140
kimi ittihamlar olduğunu eşitdiniz. İndi bir də soruşuram: siz
özünüzü təqsirli
bilirsinizmi?
A l m a z (
ayağa durub, sakitcə ətrafı süzərək). Mən dediklərimə heç bir şey
artırmaq istəmirəm. Özümü müdafiə etməyəcəyəm, çünki məni düşmənlərim çox
yaxşı doğrultdular.
S ə d r. Deməli, siz özünüzü təqsirli bilmirsiniz?
A l m a z. Yox, mən özümü təqsirli bilirəm.
S ə d r. Bilirsiniz?
A l m a z. Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş
qolçomaq hacı əhmədlərə, şəriflərə, mirzə səməndərlərə qarşı mübarizəyə ancaq
Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil
etmək yolu ilə iş
görülə biləcəyini yaxşı düşünməmişdim. Mən təkbaşıma mübarizə aparmışdım.
Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi
partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu
səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox
şey öyrətdi.
S o n
Q e y d: Cəfər Cabbarlının əlyazmalarının birində pyes, Almazın məktəb uşaqlarına
oxutdurduğu şərqi ilə bitir. Həmin şərqini – oyunu əlavə şəklində dərc edirik:
S ə d r. Almaz xanım! Biz yalnız uşaqların nə oynadığını görmək istərdik.
K ə n d l i l ə r. İstəyirik... İstəyirik...
A l m a z. Kəndlilər, bu, oyun deyil. Bu bizim gedəcəyimiz yoldur. Bizi
bürüyən qaranlıq sökülür. Qarşımızdakı “Dan ulduzu” bizi azad və mədəni bir
səhərə doğru aparır. Bu meydan güclülərin döyüş meydanı, bu yol inqilabın və
mədəniyyətin qalibiyyət yoludur.
Birdən lampaların işığı sönür
.
S ə h n ə d ə n s ə s g ə l i r:
Qoy gömülsün
torpağa
Əski kənd, onun əski yaşayışı,
Çürük ağac xışları.
“Yeni kənd”də yeri darar
Dəmir dişli kotanların
Güclü dəmir dişləri.
Müxtəlif tərəfdən sanki telefon ilə danışılır.
142
Milyonlarla əsrlər.
Hey insan,
dinc otur,
Mənim köksüm daşdandır.
Sənin aciz əllərin
Əsrlərcə çalışmış,
Mənə üstün gəlməmiş,
Mənə qarşı durmamış...
Dura bilməz...
Sənin ağac xışların
Mənim bu daş qollarımı...
Qıra bilməz...
Uşaqlar oynayırlar.
– Ayıl torpaq, bizi tanı!
Sənə qarşı yürüyən
O gördüyün –
Çürük ağac xış deyil.
Mədəniyyət bağında
Artıq yazdır, qış deyil.
Sənə qarşı yürüyür.
Bir vuruşda qayaları
Yarıb düzə qatanlar,
Od püskürən traktorlar,
Dəmir qıran,
Dəmir qollu kotanlar.
Uşaqlar oynayırlar.
Ayıl torpaq, bizi tanı!
Biz
deyilik sənin dünən
Saymadığın acizlər,
Bizə təslim olmalıdır
Yerdə sular və torpaq,
Göydə ay və ulduzlar.
Uşaqlar, maşın hərəkəti ilə hücum edər kimi oynayırlar
Hey torpaq, təslim ol!
Sənə qarşı yürüş var!
Maşınlara od buraxın,
Vuruş var ha, vuruş var!
143
K ə n d l i l ə r.
Biz sizi məscidlərin küncündən,
Örtülərin altından,
Toz-torpağın içindən,
Heç bir şeyə yaramayan
Çürük xışlar ardından,
Yoxsulluqdan, aclıqdan
Yeni kəndə çəkirik.
S ə s.
Orda yeri şumlayacaq
Dəmir öküzlər, atlar,
Poladlar, poladlar.
Orda
həyat quracaq
Od gedişli traktorlar,
Güclü, dəmir kotanlar.
Ümumi ahəngə uyğun olaraq, Almazın son sözləri eşidilir.
A l m a z.
Hey, sən!
Əski dünya, təslim ol!
Sənə qarşı yürüş var!
Maşınlara od buraxın,
Vuruş var ha, vuruş var!
144
1905-Cİ İLDƏ
17 şəkildə pyes
İ Ş T İ R A K E D Ə N L Ə R
Q o c a B a x ş ı – köhnə işçi
G ə n c B a x ş ı – komsomolçu
G ə n c S o n a – komsomolçu qız
S a l a m o v Ə m i r a s l a n b ə y – mədən sahibi
A ğ a y a r – onun əlaltısı
B a h a d ı r b ə y – millətçi
intelligent
A ğ a m y a n – erməni kapitalisti, mədən sahibi
H a y k a z –
onun oğlu, zabit məktəbi tələbəsi
Q u b e r n a t o r – Bakı general-qubernatoru
M a r i y a T i m o f e y e v n a – onun arvadı
A l l a h v e r d i Ə s r i y a n – Qarabağ kəndlisi (erməni)
N a b a t – onun arvadı
E y v a z – onun oğlu, inqilabçı-işçi
S o n a – Allahverdinin qızı
I m a m v e r d i – Qarabağ kəndlisi (azərbaycanlı)
G ü l s ü n – onun arvadı*
B a x ş ı – onun oğlu
V o l o d y a – inqilabçı-işçi
İ s a k
A r ş a k
A r a m
M u r a d,
M a k s i m o v
işçilər
B a x m e t y e v
İ ş ç i S ə m ə d
K a r a p e t
A x u n d
K e ş i ş
P o l i s m e y s t e r
Q r a d o n a ç a l n i k
K ö m ə k ç i –
Qarabağ uryadniki
M ə h k ə m ə s ə d r i
P r o k u r o r
M ə h k ə m ə p r i s t a v ı
İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar.