əsasnamə» adlanan I fəsil 7 maddədə mətndə rast gələn
müxtəlif termin və mənaların izahatı verilib, əmtəə birjalarının
fəaliyyət sədləri müəyyənləşdirilib, onların iş prinsipləri,
hüququ və vəzifələri açıqlanıb. Misal üçün, birja əmtəəsinin
mahiyyətinə dair izahatda əmtəə birjalarının fəaliyyət dairəsi
sanki bilərəkdən məhdudlaşdırılı. Bütün bunlar prinsipcə azad
sahibkarlıq və sərbəst təsərrüfat – iqtisadi fəaliyyəti və bazar
iqtisadiyyatının tələbləri ilə heç cür uzlaşmır. Belə ki, həmin
qanunda birbaşa qeyd edilir: «Birja əmtəəsi - birja tərəfindən
müəyyənləşdirilmiş qaydada birja ticarətinə buraxılmış və
dövriyyədən çıxarılmış əmtəə, o cümlədən həmin əmtəə üzrə
standart kontraktdır. Hər hansı daşınmaz əmlak və ya əqli
mülkiyyətin obyekti birja əmtəəsi ola bilməz».
Yuxarıda gətirilmiş sitatdan aydın görünür ki,
özəlləşdirmə üçün nəzərdə tutulmuş əmlaklar, intellektual
mülkiyyətin məhsulları və s. əmtəəlik məhsullar birja
fəaliyyətindən kənara çıxarılır. Bununla əmtəə birjalarının
geniş imkanlarından, onların yüksək dərəcədə ixtisaslaşmış və
mütəşəkillik təşkilli imkanlarından, daha keyfiyyətli görəcəyi
işdən, az xərcli və dövlət xeyrinə olan xidmətlərindən
qanunlaşdırılmış qaydada (ola bilsin qəsdən kiminsə xeyrinə)
imtina edilir. Hal hazırda bu özəlləşdirmə proqramı və
əmlakların dövlətsizləşdirilməsi özünəməxsus qaydada Dövlət
Əmlak Komitəsi və icra hakimiyyətlərinin kabinet və iclas
zallarında həyata keçirilir. Fikrimizcə bu ilin heç olmazsa
müəyyən hissəsinin əmtəə birjalarına həvalə edilməsi, onlar
tərəfindən əmlakın hərraclar əsasında satılması bazar
iqtisadiyyatının və əsasən də onun keçid mərhələsinin ruhuna
cavab verər, dövlət büdcəsini əlavə gəlirlərlə doldurmağa və
birjaların ölkəmizdə həyatiliyini əyani sübuta yetirərdi.
«Əmtəə birjası haqqında» qanunun II fəsli «Əmtəə
birjasının təsisi, idarəedilməsi və fəaliyyətinin dayandırılması»
(6 maddə), III fəsil isə «Birja ticarətinin təşkili» (8 maddə)
adlanır. Məhz sonuncu bəndin 16-cı maddəsində («Birja
əməliyyatlarının
növləri»)
Azərbaycan
Respublikasının
ərazisində əmtəə birjaları tərəfindən həyata keçirilən konkret
əməliyyat növləri – dairələri təyin edilir. Onlara əsasən
aşağıdakılar daxildir:
1)
Konkret
əmtəələrin
alqı-satqısı
haqqında
əməliyyatlar, o cümlədən əyani olaraq həmin vaxt məhsulun
təqdim edilməsi və ya göndərilməsi, ola bilsin əmtəə üzərində
hüquq mülkiyyətinə dair sənədlərin təqdim edilməsi;
2) Forvard əməliyyatları, yəni göndərilməsi uzadılmış
real əmtəələrin alqı-satqısına dair əməliyyatlar;
3) Fyuçers əməliyyatları, yəni birja əmtəələrinin
göndərilməsi üzrə standart əqdlərin (müqavilələrin) alqı-satqı
əməliyyatları;
4) Opsion əməliyyatları, yəni gələcəkdə birja
əmtəəsinin göndərilməsi üzrə sazişlərin və ya birja
əmtəələrinin alqı-satqı hüquqlarının müvafiq qiymətlər üzrə
alqı-satqı əməliyyatları;
5) Birja ticarəti qaydalarında müəyyən edildiyi kimi
birja əmtəələri, sazişlərin və ya birja əmtəələri üzərində
hüquqların alqı-satqısına dair digər əməliyyatlar.
Mövcud qanuna əsasən birja əməliyyatlarının qeydə
alınması və onlara dair məlumatların toplanıb yayılması yalnız
əmtəə birjasının özü tərəfindən həyata keçirilməlidir.
«Əmtəə birjası haqqında» qanun birbaşa birjaların
adından və onların hesabına müəyyən müqavilələrin
başlanılması və onlar üzrə əməliyyatların aparılmasını qəti
qadağan qoyur.
Müasir dövrdə əmtəə bazarında olan obyektiv və
subyektiv səbəblərlə əlaqədar Azərbaycan Respublikasında
konkret real əmtəələr üzrə forvard əməliyyatlarının aparılması
nisbətən geniş yayılmışdır.
4.3. Əmtəə birjasının təşkili və idarəedilməsi qaydaları
Cəmi birjalar, o cümlədən əmtəə birjaları və onlara
bənzər hər hansı başqa bir qurumunun təşkili və idarəedilməsi
aralarında sıx əlaqədə olan və bir-birinin mövcudluğuna
bilavasitə təsir göstərən texniki, texnoloci, təşkilatı, iqtisadi və
sosial məsələləri üzərində cəmləşdirir. Ümumiyyətlə texniki
sistemaltı kimi birja müəyyən növ spesifik avadanlıq və
qurğuların güclərinin əlaqələndirilmiş və proporsional halda –
konkret məkanda yerləşdirilməsi texnoloci sistemaltı kimi isə
birja məhsullarının yayılması (bölgüsü) və irəlilədilməsi (satışı)
ilə əlaqələri ardıcıl olan bir-biri ilə bağlı fərdi proseslər
sırasından ibarətdir.
Birjanın təşkilat-istehsalat quruluşu onun idarə olunan
sistemlərinin – bölmələrinin müəyyən ixtisaslaşmış həlqələrə
bölünməsi və öz növbəsində onların əlaqələndirilməsinin təyin
edilməsindən ibarətdir. Birjaların təşkilati quruluşu əvvəl qeyd
etdiyimiz kimi, əsasən aşağıdakı göstərilən amillərdən asılıdır:
- satışa çıxarılan əmək vasitələri və əmlaklarının
həcmi, nomenklaturu və çeşidlərinin tərkibi və növlərindən;
-
fəaliyyətlərinin
ixtisaslaşması
və
ya
universallaşması dərəcəsindən və ümumiyyətlə əməyin və
müəssisələrin ictimai təşkil formalarından;
- qarşılarında duran vəzifə və funksiyalarından;
- istehsal texniki bazaları – imkanlarının inkişafı
dərəcəsindən;
- yerləşdiyi yer və ərazilərin kommunikasiya –
infrastruktur təminatından, potensial alıcılar və satıcıların
yaxınlığından,
onların
fəaliyyət
dairələri
və
maddi
imkanlarından;
- dövlətin iqtisadi siyasətindən və s.
Beynəlxalq təcrübə göstərir ki, əmtəə birjaları
fəaliyyətlərinin təşkili formalarından asılı olaraq əmtəə birjaları
məhsullar və onların konkret növləri üzrə ixtisaslaşmış və geniş
profilli spesifik ticarət mərkəzləri kimi fəaliyyət göstərirlər.
Əksər hallarda bu cür təşkilat quruluşları material və ya
funksional yönümlü olurlar.
Dostları ilə paylaş: |