159
__
Hər nə istəyirsinizsə, tapşırın, Əli(ə.s)-ni qətlə
yetirmək olmuş olsa belə, yenə də hazıram.
Əbu Bəkrlə Ömərə dedi:
__
Elə bizim də təklifimiz budur.
Xalid:
__ ıı
Necə desəniz, elə də yerinə yetirərəm. Onu necə
öldürüm?»
Əbu Bəkr:
__
Məscidə gedib, camaat namazında Əli(ə.s)-nin
yanında əyləş. Mən (imam camaat olduğundan) axırıncı
salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan.
Xalid:
__
Çox gözəl. Siz deyən kimi edəcəyəm.
Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-
beyt(ə.s)-in tərəfdarlarından idi) bu sözləri eşitcək öz
kənizinə dedi:
__
Əli (ə.s) və Fatimə(ə.s)-nin yanına gedib mənim
salamımı onlara yetirərsən. Əliyə(ə.s) de ki, «Bunlar səni
öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri
tərk et. Mən sənin xeyrini istəyənlərdənəm». («Qəsəs»
20)
Cavabında isə Əmirəl-möminin(ə.s) kənizə belə
buyurdu:
«Allah-təala onların özləri və məqsədləri arasında
maneəçilik törədər». (Yəni onlar planlarını yerinə yetirə
bilməyəcəklər.)
Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak
etmək üçün məscidə gələrək səfdə əyləşdi. Xalid ibn Vəlid
də belində qılınc gəlib Əli(ə.s)-nin yanında oturdu. Namaz
başlandı. Əbu Bəkr namazın təşəhhüdünü deyəndə peşman
olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə
bələd oldüğündan qorxdu ki, qarmaqarışıqlıq düşər. Odur
160
ki, həyəcanlı halda çaşbaş qalıb bilmədi ki, namazın
salamını versin, ya yox? (Camaat da elə başa düşdü ki,
yəqin namazda nəsə səhvə yol vermişdir.) Birdən Xalidi
fikrinə gətirib dedi: «Sənə verdiyim tapşırığı geri
götürürəm». Sonra isə ardınca dedi: «Əssəlamu ələykum
və rəhmətullahi və bərəkətuhu».
Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:
__
O sənə nə tapşırmışdı ki?
Xalid dedi:
__
O, mənə səni öldürməyi tapşırmışdı?
Əli(ə.s)soruşdu:
__
Sən bu əmri yerinə yetirərdinmi?
Xalid:
__
Allaha and olsun, əgər namazın salamından qabaq
məni bu işdən çəkindirməsəydi, səni öldürərdim.
Əli(ə.s) Xalidi möhkəm itələyib yerə yıxdı. Camaat
tökülüşüb Xalidi Əli(ə.s)-nin əlindən almaq istədikdə
Ömər dedi:
__
And olsun Kəbənin sahibinə, Əli Xalidi
öldürəcək.
Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:
__
Səni
and
veririk
bu
qəbrin
sahibinə
(Peyğəmbər(s)-ə), Xalidi burax.
Həzrəti- Əli(ə.s) bu sözdən sonra onu buraxdı.
Əbuzər Qəffarinin söylədiyinə görə, həzrəti-Əli(ə.s)
Xalidin boğazını iki barmağı ilə tutub elə sıxmışdı ki,
Xalid boğuq səslə bağırmışdı. Camaat qorxusundan yaxına
gələ bilmirdi. Hərə öz fikrində idi. Xalid libasını
bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə
bilmirdi.
Əbu Bəkr Ömərə dedi:
161
__
Budur, səninlə etdiyim məşvərətin nəticəsi alt-üst
oldu. Elə bil, bugünkü hadisəni mən görürdüm, Allaha
şükr edirəm ki, bizə toxunmadı.
Hər kim Xalidi Əli(ə.s)-nin qüvvətli əllərindən
qurtarmaq üçün yaxın gəlirdisə, Onun (ə.s) qəzəbli
baxışlarından dəhşətə gəlib geri çəkilirdi. Əbu Bəkr Öməri
Abbası (Peyğəmbər(s)-in əmisi) çağırmağa göndərdi.
Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:
__
Səni and verirəm bu qəbrin sahibinin haqqına
(həzrəti-Mühəmməd(s)-in qəbrinə işarə edərək), öz
övladlarına və onların anasının haqqına, Xalidi burax.
Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı.
Abbas Əli(ə.s)-nin alnından öpdü.
Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin
yaxasından tutub dedi:
__
Ey Həbəşiyyə Səhhakın oğlu, əgər Allahın hökmü
və Peyğəmbər(s)-in əhdi olmasaydı, hansımızın zəif və
güclü olduğunu sənə göstərərdim.
Camaat araya girib Öməri Əli(ə.s)-nin əlindən aldı.
Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:
__
Allaha and olsun, əgər Əli(ə.s)-ni öldürsəydiniz,
Bəni-Təym (yəni tayfanızdan) tayfasından bir nəfər belə
sağ qalmayacaqdı.
İbn
Əbil
Hədidin
ustadının
onun
suallarına cavabı.
Əllamə Məclisi «Biharül-Ənvar» adlı kitabında
məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq belə qeyd
edir:
«Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:
__
Mən Əli(ə.s)-nin bu işinə təəccüb edirəm ki,
Rəsuli-əkrəm(s)-dən sonra (təxminən 23 il) bu uzun
162
müddətdə düşmənin hiyləsindən necə yayınıb sağ qaldı?
Necə oldu ki, düşmənləri Əli(ə.s)-ni öldürə bilmədilər?
Ustadım buyurdu:
__
Əgər
Əli(ə.s)
səbirli
və
təmkinli
olub
təvazökarlıqla kənara çəkilməsəydi, onu öldürərdilər,
ancaq O, başını ibadətə, namaza və «Quran» oxumağa
qatıb özünü əvvəlki qaydaları icra etməkdən saxlamışdı.
Qılıncı unudub fürsət gözləyirdi, səbir edirdi. Həzrəti-
Əli(ə.s) səhralara səyahətə çıxır, dağları gəzib seyr edirdi.
O da başqaları kimi xəlifələrə itaət etmək yolunu
tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-
ni unutmuşdular.
Xəlifələrdən iznsiz heç kimin onu öldürməyə cürəti
çatmadı. Əmr sahibləri də Əli(ə.s)-nin qətli üçün bəhanə
tapmayıb çarəsiz qalaraq ondan əl çəkmişdilər, yoxsa onu
öldürərdilər. Başqa bir tərəfdən də əcəl özü möhkəm
zəncir və yenilməz bir qaladır. Əcəli çatmamış heç kəs
ölməz.
Xalidin tapşırığı barədə ustadımdan sual edib
soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün Xalidi
təyin etməsi doğrudurmu?
Əbu Cəfər Nəqib belə cavab verdi:
__
Əhli-beyt tərəfdarlarından bir neçəsi bunu təsdiq
etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər Əbu Hənifənin
şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:
__
Necə ola bilər ki, Əbu Hənifə namaz qılan şəxsin
salamdan qabaq namazdan ayrıla bilməsi, məsələn,
namazın salamından qabaq bir söz deyə və ya bir iş görə
bilməsi barədə hökm verir? Bu mümkündürmü?
70
Zəfər dedi:
70
Burada «Hədəsin ondan hadis olmağı dəstəmazı pozan hallardan biri
nəzərdə tutulmuşdur».
Dostları ilə paylaş: |