informasiyalar insanların və kompüterin yaddaşında həkk
olunur, müəyyən sənədlərdə iz buraxaraq saxlanılır. Bu təkrar
informasiyaların əldə edilməsi olduqca operativ, az vaxt və
vəsait məsrəfləri ilə qruplvşdırılır və birja və hərracların işində
adi iş məmurları, brokerlər, dilerlər və s. tərəfindən istifadə
edilir. Yeganə olaraq təkrar informasiyaların indi baş verən
hadisə və proseslər üçün istifadə edilməsindən əvvəl onlar
dəqiqləşdirilməli və yeri gəldikdə ilkin informasiyalarla
zənginləşdirilərək, kompleks şəkildə istifadə edilməlidir.
Birja və hərraclarda aparılan marketinq tədqiqatlarını iki
qrupa ayırmaq olar: daim və vaxtaşırı. Daima aparılan
marketinq tədqiqatları prosesində birja və hərracların ətraf
mühitində gedən dəyişikliklər daima izlənilir və tədqiq edilərək
cari dövrdə nəzərə alınır. Vaxtaşırı həyata keçirilən marketinq
tədqiqatları isə bir qayda olaraq qarşıya çıxan müəyyən konkret
problemin həll edilməsi ilə əlaqədar, eləcədə qrafik üzrə
əvvəlcədən planlaşdırılmış marketinq tədqiqatlarıdır.
Marketinq tədqiqatlarını aparmaq üçün informasiyalar
müşahidə, sorğu, test, sınaq və s. istifadə edərək toplanılır.
Birja və hərraclardan informasiyaların toplanılması
məqsədilə ümumi və xüsusi uçot və analitik təhlil sistemi
formalaşdırılır. Bununla əlaqədar xüsusi cədvəllər matrisalar və
qrafiklər tərtib edilir.gündəlik statistka göstəricilər onların
üzərinə köçürülür, xüsusi hesablamalar aparılaraq birja və
hərrac məhsullarının hər biri üçün satışın həcmi, qiymətlər və
s.
dair
trendlər
təyin
edilir
və
iqtisadi
meyllər
müəyyənləşdirilir. Bu gür tədqiqatların aparılması üçün yeri
gəldikdə texniki vasitələrdən (sayqaclardan, kino və
videokameralardan, xüsusi proqramlarla təmin edilmiş güclü
kompüterlərdən və s.) istifadə edilir.
9.3. Birja və hərraclarda ticarətin təşkili və
tənzimlənməsi
Müxtəlif növ birjalarda birja ticarətinin təşkili
yerləşdikləri ölkələrin qanunları və onların özləri tərəfindən
qəbul edilmiş qaydaları ilə tənzimlənir, təşkil edilir və idarə
olunurlar. Buna görə də müəyyən bir birjada ticarətin təşkilini
bilmək üçün həmin birjaların yerləşdiyi ölkələrin müvafiq
qayda və qanunlarını, eləcə də həmin birjaların özlərinin
fəaliyyət xüsusiyyətləri və qəbul etdikləri ticarət prinsipləri
haqqında kifayət qədər məlumatlanmaq gərəkdir.
Hər bir ölkədə birja ticarətinin təşkili müxtəlif növ
birjaların fəaliyyətinə dair qəbul edilmiş müvafiq qanunlarla
tənzimlənməlidir. Həmin qanunlarda ardıcıl olaraq birja
ticarətinin təşkili qaydaları, birja sövdələşmələrinin növləri,
birjaların əsas struktur bölmələrinin siyahısı, aparılmış birja
sövdələşmələrinə və birja qiymətlərinə dair birja üzvlərinin
məlumatlandırılması qaydaları, birja əqdləri bağlandıqda
tərəflər arasında qarşılıqlı hesablaşmalara dair məlamatlar və
informasiya axınları qaydaları öz əksini tapır.
Birja əməliyyatlarının həyata keçirilməsi qaydalarına
əksər hallarda birja reqlamenti deyirlər. Həmin reqlament
birjaların iş recimini və prosesini tənzimləməklə yanaşı bütün
birja ticarəti üzvlərinin kommersiya maraqlarını qorumalı,
eləcə də dürüst və səmərəli işləmək üçün şərait yaratmalıdır.
Birja qaydalarını şərti olaraq əsasən aşağıdakı dörd hissəyə
bölmək olar.
1. Birja ticarətinin keçirilməsi qaydası. Həmin bənddə
birja ticarətinin
harada, hansı sessiyalar üzrə və saatlarda keçiriləcəyi
müəyyənləşdirilir.
Bir qayda olaraq birja ssesiyası dedikdə onun rəhbərliyi
müəyyən etdiyi zaman kəsiyində qanunu hesab ediləcək birja
ticarətində bağlanan əqdlər başa düşülür. Birja sessiyaları üzrə
vaxt elə ayrılıb təyin edilir ki, o eyni çeşiddə məhsul satan
başqa birjaların ticarət ssesiyaları ilə üst – üstə düşməsin. Bu
birja ticarəti iştirakçıları və marağında olan tərəflərin müəyyən
problemli məsələlərinin həll edilməsi, eləcə də arbitrac
əməliyyatlarının aparılmasına imkan yaradır.
2. Birja ticarətinin növləri. Belə ki, birjaların özləri
onlarda
aparılacaq
sövdələşmələrin
təfsilatını
müəyyənləşdirərək, öz fəaliyyətlərinə və bazar subyektlərinin
bağlayacaqları əqdlərə istiqamət verir və birja ticarəti prosesini
tənzimləyərək idarə olunan və mümkün olan hala salır.
Ticarət sesiyası başa çatdıqdan sonra bütün əqdlər
müvafiq qaydada qeydiyyata alınaraq rəsmiləşdirilirlər. Hətta
şifahi formada bağlanan belə əqdlər ticarət ssesiyasının
sonunda yazılı formada bağlanan əqdlər kimi rəsmi gücə malik
olurlar. Birjalarda bağlanan kontraktlar imzalanıb qeydiyyatdan
keçdikdən sonra müştərilərə təqdim edilirlər ki, brokerlərin
haqqlarını ödəsinlər.
3. Birja informasiyasının birja ticarətinin iştirakçılarına
vaxtında, yerində, tam və dəqiq formada çatdırılması onlara
bazarı istədikləri kimi təhlil edib və düzgün hesab etdikləri
qərarları qəbul etməyə imkan verir.
Birja informasiyaları ümumiləşdirilmiş və cari formada
marağında olan tərəflərə sistemləşdirilmiş şəkildə, müəyyən
edilmiş qaydada çatdırılır. Əksər birjalarında cari birja
informasiyaları satışa çıxarılan obyektlərin alınıb və satılması
təklifləri ilə birlikdə sıx ticarət ssesiyasında qiymətləri və
satışın miqdarları kimi elektron tablolarda əks olunur. Lakin bu
informasiyalar, o qədər çox olur və sürətlə qısa vaxt ərzində
yayılırsa, onları dərindən təhlil etmək çətin olur. Bu
çatışmamazlığı aradan qaldırmaq və bazarda vəziyyəti
öyrənmək üçün onları fərdi kanallarla əldə edib təhlil etməyə
üstünlük verilir.
Bir çox hallarda cari informasiyalar kommersiya sirri
kimi qorunduğu üçün onlar yalnız bu birjada xüsusi yer və
Dostları ilə paylaş: |