Birjaların özlərinin daxilində rəqabət birja üzvləri,
eləcədə vasitəçilər kimi broberlər və dilerlər arasında müşahidə
edilir. Bütün bu rəqabət münasibətləri birjaların nizamnamələri
, birjaların öz daxili strukturları olan birja ticarəti qaydaları
üzrə orbitrac və s. kommisiyaları tərəfindən qəbul edilmiş
qaydalara əsasən tənzimlənir və idarə olunur.
Reklam elə fəaliyyət növlərindən biridir ki, onun
vastəsilə potensial alıcılarla müəyyən formada əlaqə yaradılır
və onlar məlumatlandıraraq, konkret məhsulların və ya
xidmətin satışını təmin edilir. Reklamın özü gəlir (mənfəət)
əldə etmək məqsədindən asılı olaraq kommersiya xarakteri
daşıya bilər. Kommersiya məqsədi güdən reklam müəyyən
məhsul və xidmətlərdən, biznes əməliyyatlarından, o
cümlədən, birja və hərracların fəaliyyətindən maddi
bəhrələnməyə, gəlir və mənfəət əldə etməyə yönəldilir. Qeyri
kommersiya reklamında isə bir başa heç bir maddi maraq
güdülmür. Misal üçün əhalinin sağlamlığının qorunması və
onların mariflənməsi ilə əlaqədar olaraq reklam tədbirləri bu
qəbildəndir.
Birja və hərrac fəaliyyətində bədii, texniki və psixoloci
üsulların köməyi ilə satışa çıxarılan obyektlərə dair
informasiyalar ümumi qaydada tələbatı yaradıb və satışı həyata
keçirmək üçün bu prosesdə iştirak edən subyektlərə çatdırılır.
Birja
və
hərraclarda
reklam
həmin
sferanın
xüsusiyyətlərini, qarşıya qoyulmuş problemləri, yerli obyektiv
və subyektiv amilləri nəzərə alaraq həyata keçirilir.
Unutmayaq ki, reklam marketinq kommunikasiya
sisteminin ən geniş yayılmış və ən böyük vəsait tələb edən bir
elementdir. Marketinq kimmunikasiya sistemi satışın, eləcə də
mənfəətin yüksəldilməsi üçün təyin edilmiş potensial alıcılara
müəyyən üsul və vasitələrdən istifadə edərək məhsullar,
xidmətlər və s. dair məlumatların verilməsi yolu ilə təsir
imkanları kompleksidir.
Birja və hərraclarda reklam, bütün digər sahədə olduğu
kimi, daxili və xarici reklama bölünür. Daxili reklam birja və
hərraclarda başqa sferalardan fərqli olaraq, olduqca geniş
yayılan və həddindən artıq operativliyi, əyaniliyi və
informasiyaların çevikliyi və dəyişkənliyi, eləcədə və
zənginliyi ilə seçilir. Burada elektron tablolar, qaçan sətirlər,
lövhələr və sairlər o qədər çox və məlamatlarla dolu olur ki,
xüsusi hazırlığı və sərişdəsi olmayan insanlar onlardan baş
çıxara bilmir. Cəmi marketinq kommunikasiya sisteminə
daxildir: reklam, şəxsi satışın həvəsləndirilməsi, ictimaiyyətlə
əlaqə, bir başa marketinq, sərgilər və yarmarkalar. Birja və
hərraclarda xarici reklamdan istehlak məhsulları və xidmətlərin
reklamlarına nisbətən bir qədər məhdud istifadə olunur, buda
birja
və
hərracların
satışa
çıxardığı
obyektləri
xüsusiyyətlərindən və s. irəli gəlir. Misal üçün birja və
hərracların xarici reklamında şitlər, plakatlardan, nəqliyyat
vastələri üzərinə həkk olunmuş şəkil və yazılardan, televiziya
yayım vasitələrindən və digər reklam daşıyıcılarından
məqsədyönlü və olduqca məhdud formada istifadə edilir.
Bir çox hallarda qarşıda duran məqsədlərdən asılı olaraq
reklam üç növə ayrılır:
1)
nformasiya
xarakterli
reklam.
Bu cür
reklamdan birja və hərraclar keçirilməzdən
əvvəl, keçirilən zaman və keçirildikdən sonra
marağında
olan
subyektlərə
müəyyən
məlumatları
çatdırmaq,
onlara
istiqamət
vermək, vaxtı və yeri göstərmək, satılan mallar,
onların qiymətləri və s. dair informasiyalar
vermək üçün istifadə edilir.
2)
Nəsihət verici reklam
vasitəsilə bir qayda
olaraq potensial alıcı seqmentlərinə ünvanlı
reklam məlumatları çatdırılır, onlarda bir sıra
şübhələrə aydınlıq gətirmək prosesləri təhlil
etmək üçün informasiyalar çatdırılır, seçmə
yolu ilə tələb və təklif formalaşdırılır.
3)
Xatırlayıcı reklam vastəsilə
birja və hərraclarda
nəinki alıcıların, eləcədə satıcıların nəzərinə
müəyyən məlumatları çatdırırlar ki, onlar öz
işlərini və vaxtlarını daha yaxşı planlaşdıra
bilsin və birja və hərracların gedişatında iştirak
etsinlər.
Cəmə reklam sahəsində fəaliyyət aşağıdakı ünsürlərdən
ibarətdir: reklam verənlər, reklam agentlikləri, reklam vastələri,
istehlakçılar. Birja və hərracların fəaliyyətində reklam verənlər
qismində əsasən birja və hərrac komitələri, istehsalçılar, topdan
satıcılar, firmalar və başqaları çıxış edə bilərlər.
Reklam agentlikləri öz məhsulları və xidmətlərinə alıcı
axtarmaqda olan sifarişçilərin tapşırığı ilə reklam vastələrində
gedən informasiya materiallarını tərtib edən, hazırlayan və
yerləşdirən yaradıcı qrup və kommersantlar çalışan müstəqil
müəssisədir. Həmin müəssisənin özəyini müştərilərin
qulluğunda duran reklam mətnlərinin tərtibatçıları, rəssamlar,
radio və televiziya prodüssorları, reklam vastələri üzrə
mütəxəssislər,
1
tədqiqatçılar və istehsal sexində işləyən digər
işçilər çalışır.
Birja və hərracların istifadə etdiyi reklam vastələri
olduqca genişdir.
-
dövrü nəşrlərdə və lüğətlərdə reklam;
-
çap reklamı;
-
radio vastəsilə reklam;
-
kinoreklam;
-
bayır (xarici) reklam;
-
satış yerində reklam və s.
Reklam vasitələrinin seçilməsi əsasən aşağıdakı
amillərdən asılıdır:
-
reklam olunan malın xarakteri və reklamın
məzmunundan;
1
Бязи ядябиййатларда адлары чякилян рекламлары илкин, рягабят вя
тяканверижи (йардымчы) реклама кими дя адландырырлар.
Dostları ilə paylaş: |