kontraktların) özləri də satıla bilər.
Beləliklə, bağlanmış əqdlər üzrə reallaşdırılan
kommersiya əməliyyatları birjaların fəaliyyətinin özəyidir.
8.2. Kommersiya sövdələşmələrinin keçirilməsi metodları.
Kommersiya sövdələşmələri əsasən iki metodla
birbaşa istehsalçılarla və vasitəçilərin iştirakı ilə həyata
keçirilir. Geridə qalan üsullar bu iki metodun törəmələridir.
Bizneslə məşğul olanların artdığı müasir şəraitdə
kommersiya sövdələşmələrinin yüksək səmərəlilik əsasında
qurulması məqsədi ilə onların kriterilərini-meyarlarını bir daha
dəqiqləşdirmək gərəkdir.
Birjalar
vasitəsilə
keçirilən
birbaşa
ticarət
sövdələşmələrinin əsasən aşağıdakı üstünlükləri mövcuddur:
1. Alıcılar həqiqətən onlara lazım olan məhsulları ala
bilir.
2. Alıcılar məhsulları istehsal edənlərlə elmi-
tədqiqatlardan sonra, hələ layihə işləri görülərkən, məhsul
üzərində təkmilləşdirmə işləri aparılan zamanı da əlaqələr
yarada bilir.
3. Birbaşa münasibətlər qurulduqda texniki cəhətdən
mürəkkəb olan məhsulların istehsal prosesinə nəzarət etmək
mümkün olur.
4. Əksər hallarda birbaşa münasibətlər uzunmüddətli
əlaqələrə və ya birgə müəssisələrə çevrilə bilir.
5. Birbaşa əlaqələr alınmış texniki vasitələrin işləməsi
və istismarı zamanda davam edir (təminatlı və onun
müddətindən sonrakı xidmətlər).
Birbaşa ticarət əməliyyatları məhsulların daşınılması,
saxlanılması, yüklərin sığorta edilməsi, gömrük işlərinin
görülməsi, bank hesablaşması və digər problemləri əhatə edir.
Birja ticarətində bütün bu işləri sivil qaydada və nisbətən az
vaxt ərzində görmək mümkündür.
Birjalarda ticarət-vasitəçilik əməliyyatları bir qayda
olaraq satıcı və ya alıcıların tapşırığı ilə onlardan asılı olmayan
vasitəçilər tərəfindən həyata keçirilir. Həmin vasitəçilər
məhsul, iş və xidmətlərin alınıb-satılması üzrə müştərilərinin
adından çıxış edərək istənilən sövdələşmələri aparıd lazım olan
əqdləri bağlaya bilərlər.
Ticarət vasitəçiləri əsasən kommersiya firmaları,
brokerləri, dilerlər və s. ibarətdir ki, onların qazancı satış və
alış qiymətləri arasındakı fərqlərdən və ya komission
maraqlarından ibarət olur.
Müəssisə ilə vasitəçilər arasındakı münasibətlərin
xarakterinə görə ticarət-vasitəçilin əməliyyatlarını əsasən
aşağıdakı növlərə bölmək olar:
-
məhsulların
təkrarən
alınıb-satılması
üzrə
əməliyyatlar (bu zaman vasitəçilər məhsulların sahibkarına
çevrilir sonra isə satır);
- agentlik əməliyyatları. Bu kimi sövdələşmələr
agentlik əqdi əsasında baş tutur ki, o da konkret əməliyyat üçün
yox, müəyyən regionun ərazisində müəyyən müddət üzrə
müəssisə və vasitəçilər arasında bağlanır;
- komission əməliyyatları. Həmin işlər müəssisə və
vasitəçilər arasında komission müqavilələri əsasında həyata
keçirilir. Bu kimi əqdlərə əsasən vasitəçilər məhsulu (əmtəəni)
istehsalçı müəssisələrdən komission müqaviləsi əsasında
başqalarının vəsaitə hesabına, lakin öz xeyrini güdərək
(əməliyyatın ümumi məbləğinin 10%-ə kimi) alış-verişdə
iştirak edir;
- broker əməliyyatları. Bu zaman vasitəçi kimi çıxış
edən brokerlər satıcıları və alıcıları görüşdürür və satılan
məhsulun ümumi məbləğinin 2-3%-i gəlir kimi əldə edirlər.
ngiltərə və ABŞ-da birbaşa sövdələşmələr ümumi
əməliyyatların 60-70% təşkil edir.
Kommersiya əməliyyatlarında vacib məsələlərdən biri
kommersiya
əqdlərinin
(müqavilələrinin,
kontraktların)
bağlanmasilə yanaşı, həmin kommersiya sövdələşmələrinin
həyata keçirilməsidir.
8.3. Kommermiya əqdlərinin bağlanılması texnologiyası
Kommersiya
sövdələşmələrinin
keçirilməsini
aşağıdakı mərhələlərə bölmək olar:
- tərəfmüqavillərin axtarılıb seçilməsi;
- alqı-satqı əqdlərinin imzalanma üçün hazırlanması;
- alqı-satqı əqdlərinin- kontraktlarının bağlanılması;
- alqı-satqı əqdlərinin şərtlərinin həyata keçirilməsi.
Həmin mərhələlərin hər biri öz növbəsində müəyyən
ardıcıl görüləsi işlərdən ibarətdir. Tərəfmüqavillərin seçilməsi
çox məsul vəzifədir və ondan sövdələşmənin son nəticəsi
bilavasitə
asılıdır.
Birjalar
tərəfmüqavillərin
axtarılıb
tapılmasına yardımçı olmaqla, onların arasında hesablaşmaların
reallaşması üçün ciddi maliyyə-iqtisadi tədbirləri görür. Öncə
hansı məhsulun nə qədər alınması, kimə və neçəyə satılması
təyin edilir. Sonra əqdin maliyyələşdirilməsi məsələsi həll
edilir. (Nəğd pulla, kredit hesabına, məhsulun bir hissəsinin
mübadiləsi yolu ilə və ya başqa ixrac olunan məhsulun satışı
nəticəsinə görə).
Bütün bu məlumatların əsasında alınacaq istehsal
vasitələri üzrə texniki-iqtisadi tapşırıqlar hazırlanır. Bu sənəddə
avadanlıqların bütün zəruri parametrləri (məhsuldarlığı, hazır
məhsulun çeşidi, iş recimi, mühəndis təminatı və s.), həmçinin
kommersiya şərtləri (ödəniş qaydası, məhsulgöndərmə şərtləri,
sifarişin hazırlanması müddəti, servis xidməti imkanları və s.)
öz əksini tapır. Bu cür tapşırıqları hazırladıqdan sonra
məhsulgöndərənlərin imkanlarını öyrənməkdən ötəri xüsusi
kataloqlarla tanış olmalı, sərgilərdə iştirak etməli və ya
birjaların əmtəə satışlarında iştirak etmək gərəkdir.
Bəzi hallarda texniki-iqtisadi tapşırıqlar potensial
tərəfmüqavillərə məktublarla müraciət edilir və orada bu
təklifin nə vaxta qədər qüvvədə olması göstərilir. Müraciət
edilən tərəfin cavab verməməsi layihədə iştirakdan imtinasını
Dostları ilə paylaş: |