özləri onların vasitəsilə bağlanan kontraktlar üzrə müştərilərdə
tutulası xərclərin məbləğini müəyyənləşdirdilər.
Lakin sonralar müştərilərdən toplanan komission
vəsaitlərinin həcmi fyuçers komission tacirləri və onların
sifarişçiləri arasında uzunmüddətli danışıqlar nəticəsində bir
qədər elastikləşmişdir. Bütün bunlar ABŞ-da fyuçers broker
şirkətlərinin gəlirlərinin azalmasını bariz nümayiş edir.
Müasir dövrdə fyuçers komission müəssisələri hər ay
üzrə gəlirləri və məsrəflərinə dair təxminən aşağıdakı formal
üzrə hesabat təqdim edirlər (cədvəl 4).
Aşağıda verilən cədvəldən aydın olunur ki, fyuçers
komission müəssisəsinin gəlirlər və məsrəflər mənbələri
həddindən artıq müxtəlifdir. Gördüyümüz kimi, məsrəf
bölmələri iki maddədən ibarətdir və onlar belə adlanır
«Əməliyyatlar xərcləri» və «Əməliyyatlar məsrəfləri». Həmin
məsrəf maddələrinin birinci müştərilərin sifarişləri üzrə
sazişlərin müqavilələrin alqı və satqısı zamanı yaranır. Həmin
vəsaitlər
fyuçers
komission
müəssisələrində
çalışan
qulluqçulara çatır, hansılara hesablaşmaların icraçıları, ola
bilsin qeydiyyvatdan keçmiş nümayəndələr deyirllər, çünki
onlar sifarişçilərin hesablaşma hesablarını aparmaq məqsədilə
əlaqədar məlumatları toplamalı və bunların üzərində işləməli
olurlar.
Cədvəl 4.
Fyuçers komission müəssisəsinin gəlirləri və məsrəfləri
haqqında aylıq hesabat
№
Gəlir və məsrəflərin maddələri
mln.
dollar
I Məcmui gəlir
1
Komissionlar
80
2
Depozitlər üzrə faizlər
60
cəmi gəlirlər
140
II əməliyyatların xərcləri
1
Komissionların ödənişləri
30
2
Broker xidmətləri
17
3
Birja və klirinq yığımları
13
cəmi xərclər
60
III əməliyyatlar məsrəfləri
1
Heyət
40
2
Rabitə xidmətləri
10
3
carə
12
4
Reklam
18
5
Ofis üzrə xərclər
7
6
Hüquq və mühasibat xidmətləri
3
Digər xərclər
10
cəmi əməliyyat xərcləri
100
1
Vergilər ödənməzdən əvvəl mənfəət
40
2
Vergi ödənişləri
27
Xalis mənfəət
13
Mövcud
təcrübəyə əsasən
fyuçers
komission
müəssisələrinin icraçı klerkləri fyuçers əməliyyatları üzrə
göstərilmiş xidmətlərə görə müştərilər tərəfindən broker
şirkətinin xəzinəsinə ödənilmiş komission vəsaitlərinin
təxminən 30-40% əməkhaqqı kimi alırlar.
«Broker xidmətləri» adlı məsrəf maddəsinə fyuçers
komission müəssisəsi tərəfindən əməliyyat zalında əmrlərin
icrası ilə məşğul olan brokerlərə ödənilən vəsaitlər daxildir.
«Birja və klirinq yığımları» maddəsində əməliyyatları klirinq
işləri ilə əlaqədar broker şirkəti üzvlərinin ödənişləri təşkil edir.
Nyu-York əmtəə birjasında klirinq üçün toplanan vəsaitlər 1,7
ABŞ dolları, Çikaqo ticarət birjasında isə 0,2 ABŞ dolları təşkil
edir. Bununla belə birja ticarəti inkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, klirinq səhmdarlıqları-birlikləri əsasən
mənfəətsiz təşkilatlardır. Dünyanın bir çox birjalarında
təsərrüfat işləri, inşaat, təmir, avadanlıqların alınması və
reklam tədbirləri ilə əlaqədar vəsaitlər toplanılsa da artıq qalan
pulları mütəmadi olaraq öz üzvlərinə qaytarırlar.
Tarixi şərait, iqtisadi vəziyyət və digər amillərdən
asılı olaraq müxtəlif ölkələrdə fyuçers komission müəssisələrin
təşkilati quruluşu müxtəlif cür formalaşmışdır. Ancaq bu kimi
müəssisələrin optimal yerləşdirilməsi prinsipini rəhbər tutaraq,
onların əksəriyyətinin əsas qərargah-mənzilləri fyuçers
bazarlarının olduğu regionlarda cəmləşmişdir. Həmin mərkəzi
ofislərdə onların dünyanın müxtəlif regionları və ölkələrində
fəaliyyət göstərən filial və dayaq məntəqələrdən daxil olan
məlumatlar üzərində işlənilir, o cümlədən bütün əməliyyatlar
qeydə alınır, marcalar köçürülür və digər maliyyə əməliyyatları
aparılır.
Onu qeyd edək ki, «marca» termini əsasən birja,
bank, ticarət və sığorta təcrübəsində faiz ödənişləri, qiymətli
kağızların məzənnələri, əmtəə qiymətləri və digər göstəricilərlə
fərqləri təyin etmək və göstərmək üçün istifadə olunur. Misal
üçün, bank termini kimi marca verilən kreditlə cəlb olunan
kreditlərin, təqdim edilən kreditin təminatı ilə verilən kredit və
s. arasında yaranan fərqləri özündə cəmləşdirir.
Ümumiyyətlə, bir sıra funksional bölmələrin
vəzifələri və adlarının uyğun gəlməsinə baxmayaraq, fyuçers
komission müəssisələrinin təşkilati quruluşları müxtəlif ola
bilər. Əksər hallarda bu kimi bölmələrə aşağıda göstərilən
şöbələr daxildir:
1. Əmrlər şöbəsi – birja ticarəti keçirilən zaman
əsasən zalla fasiləsiz əlaqə yaradaraq müxtəlif yerli şöbələrin
əmrlərini icra etməklə məşğul olan qurum. Bunun kimi əmrlər
bütün bölmələrdən və əməliyyat zalından yaradılmış elektron
şəbəkəsi vasitəsilə icra üçün daxil olur və qəbul edilir. Məhz bu
səbəbə görə bölmələrdən gələn əmrlər icraçılara çatır və
avtomatik olaraq əməliyyat zalında qeyd edilir, qasidlər isə
onları tez rinqə təqdim edərək, oraya daxil olan əmrlər bir neçə
dəqiqənin içində icra olunur. Bu haqda yerli şöbəyə məlumat
verilir.
2. Yeni hesablar şöbəsi. Yeni hesabların əksəriyyəti
fyuçers komission müəssisəsinə əmtəə və fyuçers əqdlərinin
alıcı və satıcıların özləri ilə daha sıx əlaqə saxlayan yerli
bölmələrdən ötürülür. Təbiidir ki, hesabların icraçıları potensial
müştərilər arasında xeyli təbliğat işləri aparır, onların maliyyə-
iqtisadi vəziyyətlərini, işguzar dairələr arasında nüfuzlarını və
s. öyrənirlər. Bununla yanaşı icraçılar müştərilərə fyuçers
ticarəti və bu sahədə kommersiya riskinin xüsusiyyətlərini izah
etməlidirlər. craçılar həmin yeni müştərilərin sənədlərinin
düzgün və tam dürüst doldurulması, müəyyən mərkəzi ofisə
ötürülməsi, orada məlumatların vaxtlı-vaxtında öyrənilməsi və
mövcud qaydaya uyğun hər bir yeni müştərinin hesab nömrəsi
alması üçün məsuliyyət daşıyırlar.
3. Marca şöbəsi. Yeni hesablar şöbəsi öz
müştərilərinə yeni hesab açdıqda onlara marca haqqında
məlumat verir və birja və ticarətlə məşğul olmağa icazə verən
razılıqları imzalayır. Lazım olduqda müştərilərə marca
ödənilməsinə dair tələbnamə yazılıb təqdim edilir. Müştərilər
Dostları ilə paylaş: |