olmaq hüququ vermir.
Qanuna görə birjanın muzdlu işçiləri (klerkləri) alqı-
satqı əməliyyatları aparmaqdan məhrum olunurlar. Birjada
ticarət-kommersiya fəaliyyəti ilə yalnız birja üzvləri və onların
rəsmi nümayəndələri, eləcədə birjada yer almış brokerlər,
dilerlər və müştərilər məşğul olub mənfəət əldə etmək
hüququna malikdirlər, baxmayaraq ki, risk olan yerdə ziyan da
ola bilər. Bəzi birjalarda ticarətlə birdəfəlik yer – bilet almış
qonaqlar da iştirak edə bilərlər.
Ayrı-ayrı vətəndaşlar müəssisə və təşkilatlar
(şirkətlər) əmtəə birjasının üzvü ola bilərlər. Bunun üçün
müəyyən proseslərdən keçmək gərəkdir: birjada yeri satın
almazdan əvvəl xüsusi yoxlanışdan keçmək və icraçılar
şurasının razılığını almaq, bankda hesablaşma hesabında lazımı
məbləğdə pulu olmalı, broker şirkəti və ya qrupunu tapıb və
ona üzv olmaq, tədris kursu keçmək və imtahan vermək
lazımdır. Birja üzvləri öz yerlərini icarəyə verə bilərlər. carə
haqqı tərəflər arasında danışıqlar əsasında təyin edilir. carəyə
götürən tərəf birja üzvlərinə şamil edilən proseslərdən keçib
yoxlanılmalı və bu sahədə müəyyən təhsili olmalıdır.
Yeni yaradılan birja özünə üzvlər yığaraq, onlara
birjada işləmək – ticarətlə məşğul olmaq üçün yerləri satır.
Sonralar birjanın hər hansı bir üzvü öz yerini başqasına satmaq
istədikdə bu haqda üzvlük komitəsinə bildirib satış qiymətini
təyin edir. Müvafiq olaraq alıcılar da öz alış qiymətlərini elan
edirlər. Alıcıların ən yüksək qiymətləri və satıcıların ən aşağı
qiymətləri, həmçinin birjada axırıncı dəfə müəyyən tipli yerin
alqı-satqısı haqqında əməliyyatın qiymətinə dair məlumatlar
elanlar lövhəsində yerləşdirilir və nəzərə çarpmaq üçün ticarət
zalındakı xüsusi elektron tablosunda işıqlandırılır.
Birjanın üzvü olmaq istəyən hər bir kəs müvafiq
qaydaya əsasən üzvlük komitəsinə ərizə ilə müraciət etməlidir.
Yer iddiaçısına dair məlumat 24 gün ticarət zalında qalır.
Həmin müddət ərzində birjanın hər bir üzvü birja yerinin
iddiaçısına dair öz müsbət və ya mənfi rəyini verə bilər.
Birja üzvü, yeri gəldikdə, özünə köməkçi tuta bilər.
Lakin köməkçilər özləri ticarət əməliyyatları aparmaq
hüququna malik deyillər. Bütün köməkçilər birjanın
prezidentində qeydiyyatda almalıdırlar.
Broker şirkətləri yalnız o zaman birja üzvü ola bilər
ki, əgər onlar müəyyən edilmiş sayda birja yerləri almış
olsunlar və birjanın hesablaşma hesabında təyin edilmiş
məbləğdə pul vəsaitləri ödəsinlər. Həmin şirkətlərdə birjada
broker yerini icarəyə götürmək qadağan edilir. Ancaq onların
özləri minimal sayından artıq əldə etdikləri broker yerlərini
ticarətə qoya bilərlər.
Yuxarıda qeyd edildiyi kimi, birja üzvləri birjanın
rəhbərliyini, yəni icraçılar şurası və ya birja komitəsini seçirlər.
Həmin şuraya hər bir üzvlük qrupu üzrə müəyyən kvota
əsasında, həmçinin biznesmenlər, siyasi xadimlər, sənaye
müəssisələri və təşkilatların nümayəndələri seçilə bilərlər.
Təcrübə göstərir ki, birja şurasının tərkibində 25 adamdan çox
olması özünü doğrultmur. Birja şurası özünə sədr, onun
müavinləri, icra komitəsini seçir və birjanın prezidentini təyin
edir. Birja şurasına və onun rəhbərliyinə seçkilərin keçirilməsi
qaydası və müddəti hər bir birja tərəfindən müstəqil
müəyyənləşdirilir. Şura birjanın fəaliyyətinə dair məsuliyyətli
qərarlar qəbul edir.
Birja komitələri yalnız birja üzvlərindən seçilə
bilərlər. Bir qayda olaraq hər birja əmtəəsi üzrə ayrıca komitə
yaradılır. Birja yanında yaradılan yalnız arbitrac komitəsi
neytral mövqedən çıxış edərək, birja üzvləri, müştərilər və birja
arasında yaranan münaqişələri həll etməklə yanaşı, birja
fəaliyyəti ilə əlaqədar hüququ boşluğu doldurmağa cəhd
göstərir və ticarət qaydalarının yerinə yetirilməsinə nəzarət
edir. Eyni zamanda birjanın fəaliyyətini təmin etmək məqsədilə
maliyyə, sığorta, intizam və digər komitələri və bölmələri
yaradılır.
Birja
rəhbərliyinə
seçkilərin
keçirilməsi
və
komitələrin tərkibi yalnız birja üzvlərinin razılığı əsasında
mümkündür. Birjanın prezidenti birjanın üzvü ola bilməz.
Onun özü və eləcə də birjada çalışanların hamısı muzdlu işçilər
olmalıdırlar.
Birjada işçiləri funksional bölmələrdə çalışaraq, alqı-
satqı proseslərin kənardan müşahidəçiləri sifətində çıxış etsələr
də təcrübədə onlar ticarət əməliyyatlarının real icraçıları və
şahidlərinə çevrilirlər. Birja fəaliyyətində aparıcı bölmələrə
informasiya təminatı, telekommunikasiya şöbələri, ticarət
zalında nizam-intizam və qaydaların gözlənilməsinin təmin
edilməsi, əməliyyatların düzgün aparılması və tərəflər arasında
hesablaşmalara nəzarət, müqavilələr üzrə məhsulların
çatdırılmasına
nəzarət,
nəqliyyat,
iqtisadi
təhlil
və
planlaşdırma, əməliyyat-axtarış və nəzarət və digər işləri
həyata keçirən bölmə, komissiya və ya palatalar daxildir.
Adları çəkilən bölmələr və işlərin qısa siyahısı
birjaların vəzifə və funksiyalarının genişliyindən bəhs edir.
Belə ki, yalnız hesablaşma palatasının funksiyalarına dair bəzi
məqamları qeyd edək. Həmin bölmə ticarət zalında alqı-satqı
əməliyyatları keçirildikdən sonra ən intensiv çalışan komitədir.
Tərəflər arasında əlaqələr üçün başlanğıc olan əqdlər və
məhsulgöndərmə müqavilələri haqqında bütün son məlumatlar
məhz hesablaşma palatasına alıcı və satıcılar bir-birlərindən
asılı olmayaraq təqdim edirlər. Burada onların informasiyaları
yoxlanılır, çatışmamazlıqları, qeyri-dəqiqlikləri aşkar edilir,
nöqsan cəhətlərin düzəldilməsi üçün tədbirlər görülür. Yalnız
əməliyyatlarda aşkar edilmiş bütün qüsurlar düzəldikdən sonra
tərəflərin razılığı əsasında onlar qeydiyyata alınır və satıcı və
alıcılar arasında birbaşa əlaqə pozulur.
Bütün əməliyyatlarda hesablaşma palatası üçüncü
tərəf kimi çıxış edir. O, bir halda hər satıcı üçün alıcı və
digərində isə, alıcı üçün satıcı sifətində çıxış edir.
Hesablaşma palatası müvafiq qaydada alıcı və ya
Dostları ilə paylaş: |