Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə72/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

 176
lamaq üçün imkan yaradılmalıdır. Təcrübə göstərir ki, eyni bir qrupun daxilində də 
bir sıra hallarda fikir ayrılığı mövcud olur. Belə şagirdlərin dinlənilməsinə xüsusi 
qayğı ilə yanaşmaq məqsədəuyğundur. Müzakirənin diskussiya səciyyəli olması, 
şagirdlərin öz mülahizələrini əsaslandırmaları, fərqli fikirlərə dözümlü yanaşmaları 
diqqət mərkəzində saxlanılır. Müzakirə boyu bələdçilik fəaliyyətini davam etdirən 
müəllim fərdi çıxış  və dialoqların məzmunlu olmasına, bütövlükdə  şagirdlərin 
fəaliyyətinə istiqamət verir. Onun əvvəlcədən hazırladığı suallar əsərin bir tam ha-
lında qavranılmasına, tədqiqat sualının aydınlaşdırılmasına  əhəmiyyətli dərəcədə 
təsir edir. Müəllimin istiqamətləndirici suallarına  nəticənin çıxarılması, ümumi-
ləşdirmənin aparılması mərhələsində də ehtiyac duyulur. Məhz həmin suallar, bu 
mərhələyə  qədər yerinə yetirdikləri işlər, eşidib gördükləri,  şəxsi təəssüratları  şa-
girdlərdə belə bir qənaət möhkəmləndirir ki, hekayədə təsvir olunanlar həyat həqi-
qətləri ilə səsləşir. Körpəsi ilə birlikdə amansız düşmən, xüsusən də erməni yaraqlı-
sının cənginə keçən yaralı ana heç bir nicat yolu tapa bilməz. Erməni yaraqlısından 
mərhəmət ummaq mənasızdır. Düşmənə yalvarmağı  ağlına da gətirməyən ana öz 
taleyi ilə barışmağa məcburdur. Özünü unudan, yaddan çıxaran yaralı ananın 
düşüncələrinə yalnız körpəsinin taleyi hakim kəsilir. Özünü və südəmər körpəsini 
labüd ölüm gözlədiyini anlayan ana var qüvvəsini toplayıb mənfur düşməndən qi-
sas almaqla, həm də öz ləyaqətini qoruyur. 
Çıxarılmış  nəticənin tədqiqat sualı  və irəli sürülmüş  fərziyyələrlə müqayisə 
edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 177
Mövzu: Qılman İlkin. “İntiqam” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş
 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
 
  Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh 
edir, onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
 
  Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə me-
yarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün fərqli 
yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün” 
başlıqlı sual (Müharibə zamanı silahlı düşmənlə qarşılaşan yaralı ana və südəmər 
körpənin beynəlxalq qanunlara görə, hansı hüquqları var?) əsasında diskussiyanın 
aparılması ola bilər. Yaxud Qarabağ müharibəsinə  həsr edilmiş filmdən kiçik bir 
fraqmenti nümayiş etdirməklə müsahibə təşkil etmək, nəticədə tədqiqat sualını for-
malaşdırmaq mümkündür.  
Tədqiqat sualı:  Hekayəni “İntiqam” adlandırmaqda yazıçının başlıca məqsədi, 
sizcə, nə olmuşdur?  
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılması. Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi 
ilə təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu qəbildən-
dir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. 
Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuyğundur.          
Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini, ilk növbədə, 
“Əsərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Müstəqil oxunun nəticəsi – mətnin 
necə qavranıldığı yığcam müsahibə ilə  aşkara çıxarıla bilər. Müsahibə prosesində 
mətndəki fikirlərin başa düşülməsi dərinləşdirilir. 
“Araşdırın.  Fikirləşin. Cavab verin”  tapşırığındakı suallar (hər qrupa bir sual 
ayırmaqla) şagirdlərə təqdim edilir. Tapşırıqların mahiyyəti, tələbləri, istifadə olun-
ması məqbul sayılan metod və iş formaları və s. barədə təlimatlandırma həyata ke-
çirilir. Tapşırıqda obrazların təhlilinə xüsusi diqqət yetirilmişdir. Bu, təsadüfi deyil-
dir. Hekayədəki obrazların təhlili ideyanın müəyyənləşdirilməsində əhəmiyyətli rol 
oynayır. Xəzangül obrazı ilə bağlı suala hazırlanan cavablarda qəhrəmanın mətinli-
yi, vəhşiləşmiş düşmən qarşısında ləyaqətini qoruyub saxlaması ön plana çəkilir. 


 178
Tərk edilmiş  kənddəki evində ermənilərin gəlişini vahimə içində gözləyən bu 
köməksiz, yaralı qadını, ilk növbədə, körpəsinin taleyi narahat edir. Hadisələrin 
gedişi göstərir ki, bu qorxu əbəs deyilmiş. 
Sarkis və Levon surətləri insanlığın düşməni olan müharibə caniləri kimi təhlil 
olunur. Yazıçı bu obrazlar vasitəsilə erməni xislətini ustalıqla açıb göstərmişdir. 
Onlar qan tökməyə, soyğunçuluğa həris olan, bütün insani sifətlərini itirmiş qatil-
lərdir. Nəticə etibarilə iki xalqı təmsil edən obrazların dünyagörüşü, mənəvi dəyər-
ləri arasında yerlə göy qədər fərq ortaya çıxır. 
IX sinif şagirdləri digər fənlərdən, müxtəlif mənbələrdən Qarabağ müharibəsi 
ilə bağlı xeyli təsəvvür qazanmış olurlar. Bu, dərslikdə  təklif edilmiş tapşırığın 
(“Hekayədə təsvir olunanlar Qarabağ müharibəsinin həqiqətlərini əks etdirir” fikri-
ni doğru saymaq olarmı?”) səmərəli yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. 
Məktəb təcrübəsindən məlumdur ki, şagirdlər mənfur qonşularımızın istər mühari-
bə dövründə, istərsə də müharibədən sonra törətdikləri iyrənc əməllər barədə çoxlu 
faktla tanışdırlar. Hekayədə  təsvir olunanları bildikləri həyati faktlarla müqayisə 
edən şagirdlər əsərin reallıqdan qaynaqlandığını əsaslandırmaqda çətinlik çəkmir-
lər.  
Məcazla bağlı tapşırıq əsərin bədii məziyyətlərini mətndən konkret nümunələr 
gətirməklə aydınlaşdırmağı nəzərdə tutur. Şagirdlər məcazların işləndiyi cümlələri 
məcazsız işlətməklə müşahidə aparır, müqayisə əsasında dəyişikliyin əsərə nə ver-
diyini müəyyənləşdirirlər. 
Əsərdəki başlıca fikrin –  ideyanın aydınlaşdırılmasını tələb edən növbəti suala 
cavabların hazırlanması  əvvəlki işlərin hansı  səviyyədə yerinə yetirilməsindən, 
xüsusən məzmunun necə mənimsənilməsindən asılıdır.   
Məlumat mübadiləsi mərhələsində təqdimatların dolğun olması qrupların bir-
birinin işinin nəticələri ilə  ətraflı tanış olmalarına imkan yaradır. Müəllim təq-
dimatlarda sözçülüyə yer verilməməsi, faktların, fikirlərin təkrar olunmaması üçün 
istiqamətləndirici suallardan istifadə edir. Bu mərhələdə müzakirə açılmasa da, 
suallardan geniş istifadə olunur. Bu, qrupların bir-birinin işinin məzmunu ilə daha 
ətraflı tanış olmalarına  şərait yaradır. Təqdimatların, suallara verilən cavabların 
əhatəli olması müzakirənin səmərəli keçməsini təmin edən mühüm şərtlərdən biri 
kimi özünü göstərir. Əvvəlki mərhələdə müşahidə edilən çatışmazlıqlar –  birtərəfli, 
yanlış mülahizələr, cavablarda pərakəndəlik və s. aradan qaldırılır. Bunların yerinə 
yetirilməsində müəllimin istiqamətləndirici sualları mühüm rol oynayır.  
Müzakirədə söylənmiş fikirlər  nəticənin çıxarılması, ümumiləşdirmənin 
aparılması  mərhələsində ümumi bir ideya halına gətirilir.  Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, yaralı ana erməni yaraqlısını öldürməklə qətlə yetirilən gü-
nahsız həmvətənlərimizin intiqamını alanlardan biri olur. Hekayə oxuculara belə 
bir fikir təlqin edir ki, soydaşlarımızın qanı yerdə qalmayacaq, düşmən layiq oldu-
ğu cəzanı gec-tez alacaq. Yaralı ananın – Xəzangülün və körpəsinin – bu günahsız 
qurbanların ruhu, faciəli taleyi də oxucunu intiqama, Vətən yaralarını unutmamağa, 
qisasa səsləyir. 
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə-
sinə, tədqiqat sualı ilə necə səsləşməsinə ayrıca diqqət yetirilir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə