Avropa nümunəsi tipli birjalar yaradılmışdır.
1
Artıq 1870-ci
ilərin ərəfəsində Bakı və Abşeronda sürətli inkişafda olan
kapitalizm bazar iqtisadiyyatının effektli fəaliyyət göstərməsi
üçün kifayət qədər infrastruktur qurumlarının yaradılmasını
tələb edirdi. Həmin dövrdə Bakı və onun ətrafında neftçıxarma
sənayesinin inkişafı, burada sərmayələrin və işçi qüvvəsinin
təmərküzləşməsi, dəmir və yollarının inşaası, dəniz
limanlarının tikilməsi, neft və onun məhsullarını daşımaq üçün
xüsusi sisternlər və tankerlərin hazırlanması və digər mütərəqqi
hallar neft məhsulları kimi kütləvi, məhdud çeşidli, eləcədə
standartlaşdırılmış məhsulların satışı adi bazar sistemi və
səviyyələrinə sığışmırdı. Bütün bunlarla yanaşı, neft-kimya
sahələri və neft məhsulları emal müəssisələrinin spesifik
olması, neft məhsullarının saxlanılması, nəql edilməsi və satışı
xüsusiyyətləri və onların iri sənaye və ticarət (tacir) kapitalının
əlində cəmləşməsi, həmçinin əmtəə-pul münasibətləri
mexanizmi,
iqtisadiyyatın
təşkili,
planlaşdırılması
və
idarəedilməsi ilə əlaqədar əhəmiyyətli amillər əmtəə
birjalarının təşkili vasitəsilə əmtəələrin bölgüsü və satışı
problemlərinin həll edilməsini tələb edirdi. Məhz buna görə
Bakının o zamankı nüfuzlu varlı sahibkarları və tacirləri çar
reciminin hakimiyyət strukturları qarşısında əmtəə birjası kimi
topdansatış ticarətin yeni təşkilat formasının yaradılması
məsələsini qaldırıb, onu müdafiə etmiş və maliyyə cəhətdən
yardım göstərəcəklərini bəyan etmişlər.
1
Щолландийа иля йанашы илк ямтяя биръалары Мяркязи Авропа
юлкяляриндя щяля ХВЫ ясрдя мейдана эялмишдир: Антверпендя
(1531), Лион, Тулуз (1549), Лондон (1556), Амстердам (1608).
Йапонийада дцйц тижаряти иля мяшьул олан биръа 1790-жы илдя,
АБШ-ын Чикаго шящяриндяки ямтяя биръасы 1848-жи илдя
йарадылмышдыр. ХВЫИ ясрин сонунда Ы Пйотр Амстердам
бирjасында олмуш онун тяжрцбясини Русийада йаймаьа гярара
алмышдыр.
Beləliklə, yalnız Bakının qabaqcıl sənayeçi, tacir və
ictimai xadimlərinin bu cür çoxillik mütəmadi təkidli
müraciətləri nəticəsində Rusiyanın çarı şəxsən Bakı əmtəə
birjasının ilk nizamnaməsi və digər sənədləri ilə tanış olduqdan
sonra 18 iyul 1886-cı ildə Azərbaycanda birinci əmtəə
birjasının açılmasına dair öz yüksək icazəsini vermişdir.
1
Həmin əmtəə birjasının yaranmasında xeyirxaxlığı ilə məşğul
olan sənayeçi – milioner, birinci dərəcəli tacir Hacı
Zeynalabdin Tağıyev bir sıra rus, cuud və erməni milliyətindən
olan nümayəndələr də yaxından iştirak etmişdir. Sonralar
həmin birjaların imkanlarından tanınmış milionerçilər Mirzə
Şəmsi oğlu Əsədullayev və Musa Nağıyev istifadə etmişlər.
Təxminən 120 il bundan əvvəl yaranmış ilk Bakı
birjasının nizamnaməsi çox dərindən işlənmiş və aşağıdakı
bölmələrdən ibarət olmuşdur.
I. Ümumən birjalar haqqında (üç paraqrafdan ibarət
idi)
Misal üçün, bu bəndin birinci paraqrafında qeyd edilir
ki, Bakı birjası Bakıda ticarət işləri yapan şəxslərin bütün
ticarət və sənaye sahəsində əlaqələri və əməliyyatları, həmçinin
onlar üzrə lazımi məlumatları əldə etmək üçün topladıqları
yerdir.
II. Birjaya gələn şəxslər haqqında (yeddi paraqraf)
Həmin bölməyə uyğun olaraq hər bir adama öncə
qeydiyyatdan keçdikdən və nəzərdə tutulmuş məbləği
ödədikdən sonra, birbaşa gəlib lazımi məmulatları almağa və
ticarət əməliyyatlarını öz ümumi və ticarət hüquqları
çərçivəsində aparmağa icazə verilirdi.
Ticarət dövriyyəsinin təmin etmək üçün birjaya daima
gələn adamlar (özləri və ya nümayəndələri, yaxud vəkaləti üzrə
1
Щямин бирjа 1 йанвар 1887- жи илдя совет щакимиййяти гурулана
кими фяалиййят эюстярмишдир. Бу биръа пайтахтымызда кющня
Бакы универмаьы кими таныдыьымыз бинада йерляширди.
vasitəçiləri) birjanın binasını saxlamaq və digər təsərrüfat işləri
üçün birja komitəsinə müəyyən məbləğdə vəsait ödəməli idilər.
III. Birja cəmiyyəti haqqında (altı paraqraf).
Həmin bölmənin birinci bəndinə uyğun olaraq
Bakıdakı birja cəmiyyəti yerli və xarici birinci və ikinci
dərəcəli
tacirlərilə
yanaşı
gəmi
sahibkarları,
zavod
mülkiyyətçiləri, neft-sənaye müəssisələri olan birjanın
fəaliyyətinə maraq göstərən və birja cəmiyyəti tərəfindən
müəyyən məbləğdə üzvlük haqqını ödəyən şəxslər iştirak edə
bilərdi.
IV. Birja komitəsi, onun hüququ və vəzifələri
haqqında (iyirmi üç paraqraf)
Bu hissədə birjanın işi və vəziyyəti haqda əsas
məsuliyyət birbaşa birja komitəsinin üzərinə qoyulurdu. Həmin
komitə səkkiz nəfərdən ibarət başçılardan ibarət olmalı idi.
Onlar birja cəmiyyəti tərəfindən dörd il müddətində Rusiya
vətəndaşı olan birinci və ikinci dərəcəli tacirlərdən seçilməli
idi. Birja komitəsinin üzvləri yalnız azı iki il birja cəmiyyətinə
daxil olduqdan sonra Bakı şəhərində daima yaşayan yerli və
xarici tacirlərdən seçilə bilərdi.
Birja komitəsi hər il üzrə öz üzvləri sıralarından bir
nəfər sədr və onun müavinini seçməli idi. Həmin bir il ərzində
bu işçi heyət Bakı şəhərində topdansatış ticarətini dəstəkləməli
və inkişaf etdirməli idi.
V. Birja cəmiyyətinə məxsus olan pul vəsaitlərinin
məbləği və onlar üzrə hesabatların aparılması haqqında
(doqquz paraqraf).
Birja cəmiyyətinin gəlirləri üzvlük haqları, birdəfəlik
ödənişlərdən, ticarətçilərdən toplanan vəsaitlərdən və birja
cəmiyyətinə məxsus olan kapitallardan əldə edilən faizlərdən
ibarət olmalı idi.
VI. Birja dəllalları (maklerləri) haqqında (iki
paraqraf)
Bu hissədə söhbət müasir mənada birja brokerləri,
Dostları ilə paylaş: |