inqilabdan əvvəl isə dəllallar (maklerlər) adlananlardan gedir.
Bakı birjasının nizamnaməsinə əsasən onların tərkibi doqquz
nəfərdən çox olmamalı və özlərinin içindən bir nəfər rəhbər
seçilməli idilər. Həmin nizamnamədə xüsusi olaraq qeyd
edilmişdir: «Xarici ölkələrin vətəndaşları və qeyri xristian
dininə mənsub adamlar birja dəllalları vəzifəsinə seçilə
bilməz».
1
Yuxarıda gətirilmiş nizamnamə təsdiq edildikdən
sonra 19 noyabr 1886-cı ildə aşağıdakı tərkibdən ibarət birja
komitəsi seçilmişdir: birinci dərəcəli tacirlər Qriqori
Qerasimoviç Turmayev, Hacı Zeynalabdin Tağıyev, Tomas
vanoviç Əmirov, Yakov sayeviç Adamov, Arakel Saturoviç
Saturov, Nikita Musaeloviç Şahqedənov; ticarət evlərinin
nümayəndələri: Konstantin Aleksandroviç retski və Vladimir
vanoviç Kozlyakovskiy; birja üzvlüyünə namizədlər: Samuel
vanoviç Baqirov, Hacı Şixəli Dadaşov, lya Kalustoviç
Budaqov və Lev Martınoviç De Burre. Həmin tərkibdəki birja
komitəsi 11 noyabr 1886-cı ildə Ya. . Adamov sədr və K.A.
retskini onun müavini seçmişdir. Bu ilk əmtəə birjasının
fəaliyyəti isə, qeyd etdiyimiz kimi, 1 yanvar 1887-ci ildə
başlamışdır.
Onu da qeyd edək ki, həmin dövrdə məşhur kimyaçı-
alim D. .Mendeleyev Bakıya xam nefti emal edən neft-kimya
müəssisələrinin yaradılması sahəsində məsələləri məsləhətçi
kimi dəvət edilmişdir. Buna görə də o Bakının nəinki neft-
kimya problemlərini hətta istehlak yerlərinə neft məhsullarının
çatdırılması və satışı məsələlərini də dərindən bilirdi. Məhz bu
amilləri əsas götürərək Bakı birjası cəmiyyəti Peterburq şəhəri
və Rusiyanın digər yerlərində neft sənayesi ilə əlaqədar
maraqlarını qorumağı qabaqcıl elm xadimi professor
D. .Mendeleyevə və ikinci dərəcəli kapitan K. . retskiyə həvalə
etməyə nail olmuşdur.
1
Тярcцмя мцяллифляриндир.
Saf kommersiya əsaslarında qurulmuş, sürətlə inkişaf
etməkdə olan kapitalizmin qabaqcıl qanun və qaydalarına
cavab verən ilk Bakı birjası inqilabdan əvvəlki Azərbaycanın
iqtisadiyyatının qurulmasında öz yaradıcı rolunu oynamışdır.
Lakin təxminən otuz il fəaliyyət göstərdikdən sonra Rusiyadakı
baş vermiş Böyük oktyabr inqilabının dağıdıcı təsiri
nəticəsində kapitalizmin əsasları tamamilə laxlayıb dağılması
ilk Bakı birjasının ömrünü də qısaltdı.
4.2. Müasir Azərbaycan Respublikasının
ə
mtəə birjaları
Azərbaycan Respublikasının ən yeni tarixində onun
ərazisində əmtəə birjalarının yaradılması inqilabdan əvvəlki
dövrə qayıdışı xatırlatsada, müasir dövrdə bu proses tamamilə
başqa bir ictimai-iqtisadi və siyasi mühitdə cərəyan etmişdir.
Görünür rus çarizmi dövründə formalaşmış imperiya ruhu
qırmızı və boz faşist boyaqlı və düşüncə tərzli sosialist
həqiqətli bir dövrü yaşayıb, itkilərdən və məhrumiyyətlərdən
keçmək gərəkmiş ki, kommunist təsərrüfatçılığı sisteminin
cəfəngiyat olması aşkar edilsin və yenidən bazar
iqtisadiyyatına qayıdaraq, əmtəə və digər birjaları yada
salınması və inkişaf etdirilməsi haqda tədbirlər görülsün.
1990-cı
ilin
20
yanvar
qırğınından
sonra
Azərbaycanın bir çox ziyalı və rəhbər işçiləri Sovetlər ölkəsini
bədbəxtliklər imperiyası, Rusiyanı isə regionlarda millətlərarası
və etnik müharibələrin qızışdırıcısı kimi görməyə başladılar.
Məhz həmin dövrdən başlayaraq bəzi nazirlik və idarələrin,
müəssisə və təşkilatların rəhbər işçiləri əhalini və istehsal
sahələrini müxtəlif çeşidli material resursları ilə sabit və
fasiləsiz təmin etmək məqsədilə yollar axtarmağa və əmtəə,
xammal və s. növ bazarları inkişaf etdirmək üçün müəyyən
tədbirlər görməyə başladılar. Həmin yolları və tədbirləri
ümumiləşdirərək, o cümlədən, istehsal və istehlak vasitələri
bazarının əmtəə birjaları vasitəsilə topdansatış ticarətinin
təkmilləşdirilməsi və bu yolla bazarın infrastrukturunun
genişləndirilməsi haqda təklifləri Azərbaycan hökumətinə
təqdim etdilər. Nəhayət uzunmüddətli müzakirə və
razılaşdırmalar nəticəsində Azərbaycan Respublikasının
Nazirlər Kabineti 27 iyun 1991-ci ildə «Birja ticarətinin inkişaf
etdirilməsi və Bakı birjasının fəaliyyətinin genişləndirilməsi
haqqında» 226 saylı Qətnaməsini qəbul etdi. Həmin sənədə
əsasən Bakı birjasına Respublika statusu verilmiş və onun adı
«Respublika əmtəə birjası» kimi qeyd edilməsi tələb olunurdu.
1
Yuxarıda qeyd edilmiş Qərara əsasən Respublika
əmtəə birjasının nəzdində müəyyən əmtəə çeşidlərinin
qruplarının satışı üzrə ixtisaslaşmış broker kontorları
yaradılmışdır:
- pambıq, yun, barama, şərab məmulatları, meyvə,
tərəvəz və onların emalı məhsulları;
- Xam neft, neft məhsulları, təbii qaz;
- Kimya sənayesinin məhsulları;
- Filiz, alunit, qara və əlvan metallar, boru;
- Maşınqayırma məhsulları;
- Mahlıc, xalça və xaçasılıq məhsulları.
Respublika əmtəə birjasının Nizamnaməsi Bakı
şəhərində onun təsisçilərinin ümumi iclasında 18 oktyabr 1991-
ci ildə (protokol №4) təsdiq edilmişdir və onun tərkibi
aşağıdakı bölmələrdən ibarətdir:
1. Ümumi əsasnamə.
2. Fəaliyyətin məzmunu və birjanın vəzifələri.
1
Щал-щазырда щямин биръа Гара шящярдя яввялляр Нобел
гардашларына малик биналарын бириндя йерляшир.
Dostları ilə paylaş: |