Birjaların təşkili və idarəetmə strukturu, öz
növbəsində bazar infrastrukturasının mövcudluğu və inkişaf
səviyyəsindən, beynəlxalq ticarət-iqtisadi əlaqələrinin və
ölkədaxili
və
ölkələrarası
inteqrasiya
proseslərinin
miqyasından, məhsulun həyat dövranının mərhələsindən,
ümumiyyətlə, istehsalçılar, vasitəçilər, digər satıcılar və
istehsalçılar arasında alqı-satqı aktlarının həyata keçirilməsi
üçün
əlaqələrin
yaradılmasından
tutmuş
tərəflərlə
hesablaşmaların başa çatdırılması üçün bütün zəruri proseslərin
toplusundan asılıdır.
Məhsulun satışı şəraiti və xüsusiyyətlərindən,
infrastruktur təminatının vəziyyətindən, tərəfmüqavillərin ətraf
mühiti problemlərindən və s. asılı olaraq, həmin alqı-satqı
proseslərinin zaman və məkan çərçivəsində uzana və ya qısala
bilməsi əmtəə birjalarının təşkil və idarəedilməsinə də təsir
göstərər.
Bütün birjalarda olduğu kimi, əmtəə birjalarının
struktur bölmələrini məhsulun satışı əməliyyatlarının və alqı-
satqı aktlarının ləğv edilməsi (tam başa çatdırılması) işində
roluna görə əsas və əlavə hissələrə bölmək olar. Əmtəə
birjalarının broker və diler kimi əsas- aparıcı struktur bölmələri
birja ticarəti əməliyyatlarının yerinə yetirilməsi ilə birbaşa
məşğul olurlar, digər həlqələr isə həmin prosesdə sanki
yardımçı rolunda çıxış edir, onun sivil səviyyəyədə
saxlanılmasını təmin edir və qoruyurlar.
Əmtəə birjaları təsərrüfat-iqtisadi müstəqilliyə
malikdirlər. Bu isə öz əksini marağında olan tərəflər arasında
alqı-satqı əməliyyatlarının müstəqil olaraq öz təşkili
bölmələrinin səyləri nəticəsində, əksər hallarda təsərrüfat
hesabı əsasında idarəetmə funksiyalarının yerinə yetirilməsində
tapır.
Əmtəə birjası sosial qurum kimi işçi kolletivindən
ibarətdir. Bu o deməkdir ki, əmtəə birjası ümumi əmək,
məslək, məqsəd, kollektiv maraqlar, sosial qurum və idarəetmə
sistemilə biri-birinə bağlı olan işçi heyətinin birliyidir. Sosial
qurum kimi əmtəə birjasının məqsədi stabil və yekdil işçi
heyətinin formalaşdırmaqdan ibarətdir ki, bunların əsasında
əldə edilmiş nailiyyətlərə və əmək məhsuldarlığının artımına
görə öz üzvlərini maddi cəhətdən həvəsləndirə bilsin. Həmin
məqsədə uyğun olaraq, işçi heyətinin idarəetmə strukturu
tərbiyəvi funksiyaları yerinə yetirir, insanların sosial
tələbatlarının ödəməyə imkan yaradır və s. Belə ki, işçilərin
tərbiyəsi əmək intizamını, texnoloci intizamı (vəzifə borcları
dairəsində iş prosesinin ardıcıllığı şərtlərinin gözlənilməsi),
plan-maliyyə intizamı (dövlət qarşısında öhdəliklərin, müqavilə
şərtləri və s. yerinə yetirilməsi), işçi təşəbüskarlığı (əməyin
səmərəliliyi və keyfiyyətinin yüksəldilməsi sahəsində daxili
motivlərin hərəkətə gətirilməsi) və s. kimi məvhumları özündə
birləşdirir. Əmtəə birjası ilkin bölmələr (şöbələr, qruplar,
komitələr və s.) çərçivəsində eyni tipli və ya uyğun əlavə
əməliyyatları yerinə yetirən birçox əlaqələndirilmiş işçi
kollektivləri – işçilər qruplarından ibarətdir. darəetmənin
təşkilində elə etmək gərəkdir ki, ayrı-ayrı qrup və işçi heyəti
üzvlərin maraqları əmtəə birjasının ümumi marağının əksinə
getməsin. Təbii olaraq bazar münasibətləri şəraitində ictimai,
kollektiv və şəxsi maraqlar bir-birini əlavə etməlidirlər.
Əmtəə birjalarının idarəedilməsi üzərində təsərrüfat
rəhbərliyi, ictimai təşkilatlar və birjanın inzibati qurumlarının
son nəticələrə və işçi heyətinin hər tərəfli inkişaf etdirilməsi
məqsədilə onun iqtisadi və sosial inkişafına ardıcıl
məqsədyönümlü təsir göstərməkdən ibarətdir.
Əmtəə birjasının idarəedilməsi sistemini idarəetmənin
ümumi nəzəriyyəsinə görə aşağıdakı sxem kimi göstərmək olar
(sxem 3).
Эири
ш
Идаряедян
систем
Бирjанын
игтисади вя
даряедиci
тяси
Сон
нятиcяляр
Sxem 3. Əmtəə birjalarını idarə edən sistem.
Əmtəə birjalarının idarəedilməsi metodları istehsal
kollektivlərinin idarəedilməsinin ümumi metodlarından ciddi
fərqlənmir və hətta üst-üstə düşür. Təkrarən yada salaq ki,
həmin metodlara daxildir: təşkilati-inzibati (mütləq tapşırıq və
göstəricilərinin təyin edilməsi), iqtisadi (qiymətlərin, gəlirlərin,
bölgü normativlərinin, əmək haqqı və digər iqtisadi normaların
idarə olunan obyektin idarə edən sistemə lazım olan
istiqamətdə inkişafını maraqlandırmaq üçün tətbiqi) və sosial-
psixoloci (ictimai fikir vasitəsilə işçilərin hərəkət motivlərinə
təsir edilməsi) metodlar.
darəetmə funksiyaları dedikdə isə əsasən müəyyən
funksional – icraçı bölmələr və ya işçi heyətlərinin öhdələrinə
tapşırılmış məzmunları ilə fərqlənən idarəetmə fəaliyyətlərinin
müxtəlifliyi və növləri başa düşülür. darəetmənin sosial
funksiyaları konkret sosial-təşkil məqsədlərin reallaşması ilə
üst-üstə düşür.
Əmtəə birjasının idarəedilməsinin ümumi funksiyası
ixtisaslaşmış
xüsusi
idarəetmə
orqanının
fasiləsiz
fəaliyyətindən ibarət olaraq, idarəetmə tsiklinin müəyyən
hissəsini təşkil edir. darəetmənin ümumi funksiyalarına əsasən
aşağıdakılar daxildir: təşkil, planlaşdırma, həvəsləndirmə, uçot
və nəzarət, tənzimləmə və nizamlama-koordinasiya.
Əmtəə
birjalarının
idarəedilməsi
prinsipləri
idarəetmənin vəzifələrini dəqiq və aydın şəkildə açıqlanmasını
və həmin fəaliyyət növünə müəyyən edilmiş tələbləri
dəqiqləşdirməyə imkan verən rəhbəredici qaydalardan
ibarətdir. Həmin prinsiplərə daxildir: fəaliyyətin son nəticələrə
yönəldilməsi,
komplekslilik,
səmərəlilik
(effektlilik),
perspektivli və optimal yanaşma, operativlilik və qənaətçililik,
demokratiklik və b.
Bazar iqtisadiyyatı şəraitində əmtəələrin satış
formaları həddindən artıq genişdir. Əmtəə birjaları geniş xalq
Dostları ilə paylaş: |