Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə64/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

 156
mərhələdə cavabların  əlaqələndirilməsinə, müqayisə edilməsinə, qruplaşdırılma-
sına xüsusi diqqət yetirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin  aparılması mərhələsində fikirlərin 
ümumi ideya halında birləşdirilməsinə nail olunur. Əldə olunanların bir tam 
halında təsəvvür edilməsi uğurlu nəticə kimi dəyərləndirilir.  Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, kamil sənət əsəri, illər keçsə də, öz dəyərini itirmir. Belə 
əsərlərdə  əksini tapmış ideya köhnəlmir, öz aktuallığını qoruyub saxlayır. Ana-
övlad, valideyn-övlad münasibətləri barədə müxtəlif zamanlarda yazılmış əsərlərdə 
əksini tapmış müdrik nəsihətlər bütün zamanlar üçün əhəmiyyətli ola bilər. 
Çıxarılmış  nəticənin tədqiqat sualı ilə  əlaqəsi, səsləşməsi, fərziyyələrlə 
müqayisə edilməsi diqqət mərkəzində saxlanılır. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
                            
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.2 
  Sərbəst şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
2.1.2. 
 
  Şeirin mövzusuna,  problemə  müqayisələr, ümumiləş-
dirmələr aparmaqla münasibət bildirir. 
2.2.1.  
 
  Müzakirələrdə  şeirin mövzusuna, qoyulmuş    problemə  tən-
qidi münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Üçüncü dərs saatının bir variantı aşağıdakı məzmunda ola bilər. 
Motivasiya, problemin qoyuluşu.  Bədii oxu ustasının ifasında  şeirdən bir 
parça dinlənilir.  İfaçının qarşısına hansı  vəzifəni qoyduğu qısaca müzakirə edilir, 
nəticədə tədqiqat sualı müəyyənləşdirilir.  
Tədqiqat sualı:  Şeirin ifadəli oxusunda başlıca olaraq, hansı  vəzifə yerinə 
yetirilməlidir? 
Şagirdlərin fərziyyələri dinlənilir və təkrara yol verilmədən qeyd olunur. 
Tədqiqatın aparılması  üzrə  iş  dərslikdə  təklif edilmiş tövsiyə  əsas 
götürülməklə  təşkil oluna bilər. Müəllimin təklifi ilə  şeirin birinci parçasını 
dəftərdə, yaxud iş  vərəqində yazan şagirdlər ifaçılıq vəzifəsini – oxuda 
dinləyicilərə  nə çatdıracaqlarını müəyyənləşdirmək üzərində düşünürlər. Bunu 
şagirdlər cütlük şəklində  işləməklə yerinə yetirə bilərlər. Sonrakı tapşırıqların – 


 157
məntiqi vurğulu sözlərin, fasilələrin yerinin, ayrı-ayrı misraların oxusunda səsin 
aldığı çalarların və s. müəyyənləşdirilməsi fərdi olaraq icra edilir. Kiçik qruplarda 
birləşən  şagirdlər  fikir mübadiləsi və müzakirə aparırlar.  İfaçılıq vəzifəsinin 
məzmunu və formalaşdırılması ilə bağlı fikir ayrılığının çox olmasına təbii baxmaq 
lazımdır. Eləcə də digər məsələlərlə – məntiqi vurğulu sözlər, səsin keyfiyyəti və 
oxuda almalı olduğu çalarlar və s. bağlı mübahisə yaranır. Bütün bunların 
diskussiya zəminində aradan qaldırılmasına səy göstərilir.  İfaların dinlənilib 
müzakirə edilməsi, eləcə  də  bədii oxu ustasının ifasına münasibət bildirilməsi 
nəticənin çıxarılmasına, ümumiləşdirmənin  aparılmasına  imkan verir. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ifaçılıq vəzifəsi şeirin ideya-məzmu-
nundan çıxış edilərək müəyyənləşdirilməlidir. Ana məhəbbətini, nəvaziş, qayğı və 
zəhmətini unudan övladın məzəmmət edilməsi  şeirdə aparıcı yer tutur. İfaçılıq 
vəzifəsinin əsasında da elə məhz bu dayanmalıdır.  
Nəticənin fərziyyə və tədqiqat sualı ilə müqayisəsinə diqqət yetirilməlidir. 
Bütün bu işlərin səmərəli təşkili dərslikdə  təklif edilmiş növbəti tapşırıqların 
(şeirin məzmunu ilə atalar sözlərinin arasındakı səsləşmələrin müəyyənləşdirilməsi 
və  əsaslandırılması, “Övladın valideyn qarşısında borcunu nədə görürəm?” 
mövzusunda müzakirənin aparılması) icrasına vaxt ayırmağa imkan verir.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 
MövzuAnar. “Keçən ilin son gecəsi” – 4 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilmə  səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli variantlarda təşkil 
etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların 
əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək 
mümkündür. 
 
Digər bir variant aşağıdakı  məzmunda ola bilər:  İnternetdən istifadə ilə 
(https:www.youtube. com/watch?v= huDM4z_-fFQ) “Keçən ilin son gecəsi” 
tamaşasından bir parça nümayiş etdirilir. Tamaşanın və mütaliənin yaratdığı 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə