hesablarında olan qıtlığı bərpa edə bilmədikləri halda marca
şöbəsi rəhbərliyinə yaranmış vəziyyətə dair məlumat verir və
bəzi hallarda onlardan müştərilərin hesabından çatışmayan
vəsaitləri çıxarmağa icazə alırlar. Beləliklə, marca şöbəsi
icraçı-nəzarəetdici funksiyaları yerinə yetirir.
4. Məlumatların işlənməsi şöbəsi. Bütün icra olunmuş
əmrlər həmin şöbəyə daxil olur. Burada əməliyyatlar
yoxlanılır, sonra kompüterə daxil edilərək, əməliyyatları uçota
almaq və onlara dair hesabatlar vermək imkanları əldə edilir.
Nəticədə
həmin
hesabatlar
müştərilərin
hesablarının
icraçılarına və sahibkarların özlərinə göndərilir.
5. Məhsulgöndərmə şöbəsi. Həmin şöbə birjadan
keçirilmiş əməliyyatları dərindən öyrənməli və onlar üzrə
məhsulgöndərmə işlərini reallaşdırmalı, o cümlədən fyuçers
əməliyyatları üzrə fiziki məhsulların alınmasını təmin edir. Bu
şöbə, həmçinin, əgər real məhsulun göndərilməsi tələb
olunmursa, fərdi fyuçers əqdləri üzrə müştərilərlə nəğd
vəsaitlərlə hesablaşmanın icrasına cavabdehdirlər. Bununla
yanaşı məhsulgöndərmə şöbəsi müştərilərə lazımi sənədləri
tərtib etməli, məhsulgöndərmə qaydası və sistemi haqqında
məlumat verməlidir.
Göstərilən bölmələrlə yanaşı fyuçers kommersiya
müəssisəsi satış, marketinq, elmi-tədqiqatlar, yerli şöbələrin
idarəedilməsi, mühasibatlıq, təsərrüfat işləri, mühafizə və s.
şöbələri yarada bilirlər. Təbiidir ki, bütün struktur bölmələri
biri-birilə şəxsi əlaqədə, vahid komanda kimi işləməlidir.
Fəsil 8. Birja və hərraclarda kommersiya əməliyyatları
8.1. Kommersiya əməliyyatları və birjalar
Kommersiya əməliyyatları dedikdə iki və ya bir neçə
tərəflər arasında məhsulların göndərilməsi, işlər və xidmətlərin
görülməsi üzrə qarşılıqlı razılıq başa düşülür. Əgər
sövdələşmədə
alıcıların
və
ya
satıcıların
ölkəsində
qeydiyyatdan keçməmiş müxtəlif ölkələrin nümayəndələri və
firmaları (şirkətləri və s.) iştirak edirsə, onda həmin sazişlər
beynəlxalq hesab edilir. Əgər sövdələşmədə bir ölkənin
nümayəndələri və ya həmin ölkədə qeydiyyatdan keçmiş xarici
firmalar iştirak edirsə, belə əməliyyatlar daxili hesab edilir.
Təcrübədə beynəlxalq kommersiya (və ya ticarət)
əməliyyatları, həmçinin birja sövdələşmələri böyük maraq
doğurur.
Bütün kommersiya əməliyyatlarını (sövdələşmələrini)
əsasən iki növə bölmək olar: əsas və köməkçi. Əsas
əməliyyatlara bir qayda olaraq aşağıdakıları daxil edirlər:
- məhsulların alınıb-satılması;
- elmi-texniki biliklərin (patentlərin, lisenziyaların və
s.) alınıb-satılması, mübadiləsi;
- texniki xidmətlərin (yeni texnologiyaların tətbiqi,
nadir obyektlərin inşa edilməsinə yardımlar və s.) alınıb-
satılması;
- istehsal amillərinin icarəyə götürülməsi;
- əmtəə, işlər və xidmətlərin icarəsi;
- beynəlxalq ticarət-iqtisadi əlaqələrin təşkili və b.
Köməkçi əməliyyatlara məhsulların, işlərin və
xidmətlərin satıcılardan alıcılara verilməsini təmin edən əsasən
aşağıdakı sövdələşmələr daxil edilir:
- beynəlxalq yükdaşımalar üzrə;
- yüklərin sığortası üzrə;
- yüklərin anbarlaşdırılması, emalı (işlənilməsi) və
saxlanılması üzrə;
- tərəflərin arasında hesablaşmaların aparılması üzrə
bank əməliyyatları.
Barter
və
yaxud
kompensasiyalı
(ödənişli)
əməliyyatlar elə sövdələşmələr əsasında aparılır ki, onlar pul
vəsaitləri nəğd və hesablaşma formasında cəlb edilmədən,
birbaşa əmtəə mübadiləsi formasında həyata keçirilir. Bu cür
əməliyyatlar inkişaf etməmiş bazarlar üçün daha xarakterikdir.
Əmtəə-pul mübadiləsi əsasında qurulmuş bazar münasibətləri
məhz barter əməliyyatlarından başlayıb. Müasir şəraitdə bazar
iqtisadiyyatı
qanunları ilə
yaşayan ölkələrdə barter
mübadilələri müəyyən qədər mövcuddur, ancaq onlar əksər
hallarda köməkçi və ikinci dərəcəli səviyyələrdədir. Barter
əməliyyatlarının genişləndirilməsində xarici ticarətin və cəmi
iqtisadi əlaqələrin liberallaşdırılmasının əhəmiyyəti çox
böyükdür.
Kommersiya sövdələşməsində başlıca hüquqi sənəd
qarşılıqlı razılıq sənədi olan müqavilə və ya kontraktdır
(əqddir).
Bütün sövdələşdirilmələrin təsnifatına görə kontrakt
və müqavilələrin (əqdlərin) formaları alqı-satqı, lisenziya,
icarə,
sığorta,
yükdaşımalar,
məhsulgöndərmələr,
məhsulsaxlamalar və s. ibarətdir.
Tərəflər biri-birini tanıdıqda və onların arasında
qarşılıqlı inam olduqda, alıcılar və satıcılar arasında
sövdələşmə üçün telefonla əlaqənin saxlanılması, faksların
mübadiləsi, nternet şəbəkəsindən istifadə edilməsi və s.
müqavilə (əqd) şərtləri kimi qəbul edilə bilər.
Birjalarda məhsulların və s. satışı ilə əlaqədar alıcılar
və satıcılar arasında sövdələşmə baş verir və yalnız bundan
sonra kommersiya əlaqələri və əməliyyatları rəsmiləşdirilir. Bu
işdə birjaların bütün bölmələri tərəfləri yaxından yardım
göstərərək, sənədləşmələrin əsas yükünü öz üzərlərinə
götürürlər. Bunlarla yanaşı əmtəə və fyuçers birjalarında
satıcılar və alıcılar arasında bağlanmış əqdlərin (müqavilə və
Dostları ilə paylaş: |