satıcılardan həyata keçirilmiş kommersiya əməliyyatları üzrə
rüsum götürür, müştərilərdən sığorta xərcləri toplayır, birja
qiymətlərinin dəyişməsini nəzərə alaraq, hər gün müştərilərin
hesablaşma hesabında pul vəsaitlərini təzədən sayır və onların
sığorta ehtiyatı məbləği azaldıqda, müştəridən bu vəsaitləri
tamamlamağı – artırmağı tələb edir. Bununla yanaşı
hesablaşma palatası sifarişçi – müştərilərin əməliyyatlarının
başa çatdırılıb bağlanmasını qeydiyyata alır və əgər
məhsulgöndərmə müddəti tükənməyibsə, daşıma ilə məşğul
olan şöbəyə müştərilər tərəfindən müqavilə şərtlərinin yerinə
yetirilməsini nəzarətə almaq üçün məlumatlar verir.
Müasir birjalar broker şirkətləri, broker qrupları və ya
broker çalaları adlandırılan bazar iqtisadiyyatının infrastruktur
şəbəkələri olmadan normal fəaliyyət göstərə bilməzlər. Broker
şirkətləri xüsusi, kooperativ, səhmdar cəmiyyəti və digər
kommersiya müəssisəsi növü kimi formalaşdırılır. Onların
başlıca funksiyası müştərilərlə birja arasında kommersiya
əlaqələri yaratmaqdan və onlardan doğan əməliyyatları həyata
keçirməkdən ibarətdir. Broker şirkətləri bir qayda olaraq birja
əmtəələri üzrə müştərilərin alqı və satış üzrə sifarişlərini
toplayır, onları qeydiyyatdan keçirir və operativ olaraq birbaşa
birjalarda çalışan öz brokerlərinə ötürür. Aldıqları sifarişləri
yerinə yetirən kimi brokerlər tabeçiliyində olduqları broker
şirkətlərinə məlumat verir və onlarda bu haqda müştərilərə
rəsmi xəbər çatdırırlar.
Broker şirkətlərinin funksiyalarında diqqəti cəlb edən
cəhətlərdən biri də ticarət əməliyyatlarının sığorta edilməsidir.
Bütün özləri üçün kommersiya əməliyyatları ilə məşbul olan və
müştərilərin sifarişlərin yerinə yetirilməsi üçün çalışmayan
birja üzvləri mütləq olaraq müəyyən bir broker şirkətinə təhkim
edilmirlər. Həmin broker şirkətləri öz brokerləri və eləcə də
xidmət etdikləri müştərilərin maliyyə baxımından ödəniş
qabiliyyətli olmalarının təminatçısı kimi çıxış edirlər. Broker
şirkəti onların hamısının hesablarını yoxlamağı öz üzərinə
götürür və sığorta məbləğlərinin vaxtlı-vaxtında ödənilməsinə
nəzarət edir. Birjanın hesablaşma palatası broker şirkətləri ilə
əməkdaşlıq edərək, sığorta vəsaitlərini müxtəlif sifarişçilərin
açıq hesablaşma hesabından yox, broker şirkətlərinin açıq
əməliyyat hesablarından cəmləşdirirlər. Cari müddətdə birja
idarəetmə şurası tərəfindən təsdiq edilmiş qaydalara və birjanın
prezidenti və ya icra komitələri tərəfindən qəbul edilmiş
qərarlar əsasında fəaliyyət göstərir. Öz növbəsində, birjada
qərar və qaydaların qəbul edilməsində birja ticarəti haqqında
mövcud qanunverici sənədlər rəhbər tutulur.
Müasir birjalar lazımi elektron hesablama texnikası
ilə təmin edildiyi üçün, ticarətin gedişatını qeydiyyata almaq,
daxil olan məlumatları işləmək, qiymətlərin dinamikasını,
əməliyyatların sayı və tərkibini, eləcədə digər göstəriciləri
birjanın hər iş günü, həftələr, aylar və illər üzrə təhlil etmək
mümkün olur. Bu yolla alınmış operativ məlumatlar müasir
kompüter texnikası və rabitə vasitələrinin köməyi ilə tezliklə
bütün dünyaya yayılır. Təcrübədə hər bir fərdi kompüter sahibı
bu gün həmin müasir sistemə qoşulub və bu yolla əldə etdikləri
operativ informasiyanı müəyyən qərarların qəbul edilməsi üçün
istifadə edə bilər.
Müasir dövrdə alıcı və satıcılarda bir çox
informasiyaların toplanması, o cümlədən müxtəlif bazarlarda
onların qiymətləri barəsində məlumatlarının cəmləşməsi,
həmçinin
əmtəələrin
çox
saylı
hərəkət
və
satış
məhdudiyyətlərinin olması, bazarlar və mallar haqqında
informasiyanın tez və kütləvi yayılması, əmtəələrlə alver etmək
üçün münbit şəraitin yaradılması və s. ticarət prosesinin
xarakterini də bir qədər dəyişdirir. Belə ki, əvvəllər ticarət işinə
xas olan dinamizm, məkanları qətt edərək, məhsul və ya alıcı
arxasınca qaçış, bank əməliyyatları və mühasibat uçotunun
qəlizlikləri, nəqliyyat problemləri və s. artıq bir qədər arxada
qalmışdır. Müasir birja əməliyyatları fərdi kompüter texnikası
və ümumiyyətlə, interraktiv texnologiyalar (vahid bank sistemi,
birja əmtəələri, onların qiymətləri və göndərilməsi haqqında
məlumatların geniş və operativ yayınması, « nternet» sistemi
və s.) kommersiya ilə məşğul olanların işini tamamilə yeni
mütərəqqi səviyyəyə qaldırır, sığorta sisteminin inkişafı isə
biznes və eləcə də birja və bank əməliyyatlarının risklərini
minimuma endirməyə imkan verir. Lakin bu yeni şəraitə
uyğunlaşıb birja əməliyyatları vasitəsilə kommersiya işinə
qoşulmaq üçün böyük təcrübəyə və müxtəlif sahələrdə geniş
biliklərə malik olmaq gərəkdir.
Müasir dövrdə beynəlxalq bazarın bərqərar olduğu bir
şəraitdə məhsulu almazdan və ya satmazdan əvvəl ticarət
əməliyyatı iştirakçıları olan tərəfmüqavillər, interraktiv
texnologiyalardan istifadə edərək, dünyanın əsas birjalarındakı
qiymətlərlə tanış olurlar. Bu əmtəə alverinin qarşısını almasa
və ya onu inkar etməsə də, dünya bazarlarında qiymətlərin qısa
diapazonda tərəddüd etməsi onun imkanlarını məhdudlaşdıran
yeni meyillərdir.
Birja ticarətinin təşkilində nəzərə almaq lazımdır ki,
əmtəə birjası vasitəsilə məhsul satışı bir qədər qeyri-adi
görünən və ola bilsin adi kommersiyada diqqətdən yayınan
qayda, üsul və metodlarla həyata keçirilə bilir. Misal üçün birja
ticarətində əmtəələrin bir sahibkardan digərinə verilməsində
əsasən üç üsulundan istifadə edilir:
- konkret – fiziki əmtəənin alqı-satqısı;
- birja əqdləri– müqavilələrinin (fyuçers və
opsionların) alqı-satqısı;
- gələcəkdə məhsul göndərmək üçün ikitərəfli
əqdlərin (müqavilələrin) bağlanılması (forvard –əqdləri).
Son iki halda kommersiya əməliyyatı haqqında əqd
bağlandıqda yalnız əmtəənin sahibi dəyişir, lakin bu mərhələdə
əmtəənin özü ola bilsin hələ heç mövcud deyil və yaxud
istehsal mərhələsində təzəcə hazırlanır.
Əmtəə birjasında məhsuların fiziki satışı, bazarda
olduğu kimi, kəmiyyəti və digər parametrləri alıcı tərəfindən
Dostları ilə paylaş: |