145
BAŞLANĞIC
G ə n c B a x ş ı şeylərini yığışdırıb yola hazırlaşır. S o n a çox tutqun halda
çamadanının üstündə oturmuş, düşünür. İçəridə, otaqda kim isə oxuyur. Tar
çalınır...
Saçın ucun hörməzlər,
Neynim aman, aman, neynim aman, aman, sarı gəlin!
Səni mənə verməzlər.
Neynim aman, aman, sarı gəlin!
Sarı gəlin, aman, sarı gəlin, boy-boy, sarı gəlin!
Gəl-gəl səni alım...
G ə n c B a x ş ı. Sona, sən deyəsən, heç tələsmirsən...
G ə n c S o n a ( başını qaldırmayaraq). Nə var?
G ə n c B a x ş ı. Eşitmirsən?.. Sabah bizim üçün kolxozdan stansiyaya at
göndəriləcəkdir. Vaxtında yetişməliyik. Gecikmək olmaz... Sona! Neçin
danışmırsan? Deyəsən, heç getmək fikrində deyilsən...
G ə n c S o n a. Yox, Baxşı, sən get. Mən getməyəcəyəm...
G ə n c B a x ş ı. Neçin, Sona? Biz ki, iş dalınca gedirik. Sən kəndə getməkdən
boyun qaçırırsan?
G ə n c S o n a. Yox! Mən qaçırtmıram. Mən ancaq oraya getməyəcəyəm.
G ə n c B a x ş ı. Haraya?
G ə n c S o n a. Sən gedən yerə! Mən başqa kəndə gedəcəyəm.
G ə n c B a x ş ı. Sona! Axı, ikimizi də bir yerə yazmışlar.
G ə n c S o n a. Məni çox dindirmə. Mən gedib öz adımı
pozduracağam.
G ə n c B a x ş ı. Sona!
G ə n c S o n a. Məni dindirmə, deyirəm.
Sonanın atası Q o c a B a x ş ı əlində tar, gülərək içəri girir.
Q o c a B a x ş ı. Sona! Sən, qızım, neçin Baxşı ilə bir yerdə getmək istəmirsən?
G ə n c S o n a. Istəmirəm.
Q o c a B a x ş ı. Səbəbi nədir?
G ə n c S o n a. Heç bir səbəbi yoxdur. Bilmirəm.
Q o c a B a x ş ı. Sən Baxşını sevirsən?
G ə n c S o n a. Mən heç kəsi sevmirəm. Mən heç bir şey bilmirəm.
Məndən heç bir şey sormayın...
Q o c a B a x ş ı. Sən onunla bir yerdə getməkdən qorxursan?
146
G ə n c S o n a. Mən heç bir şeydən qorxmuram.
Q o c a B a x ş ı. Yox, qorxursan.
G ə n c S o n a. Mən nədən qorxacağam?..
Q o c a B a x ş ı. Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı
dillərdən qorxursan. Sən azərbaycanlısan, Baxşı erməni. Azərbaycanlı qızının
erməniyə getməsi bu vaxtadək görünməmiş bir işdir. Sən bundan qorxursan. “Nə
deyərlər?” – budur səni qorxudan. Sən özünü gücsüz hiss edirsən. Ona görə də
onunla bir yerdə getmək istəmirsən. Elədirmi?
G ə n c S o n a. Ata, əvvəl başdan onu deyim ki, mən Baxşını heç sevmirəm.
Ikinci, indiki halda siz dediyiniz şeyləri düşünmənin yeri yoxdur. Üçüncüyə
qalanda... əsrlərdən bəri düzəlmiş, bərkimiş, beyinlərə işləmiş adətləri, cəmiyyətin
əxlaq normalarını yoğuran düşüncələri, çəpərləri birdən-birə söküb, birinci olaraq
irəli çıxmaq yüngül bir şeydirmi?
Q o c a B a x ş ı. Bu, indiki zamanda lazımdır. Dayan, Sona, sən mənə qulaq as,
Sona. Sənə kiçicik bir şey danışım. O, bizim keçirtdiyimiz həyatın bir faciəsidir,
qara bir kitabdır. Mən onu sənə göstərə bilərəm... ( Qoca Baxşı durub o biri otağa
keçir).
G ə n c B a x ş ı. Sona!
G ə n c S o n a. Baxşı, sən atamın sözlərinə baxma! Mən, səni sevməyi
fikrimdən belə keçirməmişəm.
Qoca Baxşı əlində qara cildli bir kitab olaraq qayıdır.
Q o c a B a x ş ı. Budur, Sona! Bu qara bir kitabdır. İstəsən, al, özün oxu!
Sona alıb kitaba baxır və qaytararaq.
G ə n c S o n a. Bu, ərəb əlifbası ilə yazılmışdır. Mən oxuya bilmirəm.
Q o c a B a x ş ı. Oxuya bilməzsən, çünki bu hərflər artıq sənə yabançıdır. Bir
azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya
bilməyəcəkdir. Çünki oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi
görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz
qara bir həqiqətdir. Otur, Baxşı, sən də qulaq as! Mən özüm sizin üçün bu kitabdan
bir neçə səhifə oxuyaram. Bunları mən öz gözümlə görmüşəm, öz qulağımla
eşitmişəm və öz əlimlə yazmışam. Mən əzbərdən də danışa bilərəm. Hər ikiniz
qulaq asın!.. Eşidirmisən, Sona? Qulaq as!..
147
G ə n c S o n a. Eşidirəm!..
Q o c a B a x ş ı. İyirminci əsrin ilk illəri idi. Gənc Baxşı seminariyadan
Qarabağa, öz kəndlərinə, öz evlərinə qayıtmış, Sonanı da burada görmüşdü. Baxşı
türk idi, Sona erməni. O zamanlar Sona on altı yaşında idi. Sona hündürboylu,
gülümsər, gözəl, tən yerişli, şux gülüşlü bir qız idi. Onlar qonşu idilər.
İşıq yavaş-yavaş azalır. Yuxarıda işıq artır.
BİRİNCİ ŞƏKİL
Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd... N a b a t həyətdə təndir üstündə oturub
corab toxuyur. G ü l s ü n, əlində corab toxuyaraq, onun yanına gəlir.
G ü l s ü n. Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür
yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə
gəldi.
N a b a t. Hinə bax, ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta
tapmışam.
G ü l s ü n. Yiyəsi ölmüş bir yerdə oturub qaxıla bilmir.
N a b a t. Ala, bunları da apar, dünən axşam əyirmişəm.
G ü l s ü n. Nə xəbər, qaçhaqaç deyil ki, mənim hələ əyrilmiş yunum var.
N a b a t. Sən allah, ay Gülsün bacı, mallar gələndə sən onları bir az yemlə,
mən Eyvazı yola salım.
G ü l s ü n. Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm. Sən arxayın
ol, işini gör.
E y v a z ( əlində şeyləri girərək). Hə, ana, araba hazırdır, daha dayanma, xırda-
mırdanı ver bayıra. Xoş gördük, Gülsün xala, sənin keyfin, əhvalın? Bu nədir, ay
xala, indidən saçların ağarıbdır, eyib deyil?
G ü l s ü n. Eh, dünyanın dərdi-qəmindən.
E y v a z. İmamverdi dayı ilə aran necədir? Görünür, yaxşı baxmır?
G ü l s ü n. Mürdəşir yusun Imamverdi dayının üzünü, heç sifətini görürəm?
Səhərdən yenə Allahverdi kişiyə qoşulub, heç bilmirəm hara itib gedibdir.
İ m a m v e r d i ( Allahverdiylə gəlir). Hansı cəhənnəmə getmişəm. Köpək
oğlunun xarabasında qoyurlar rahat oturaq, bir parça zəhrimarımızı yeyək. Bir ay
bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən.
Dostları ilə paylaş: |