151
BEŞİNCİ BÖLMƏ ÜZRƏ
BİRİNCİ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə Əliağa Kürçaylının “Şəhid meşə”şeiri üzrə aparıla bilər
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN
SUAL VƏ TAPŞIRIQLAR
1. Əsərin lirik növdə olduğunu əsaslandırın. Fikrinizi qısaca yazın.
2. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar
Onların növü
3. Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın.
Cədvəldən istifadə edin.
Bədii təsvir
və ifadə vasitələrinin
işləndiyi misralar
Fikrin təsir gücünün artmasında
onların rolu
4. Şeir hansı mövzuda yazılıb?
A) Vətən
B) Təbiət
C) Əmək
D) Qəhrəmanlıq
E)
Dostluq
5. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?
Ağaclar yıxıldı qollu-budaqlı,
Yuvalar dağıldı çolpalarıyla.
Çinarlı, söyüdlü, ağcaqovaqlı
Meşə yoxa çıxdı sıx qatarıyla.
A) Qorxu, çaşqınlıq
B) Fərəh, heyranlıq
C) Laqeydlik, soyuqqanlılıq
D) Kədər, təəssüf
E) Mübarizlik, çağırış
152
6. Şərti işarələrdən istifadə etməklə bənddə fasilələrin yerini, məntiqi vurğulu
sözləri göstərin.
Hər
kəndə gedəndə dinləyirəm mən
Şəhid bir meşənin şikayətini.
Özün bir şitil də əkməmisən sən,
Qoruya bilməzsən el sərvətini.
7. “Elat” sözünün mənası hansı variantda düzgün verilib?
A) Bir yurdda yaşayan el, camaat, xalq
B) Eli, camaatı idarə edən şəxs
C) Qəbilə, tayfa başçısı
D) Elin qayğısını çəkən, xeyrində-şərində iştirak edən
E) Eli düşməndən qoruyan igid
8. Şeiri İ.Hüseynovun “Zəhər” hekayəsi ilə müqayisə edin.
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
9. Şeirlə bağlı hansı fikir səhvdir?
A) Əsərin adında epitet işlənilib.
B) Şairin təbiətə məhəbbəti əks olunub.
C) Kürün meşəni məhv etməsi təsvir olunub.
D) Kolxoz sədrinin hərəkəti elin danlağına səbəb olur.
E) Təbiəti qorumağa çağırış öz əksini tapıb.
10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi qısaca yazın.
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
153
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və mü-
zakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına
müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla
nail olmaq mümkündür. Bu məqsədlə ana mövzusunda əvvəl öyrənilmiş
əsərlərdən,
atalar sözlərindən, anaya həsr olunmuş mahnıdan və s. istifadə etmək
olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında
yığcam müsahibənin aparılması daha faydalıdır. Müsahibə tədricən tədqiqat
sualının formalaşmasına imkan yaradır.
Tədqiqat sualı: Ana və övlad münasibətlərinə həsr olunmuş əsərlərdə daha çox
hansı fikirlər öz əksini tapır?
Fərziyyələr
dinlənilir, təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Əsərin oxusu üzrə işi fərqli məzmunda təşkil etmək
mümkündür. İlk növbədə, şeirdən kiçik bir parçanı müəllimin nümunəvi ifadəli
oxuması, yaxud bədii oxu ustasının ifasının dinləməsi məqsədəuyğundur
(https://www.youtube.com/watch?v=OVuw26yyUjo).
Oxunun hansı şəkildə reallaşdırılmasından asılı olmayaraq, mətndəki tanış
olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin
müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılır. Oxuya ayrılan vaxt başa
çatdıqdan sonra şagirdlər ilkin təəssüratlarını bölüşürlər. Növbəti tapşırığın
(dərslikdə əsərdən verilmiş misralarda ifadə olunmuş fikrin aydınlaşdırılması)
cütlük şəklində icra edilməsi mümkündür. Müəllimin məqsədindən asılı olaraq,
sonrakı iki tapşırıq (ikihissəli gündəlik üzrə iş, təsvir və ifadə vasitələrinin növünün
dəqiqləşdirilməsi) fərdi, yaxud cütlük şəklində yerinə yetirilə bilər. İkihissəli
gündəlik üzrə işin təşkili ayrıca diqqət tələb edir. Şagirdlərə izah olunur ki, şeirin
məzmunu ilə bağlı təəssürat, düşüncə və suallarını ikihissəli
gündəlikdə əks
etdirmələri vacibdir. Bu, məzmunun əhatəli öyrənilməsinə, qaranlıq mətləblərin
qalmasına imkan vermir. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər
yerinə yetirdikləri bütün işlərin nəticələri ilə bağlı fikir mübadiləsi aparır,
nöqsanları aradan qaldırır, dəqiqləşdirmə və ümumiləşdirməyə diqqət yetirirlər.
İşin bu mərhələsində də ikihissəli gündəliklər diqqət mərkəzində saxlanılır, məz-
munları arasındakı oxşarlıq və fərq aşkara çıxarılır, təqdimat üçün hazırlanır. Kiçik
qruplarda bu istiqamətdə aparılan
işin əhəmiyyəti böyükdür; şagirdlər səhvlərini
başa düşür, əməkdaşlıq şəraitində yeni bilik və bacarıqlara yiyələnirlər. Bu şəkildə
aparılan işin nəticəsində hazırlanan təqdimat məzmunca zəngin olur, üstəlik, qrup