmasındanmı, 
ya 
mənim 
məqamımı 
(atamın 
tövsiyələrindən  sonra)  tanıya-tanıya,  bilə-bilə,  qəsdən 
haqqımı inkar etmələrindənmi şikayət edim? 
Atacan,  onlar  sənin  iki  yetimin  Həsən  və 
Hüseyn(ə.s)-i məzlum etdilər. Mən onlardan haqqımı tələb 
etdikdə onlar mənim haqqımı qəsb etdilər». 
Məsudinin qeydlərində beyət əhvalatı.  
Məşhur  tarixçi  və  alim  Məsudi  (Əli  ibn  Hüseyn 
vəfatı: 956-cı  il,  hicri qəməri,  təxminən 1562-ci  il  miladi) 
«İsbatül-vəsiyyə»  kitabında  yazır:  «Əmirəl-möminin 
Əli(ə.s) Peyğəmbər(s)-in vəfatından sonra 35 yaşında ikən 
                                                
64
 Samira Bəni-İsrail tayfasının sehrkarlarından idi. Həzrəti-Musa(ə.s)-
nın  dövründə  Bəni-İsraillilərdən bir dəstəsi yolunu azdı. Dedilər, 
Samira Musanın yolunu gedənlərdən idi. Musa(ə.s) Tur dağına 
gedəndə qızıldan buzov düzəldib onu səsləndirib hərəkətə gətirdi və 
Bəni-İsrail tayfasını ona pərəstiş etməyə dəvət etdi. Onlardan bir 
neçəsi ona iman gətirdilər. Elə ki Musa(ə.s) qayıtdı, 
 buzovu məhv edib camaatı haqqa çağırdı. 
 
148 
Allahın  əmri  ilə  rəhbəriyyəti  idarə  etmək  üçün  ayağa 
qalxdı. Möminlər ona itaət etdilər. Münafiqlər isə ona itaət 
etməyib xilafəti   idarə etmək üçün bir nəfər seçərək Allah 
və  Rəsulu  tərəfindən  təyin  olunmuş  şəxsə  qarşı  çıxıb  ona 
müxalif oldular». 
Bəzi  mənbələrdə  qeyd  olunubdur  ki,  Abbas 
(Peyğəmbərin  əmisi)  Peyğəmbər(s)  vəfat  etdikdən  sonra 
əmirəlmöminin Əli(ə.s)-nin hüzuruna gələrək ona dedi:  
__  
Əlini uzat ki, sənə beyət edim. 
Əmirəl-möminin(ə.s) buyurdu:  
__ 
Məgər bu vəzifəyə göz dikənmi var? Bizdən başqa 
kimin bu məqama səlahiyyəti çatır ki? 
Bu  zaman  müsəlmanlardan  bir  dəstəsi  Zübeyr  və 
Əbu Süfyan («Səxr ibn Hərb») beyət etmək üçün Əli(ə.s)-
nin  evinə  gəldi,  lakin  Əli(ə.s)  bundan  imtina  etdi.  (yəqin 
ki, Peyğəmbər(s)-in dəfninə görə)ı 
Bu  vaxt  mühacir  və  ənsarlar  arasında  ixtilaf  düşdü. 
Mədinə  müsəlmanları  dedilər:  «Bir  nəfər  başçı  sizdən 
seçilsin  və  bir  nəfər  də  bizdən».  Lakin  mühacirlərdən 
(Məkkə    və  ətraf  müsəlmanlar)  bir  dəstəsi  dedi  ki, 
Peyğəmbər(s)-dən eşitmişik: «Xilafət Qureyş nəslinindir». 
Mühacirlər  Səd  ibn  Übadəni  (ənsarların  başçısı) 
əzişdirib  əldən 
salandan  sonra, 
nəhayət,  ənsarlar 
mühacirlərə təslim oldular. 
Ömər  ibn Xəttab əlini  vuraraq ona  beyət etdi.  Sonra 
onun  ardınca  Mədinəyə  təzə  gəlmiş  ərəblər  və  müəllifəti-
qulubihimdən  (Məkkənin  fəthindən  sonra  qəlblərinə  təlif 
edilmə nəticəsində təzəcə İslamı qəbul etmiş müsəlmanlar, 
yəni  qəlbləri  satın  alınmışlardan)  bir  qismi  Əbu  Bəkrə 
beyət  etdilər.  Bu  xəbər  Əli(ə.s)-yə  həzrəti-Mühəmməd(s)-
in  pak  cənazəsini  qüsl  edib,  kəfənləyib,  dəfn  edəndən 
sonra yetişdi. 


 
149 
Həzrəti-Əli(ə.s) orada olan Bəni-Haşim qəbiləsilə və 
səhabədən  Əbuzər,  Salman,  Miqdad,  Əmmar,  Hüzeyfə  və 
Əbiyy  ibn  Kəb  kimi  şəxslərdən  ibarət  qırx  nəfərlik  bir 
dəstə ilə Rəsulullah(s)-ın  cənazəsinə namaz qıldılar. 
Həzrəti-Əli(ə.s)  ayağa  qalxıb  oradakılar  üçün  nitq 
söylədi.  Nitqdə  həmd  və  sənadan  sonra  buyurdu:  «Əgər 
imamət  Qureyşə  verilirsə,  mən  Qureyşin  ən  layiqlisiyəm. 
Yox  əgər  Qureyşə  verilmirsə,  ənsarlar  öz  iddialarında 
qalsınlar». 
Əli(ə.s)-nin  beş Peyğəmbərə şəbahəti.
65
 
Sonra  Əli(ə.s)  evinə  qayıdaraq  onlardan  ayrıldı. 
Həzrət  öz  dostlarına  belə  buyurmuşdu:  «Mən  beş  sahədə 
beş Peyğəmbərə iqtida etmişəm. (Yəni mənim işim onların 
əməllərinə oxşayır)» 
1.Həzrəti-Nuh(ə.s)-dan Allaha ərz etdiyi sözü:  
 «İlahi,  bu  zalım  tayfa məni məğlub  etdi,  onlardan 
mənim intiqamımı al». («Qəmər»,10) 
2.Həzrəti-İbrahim(ə.s)-dən    müşriklərə  buyurduğu 
sözü: 
«Sizdən  və  Allahdan  qeyrisinə  dəvət  etdiyiniz 
şeydən uzaqlaşıram». («Məryəm», 48) 
3.Həzrəti-Lut(ə.s)-dan  inadkar  tayfasına  buyurduğu 
sözü: 
«Kaş  sizin  qarşınızda  dayanmağa  qüdrətim  olaydı 
və ya bir köməyim, arxam olaydı». («Hud», 80) 
4.Həzrəti-Musa(ə.s)-dan 
Fironun 
tərəfdarlarına 
dediyi sözü: 
 «Sizlərdən qorxduğum anda uzaqlaşdım». 
5.Harundan  (Musanın  qardaşı)  Musa(ə.s)-ya  dediyi 
sözü:  
                                                
65
 Şəbahət, yəni oxşarlıq. 
 
150 
 «Camaat  məni  zəiflədib  az  qala,  öldürsün». 
(«Əraf», 150) 
Sonra Həzrəti-Əli(ə.s) «Quran»ı yığıb tənzimləməklə 
məşğul oldu. Onu parçaya büküb üstünə də möhür vuraraq 
xalqa  xitab  etdi:  «Bu  kitab  Peyğəmbər(s)-ə  necə  nazil 
olubsa,  eləcə  də  o  Həzrətin  buyurduğu  kimi  tərtib 
edilmişdir». 
Oradakılardan bəzisi dedi:  
__  
«Quran»ı qoy qalsın, özün isə get. 
Bu zaman Həzrət buyurdu:  
__ 
Rəsuli-əkrəm(s) məgər sizə buyurmamışdır ki, mən 
özümdən  sonra  sizin  aranızda  iki  qiymətli  şey  yadigar 
qoyuram: birincisi, Allahın kitabı; ikincisi isə mənim Əhli-
beytimdir.  Bu  iki  şey  mənə  Kövsər  hovuzunda  yetişənə 
qədər  bir-birindən  ayrılmazlar.  Əgər  Peyğəmbər(s)-in 
sözünü  qəbul  edirsinizsə,  «Quran»ın  hökmləri  əsasında 
sizin aranızda hökm edim. 
Camaat dedi:  
__ 
Bizim sənə və tərtib etdiyin «Quran»a ehtiyacımız 
yoxdur. «Quran»ı  da götür get və ondan ayrı düşmə. 
Həzrəti-Əli(ə.s)  onlardan  üz  döndərib  evinə  getdi. 
Onu  sevənlər  də  evdə  oturub  bayıra  çıxmadılar,  çünki  bu 
dünyadan 
dördəlli 
yapışanlar 
Allahın 
Rəsulu 
ilə 
bağladıqları 
əhdi 
pozmuş, 
hələ 
bu 
azmış 
kimi 
Pyğəmbər(s)-in  Əhli-beytinə  qarşı  zor  işlədərək  güclə 
evinə soxulmuş, qapını odlamış, Rəsullullah(s)-ın gözünün 
nuru,  yadigarı,  özünün  dediyi  kimi,  hər  iki  dünya 
qadınlarının  xanımı  olan  həzrəti-Fatimə(s.ə)-yə    əl 
qaldırmışlar  ki,  bunun  da  nəticəsində,  o  müqəddəs 
Xanımın  bətnindəki  körpə  dünyaya  gəlməmiş  məhv 
olmuşdu. Onlar həzrəti-Əli(ə.s)-ni güclə evdən çıxarıb Əbu 
Bəkrin yanına aparıb: «Beyət et!»
 __  
dedilər. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə