Microsoft Word ?d?b-9 Mv capa doc


MİLLİ ÖZÜNƏQAYIDIŞ DÖVRÜNDƏ ƏDƏBİYYAT



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə54/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

 130
5. MİLLİ ÖZÜNƏQAYIDIŞ DÖVRÜNDƏ ƏDƏBİYYAT 
(1961–1990) 
 
MövzuRəsul Rza. “Çinar ömrü” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Sərbəst  şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, 
sorğu kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5. 
  Sərbəst şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına 
müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu. Bu, fərqli yollardan istifadə ilə həyata keçiri-
lə bilər; təbiətə  həsr edilmiş  şeirlərdən birinə  bəstələnmiş mahnının (məsələn, 
Ş.Ələkbərovanın ifasında çinardan da bəhs edilən “Dərələr”, “Ay bizim çinara bən-
zəyən çinar” əsərlərinə bəstələnmiş mahnıların)
 
səsləndirilməsi, Şəki Xan Sarayının 
önündəki Xan çinarın  şəklinin, Rəsul Rza haqqında “Çinar ömrü” filmindən fraq-
mentin və s. nümayiş etdirilməsi mümkündür. Başqa bir yol şagirdlərin həyat təc-
rübəsinə, təbiət üzrə öyrəndikləri biliklərə  əsasən çinar ağacı ilə bağlı  yığcam mü-
sahibənin aparılması ola bilər. Müsahibədə dərslikdəki “Yada salın” başlıqlı suallar-
dan da istifadə etmək faydalıdır. Müsahibə  tədqiqat sualının formalaşdırılması ilə 
yekunlaşdırılır. 
Tədqiqat sualı:  Sizcə, çinar haqqında yazılmış  əsərlərdə daha çox hansı 
məsələlər əksini tapa bilər? 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhəyə qeyd edilir.  
Tədqiqatın aparılması.  Əsərin oxusunu fərqli formalarda həyata keçirmək 
mümkündür. Hansı oxu növünün tətbiqindən asılı olmayaraq, digər mövzularda ol-
duğu kimi, dərslikdəki “Oxuda aydınlaşdırın” başlıqlı tapşırığın (1.  Əsərdə tanış 
olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. 
2. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin) yerinə yetirilməsinin 
vacibliyi şagirdlərə xatırladılır.  
Dərslikdə  şeirin fərdi səssiz oxunması tövsiyə edilmişdir.  Əsərin ilkin oxusu, 
təbii ki, onun haqqında dolğun təsəvvürün qazanılmasına imkan vermir. Məhz buna 
görə  də ikinci tapşırıq  şagirdləri mətnin – misraların üzərində düşünməyə, ifadə 
olunmuş fikirləri başa düşməyə istiqamətləndirir. Fərdi qaydada həyata keçirilən bu 
iş kiçik qruplarda davam etdirilir. Qənaətlərini bölüşən, qaranlıq mətləblərə 
aydınlıq gətirən şagirdlər ümumiləşdirmə aparmaqla, təqdimata hazırlaşırlar.  
Məlumat mübadiləsi və müzakirə.  Məlumat mübadiləsinin səmərəli keçməsi 
müəllimin işi necə təşkil etməsindən asılıdır. Belə ki, şagirdlər əsərin məzmunu barə-
də öyrəndiklərini bütövlükdə çatdırmağa cəhd edir, əhəmiyyətli məsələlərdən tez-tez 


 131
uzaqlaşırlar. Məhz buna görə də müəllimin sualları şagirdləri konkretliyə, daha vacib 
məsələlərin (mətnaltı mənaların ifadə olunduğu parçaların) üzərində dayanmağa yö-
nəldir. Məzmunla bağlı bütün mühüm məqamların xatırladılması müzakirənin 
səmərəli keçməsinə imkan yaradır. Müzakirədə şagirdlərin müstəqillik və fəallığına 
şərait yaradılır, onların hər birinə sual vermək, əlavələr etmək imkanı verilir. Şeirdə 
işlənilmiş bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi ilə bağlı şagirdlərin 
öz fikirlərini əsərdən nümunələr gətirməklə əsaslandırmalarına xüsusi diqqət yetirilir.   
Müzakirə nəticəsində əsərin ilkin qavranılmasındakı çatışmazlıqlar aradan qal-
dırılır, müxtəlif mülahizələr  əlaqələndirilir, müqayisə edilir və qruplaşdırılır. Bu, 
dərsin nəticə və ümumiləşdirmə mərhələsinin səmərəliliyinə zəmin yaradır. Müəl-
limin istiqamətləndirici sualları  əsasında  şagirdlərdə belə bir qənaət möhkəmlənir 
ki, doğma təbiətin möcüzəsi olan çinar ağacı öz vüqarı,  əzəməti,  əyilməzliyi, 
dözümlülüyü, gözəlliyi ilə insanları valeh etmiş, müxtəlif sənət adamlarının 
diqqətini də məhz bu cəhətləri cəlb etmiş və tərənnüm olunmuşdur. 
Çıxarılmış  nəticələrin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir. 
Dərslikdə  təqdimat üçün təklif olunmuş mövzular əsərin məzmunu üzərində 
düşünməyə və şagirdlərdə məntiqi təfəkkürün inkişafına imkan yaradır. Təqdimat-
ların dinlənilməsinə və müzakirəsinə vaxt ayrılır.  
Dərsdə vaxtdan qənaətlə istifadə edildikdə sonuncu (6-cı) tapşırığın yerinə 
yetirilməsinə vaxt qalır. Tapşırığın fərdi olaraq yerinə yetirilməsi və bir neçə 
şagirdin cavabının dinlənilməsi məqsədəuyğundur. 
 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
MövzuRəsul Rza. “Çinar ömrü” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3. 
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasi-
tələrinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Sərbəst  şeirin ideya-xüsusiyyətlərini  şərh edir, əsaslandırıl-
mış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nüma-
yiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyini təqdimatların dinlənilməsi 
və müzakirə edilməsi yolu ilə müəyyənləşdirmək mümkündür. Müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə