131
O b i r i d ə s t ə. Yalandır, yalandır.
S ə d r. Yoldaşlar, yerinizdən səs salmayın!
O c a q q u l u ( ayağa durur). Bəs məscidi nə üçün demirsiniz? Allahı nə üçün
demirsiniz? Yoldaş qəmisyə, mən səndən və külli bu yığılan camaatdan sual
edirəm: hər binanın bir ustası və hər bir məxluqun bir xaliqi var, ya yoxdur? Hə,
sual edirəm: var, ya yoxdur?
B a r a t. Get sən onu o axsaq qatırından sual elə!
O c a q q u l u. Genə də dedi qatır! Qatırı axsaq olanın atası tünbətün olsun,
sonra da, o sözü çıxardanın.
S ə d r. Yoldaşlar, səs salmayın!
Ş ə r i f. Mən özüm getdim ona dedim ki, yoldaş müəllimə, neçə vaxtdır burada
Mirzə Səməndər də müəllimdir. Nə üçün bir adam ondan bir gülcən də inciməyib,
hə? Yoldaş Şura sədri inciyib?
B a l o ğ l a n. Yox, canım, yox, canım, yox, yox, bir gülcən deyəsən, yox, yox.
H a c ı Ə h m ə d. Canunçun, yoldaş sədr, uşaqlar hamısı, lap hələ kəndlilər də,
başına and içirlər, neçün ki, düz işləyir, görürəm işinə diqqət eləyir. Belədir,
Baloğlan, ya qeyri-belədir? Amma bu birisi, baxırsan, görürsən ki, yox... əyir...
əyir...
S ə d r. Yoldaşlar, mən qəti surətdə təklif edirəm ki, yerinizdən danışmayın!
Ş ə r i f. Yoldaşlar, mən özüm qəzet müxbiriyəm, bu mənim kağızlarım, bu da
vəsiqələrim, hamısını subutalni, dakumentalni göstərirəm. Tutaq ki, mənim
dediklərim hamısı yalan oldu. Bəs bu yekə uşağa nə deyəcəksiniz, yoldaş Barat? O
da yalandır? Ona nə deyəcəksiniz? İldən yuxarıdır müəllimə buradadır. Nişanlısı
da elə dünən gəlibdir. Bəs bu uşaq haradan çıxdı? Hə? Onda dillənmirsiniz?
Yoldaş Gülverdi, yoldaş Barat, yoldaş Aftil, dillənsəniz!
H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah, yaxşı tutdu...
S ə d r. Siz ayrı-ayrı adamlarla danışmayın!
Ş ə r i f. Odur ki, kəndlilər öz arvadlarını çıxarıb apardılar, qaldılar, zadda,
zadda, arvadlar qaldılar zadda ( Dəftərini vərəqləyir).
A f t i l. Hansı cəhənnəmdə qaldılar?
B a r a t. Qalmazlar, biz onları traktorla gətirərik.
O c a q q u l u. Neynən? Neynən dedin?
B a r a t. Sənin axsaq qatırınla.
O c a q q u l u. Genə də dedi qatır? Genə də dedi qatır!
132
S ə d r. Yoldaşlar...
Ş ə r i f. Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində. Məktəbdən də hər kəs
öz uşağını apardı, məktəb də dağıldı.
B a r a t. Məktəbi siz dağıtdınız!
Ş ə r i f. Mən öz bacım oğlunu heç aparmadım da. Ona bina, mən bilirəm ki,
burada təqsir müəllimədədir. Ona görə də belə müəllimə, hansı ki, heç nəyə
ləyaqəti yoxdur, gərək ona lap böyük cəza verilsin ki, başqalarına da dərs, ibrət
olsun. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti!
Hamı əl çalır. Bu aralıq bayırdan bir gurultu qopur.
X a n ı m n a z ağlayaraq, içəri girir.
X a n ı m n a z. Vay, evim yıxıldı. Yıxdılar balamın evini. Mən yuxumu
görmüşdüm. Ay balam! ( İçəri girib, Almaza doğru gedir. Almaz onu görüb, tez
ayağa durur).
S ə d r. Yoldaşlar, səs salmayın!
K ə n d l i l ə r ( daldan Xanımnazı tuturlar). Ay arvad, ora getmək olmaz ey!
X a n ı m n a z. Olmaz? Bəs neyləyim? Ay balam!
B a r a t. Eybi yoxdur. Xala, otur bir yanda.
X a n ı m n a z. Vay, balamın evini yıxdılar. Ay camaat, uşaqlarınızın başına
dolanım, uşağımı sizdən istəyirəm.
H a c ı Ə h m ə d. Bacı, biz nə edək? Dedi, malı qırov öldürər, qışın adı
bədnamdır...
O c a q q u l u. Ey ciyərə qane olmayan pişik, asıl qənarədən, sənə bundan
bətəri gərəkdir!
X a n ı m n a z. Ay başınıza dönüm, mənim uşağımda bir təqsir yoxdur.
Nadandır. Ay camaat, çevirin uşağımı balalarınızın başına, yazığam.
M i r z ə S ə m ə n d ə r. Uşaqdır, canı çıxsın, dilini saxlasın. O gəlmişdi ayran
içməyə, başlamayaydı ara açmağa. Keç otur daha bir yanda, zəhəndəlik eləmə.
A f t i l. Xanımnaz bacı, keç otur. Eybi yoxdur. Dünyanın işi belədir.
Çəkişməsə, bərkişməz
1
.
S ə d r. Hacı Əhməd, sizin bu barədə sözünüz varmı?
1
Müəllifin əlyazmalarından birində Xanımnazın məclisə gəlməsi ilə əlaqədar
olan bu parça ixtisar edilmişdir.
133
H a c ı Ə h m ə d. Yoldaş sədr, mən özüm orta bir kəndliyəm. Özüm də invalid,
bu da mənim kağızlarım. Şura hökumətinə də canlabaşla qulluq eləməyə hazırıq.
S ə d r. Vətəndaş Hacı Əhməd, siz vətəndaş Almaz xanımın işi haqqında nə
bilirsiniz?
H a c ı Ə h m ə d. Mən, yoldaş sədr, bir az avam adamam, zakundan başım
çıxmaz. O ki, hər nə ki, Şərif dedi, əlbəttə, onların hamısı doğrudur. Bu, bu işləri
görübdür. Ancaq mən xahiş eləyirəm hökumətdən ki, hələ bu dəfəlik keçsin
onunçun. Doğrudur, bir dana bir naxırı korlar, daha onu siz yaxşı bilirsiniz... Biz
avam adamıq Deyərlər ki, qurunun oduna yaş da yanar. Bunu buraxarsan, kəndlilər
o yaxşını da qoymazlar. O səbəbə ki, ilan vuran ala çatıdan da qorxar. Ancaq mən
yenə də xahiş edirəm ki, hökumət onun cəzasını bir az hələ yüngül eləsin.
Uşaqdır, bu dəfə eləyibdir, gələn səfər eləməz. O ki qaldı bardaqlarımı uşağıma
apartdırır, canunçun, yoldaş sədr, mən hələ ondan da keçirəm. Neynək, daha avam
adamıq də.
İ b a d. Uşaqdan danış, uşaqdan, bunlar hamısı boş söhbətdir!
H a c ı Ə h m ə d. Vallah, uşaqdan daha nə deyim. Mənim ki, bu barədə dilim
varmır. Mən bu təzə zakunları yaxşı bilmirəm. Ancaq belə adama daha kəndlilər
arvad üst olmazlar. O bu kənddə daha duruş gətirə bilməz. Odur ki, məktəb də
dağıldı, o biri də, bu biri də. Yəni bunu kəndlilər deyir ha. Canunçun, yoldaş sədr,
mənə heç bir peykamı yoxdur. Bir arvadım var, Allaha şükür, samana qatsan, at
yeməz, sümüyə qatsan, it. Lap istəyir hələ bu saat arvadları hopçılıq eləsinlər,
mənə peykamı yoxdur. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti!
İ b a d. Yoldaş sədr, mən bir bilmək istəyirəm: bu müəllimənin bu kənddə əsl
işi nədir? Nəçidir? Hə? Soruşuram də.
S ə d r. Sözünüzü deyin!
İ b a d. Yox, soruşuram də?
S ə d r. Vəzifəsi müəlliməlikdir.
İ b a d. Deməli, məktəbdə dərs deməkdir də? Rəhmət atova! Bəs o ki, dərsi
qurtaran kimi, o dərə sənin, bu dərə mənim, o bulaq başı sənin, bu bulaq başı
mənim, toyxana gəldi, yasxana gəldi, başlayır arvadlara çehil-tuti kitabından dərs
verməyə: ərin incidir – çıx heç yoxdur – gəl hopçılıq ol, şura sədri yaramaz, gərək
arvad olsun. Bu hansı zakunda vardır? Məscid gərək klub olsun, bilmirəm nə
olsun, nə olsun, nə olsun... Görüb bu işlər hamısı onun palağayısıdır, ya zakundan
Dostları ilə paylaş: |