128
A l m a z. Sizinçin bəlkə də...
F u a d. O sənin yanında qalmışdırmı?
A l m a z. Qalmışdır.
F u a d. Çox təəccüb.
A l m a z. Burada təəccüb ediləcək bir şey yoxdur. Mənim qapım dostlarımın
üzünə həmişə açıqdır.
F u a d. Bu da azad qadın!
A l m a z. Kimsəsiz gecələrdə göz yaşı boğazıma tıxanırkən, Fuad gələr və “sağ
ol, Almaz, qoçaqsan”, – deyə şən bir gülüşlə məni oxşar deyirdim. Fəqət sən gəlib
nələr soruşursan. Həyat bir kislata kimi bütün paxırları açır, hər kəsi öz rəngində
göstərir. İndi mən kiməm, sən kimsən? Mən yeni yaşayış yolunda çarpışan fədakar
bir əsgər, bir soldat. Sən isə dargözlü, dar düşüncəli bir meşşan. Budur, mən bu
kağızda hamısını sənə yazmışdım. Səni köməyə çağırırdım. İndi isə, al, bu da bu!
Kağızı götürüb cırmaq istəyir. Fuad ona doğru atılıb kağızı əlindən almaq istəyir.
Fəqət Almaz ondan qabaq kağızı cırıb atır.
F u a d. Sən sayıqlayırsan, Almaz! Sən anla ki, bir ailənin səadəti ondakı
qadının məsumluğundadır. Sən anla ki, qız ilə qadın arasında bir pərdə vardır ki,
onu sökmək – külfət səadətini sökmək deməkdir. Sən dindirəndə qızaran,
güldürəndə ağlayan bir qızdın, bu dil səndə yox idi.
A l m a z. Sən mənim sevgimi, səmimi duyğularımı gərəksiz bir pərdəyə fəda
edirsən. Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. O
hər şeyi bağışlaya bilər.
F u a d. Mən səni anlamıram, Almaz. Mən bir şeyə inanardım, hər şeyi
keçərdim. Lakin biz bu uşağa nə ad qoya bilərik. Belə işi bağışlamaq... Eşidən nə
deyər? Cidanı ki, çuvalda gizlətmək olmaz. Bunu kim bağışlaya bilər?
A l m a z. Bağışlamaq olmaz... Al, Fuad, bu nədir? ( Ona bir kağız uzadır).
F u a d. Bu... bu...
A l m a z. Nədir?
F u a d. Bu, aliment kağızıdır.
A l m a z. Aliment kağızıdır?
F u a d. Lakin, Almaz, gənclikdir, bu bir işdi düşmüşdü.
129
A l m a z. Bir işdi düşmüşdü! Neçin səninçin bir iş düşə bilər, mənimçin düşə
bilməz?
F u a d. Axı, Almaz, mən kişiyəm, sən qadın.
A l m a z. Unut artıq. Mənimçin dünyada kişi-arvad yoxdur. İnsan var: insan
hər bir işində azad və sərbəst olmalıdır.
F u a d. Axı, kişiylə arvad arasında bir fərq var, ya yoxdur?
A l m a z. Var. Sənin cəmiyyətin kişiyə hər bir cinayəti bağışlayır, qadına yox.
F u a d. Cəmiyyətə tabe olmaq gərəkdir, yox? Bizim ki, şüarımız
kollektivlikdir.
A l m a z. Mən sənin o çürük meşşan cəmiyyətinə qarşı mübarizə aparıram. O
haqsızdır. Mən onun ardınca getməli deyiləm. O cəmiyyətin özünü yıxmaq
lazımdır.
Sükut.
F u a d. Almaz, uşağın olduğunu bir adam bilirmi?
A l m a z. Nə demək istəyirsən?
F u a d. Qoy heç kəs bilməsin. Bu sirr aramızda qalsın.
A l m a z. Yox, mən çalışacağam ki, bunu bütün dünya bilsin və hamı bilsin ki,
mənim öz işim, ancaq öz işimdir və ona qarışmaq kimsənin borcu deyildir.
Əlindəki kağızı yerə atır. Bu aralıq doktor T e m u r t a ş içəri girir.
Aha, sizsiniz, mən çox şadam...
T e m u r t a ş. Külək, Almaz, məni əldən salmışdır. Gedə bilmədik, yoldan
qayıtdıq.
A l m a z. Tanış olun!
T e m u r t a ş ( Fuada yanaşıb, gülümsəyərək, əlini uzadır). Temurtaş.
Fuad acıqlı bir dönüşlə onun gah üzünə, gah da əlinə baxır və birdən sərt bir hərəkətlə
onun üzünə bir şillə vurur. Hər üçü dinməz durub bir-birinin üzünə baxırlar. Bu aralıq sərt
bir hərəkətlə qapını çırpıb çıxarkən
.
F u a d. Görüşərik.
P ə r d ə
130
İKİNCİ ŞƏKİL
Kənd şurasının qabağında: ortadan t ə h q i q a t heyəti,
sağdan A l m a z oturmuşdur.
Ş ə r i f ( ayaq üstə, çox qızğın). Biz kəndlilər razı ola bilmərik ki, Şura
hökumətinin zamanında da köhnə qurdlar, hansı ki, qoyun dərisini geyib əksinqilab
binası qoysunlar.
B a r a t. Əksinqilabçı siz özünüzsünüz. Köhnə qurd sən özünsən, müxbirlərin
də adını ləkələyirsən.
Ş ə r i f. Əlbəttə, yoldaş Barat, sən yerindən qışqırırsan, səni yandırır, çünki
müəllimə arağı səninlə içirdi. Atamoğlanın qızını soyundurub subutalni,
dakumentalni sənin qabağında oynadırdı.
A f t i l. Sənin qabağında oynatsaydı danışmazdın.
Ş ə r i f. Sən bircə spakoys ol.
S ə d r. Yoldaşlar, səs salmayın!
Ş ə r i f. Böyük-böyük qızları soyundurub, öz adamlarının qabağında oynadır.
B a r a t. Yalan deyirsən.
Ş ə r i f. Yalan deyirəm? Bu da sübut, burada yüz əlli adam qol çəkmişdir.
Subutalni, dakumentalni bunlar hamısı öz gözlərilə görənlərdir. Uşaqları tovlayıb,
onlara yağ, pendir və yumurta gətirtdirir. Bu da yalandır? Mən yalan deyirəm, qoy
şura sədri desin. Elədir, yoldaş Baloğlan, elə deyil? Sən öz gözünlə gördün, ya
yox?
B a l o ğ l a n. Bəli, bəli ya, elədir.
Ş ə r i f. Sənin öz qızın gəlib, hindən nənəsinin yumurtalarını oğurlayıb
aparmışdı, aparmamışdı?
B a l o ğ l a n. Bəli ya, bəli, bəli.
Ş ə r i f. Hacı Əhməd! Oğlun yağı bardaqdan aparmışdı, aparmamışdı?
H a c ı Ə h m ə d. Canunçun, yoldaş sədr, soruşur, gərək doğrusun deyim.
Xəncəri qından apartdırır, çolpanı hindən. Bardaqları uşağın əlindən alıb,
uçqullanın həyətində yerə elə çırpmışam ki, saxsıları, canınçun, indi də elə
oradadır. Belədir, Mirzə Səməndər, ya qeyri-belədir?
M i r z ə S ə m ə n d ə r. Atam, vallah, mən bitərəfəm, mən onun işinə
qarışmıram.
B a r a t. Yalandır. O, rüşvət bardağı idi.
A f t i l. Onu sənin başuva vurmaq lazımdır.
K ə n d l i l ə r. Doğrudur, doğrudur.
Dostları ilə paylaş: |