Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

 164
Müəllimin təklifi ilə kiçik qruplarda birləşən  şagirdlər icra etdikləri bütün 
işlərin nəticələri ilə bağlı fikir mübadiləsi aparır, cavabları müqayisə edir, 
dəqiqləşdirmə  və ümumiləşdirmə aparırlar. Bu, qrupun təqdimatının 
hazırlanmasına imkan verir.  
Məlumatın mübadiləsi və müzakirəsi  mərhələsində qruplar öz mövqelərini 
təqdimat  əsasında açıqlayırlar. Təqdimatlar dinlənilir, suallar verilir, müzakirə 
aparılır. Müzakirənin diskussiya səciyyəli olmasına,  şagirdlərin dialoji nitq 
bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılır. Müəllim qrupun cavabını 
təqdim edən sözçüdən başqa, digər üzvlərin də öz əlavə  və qeydlərini 
çatdırmalarına diqqət yetirir. Aparılmış  işlərə  nəticə  məzmunlu müsahibə ilə 
(nəticə  və ümumiləşdirmə  mərhələsinin tələbləri tam şəkildə ikinci dərsdə – 
məzmun üzrə iş tamamlandıqda həyata keçirilir) yekun vurulur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 
Mövzu: Elçin. “Talvar” – 4 saat 
İkinci saatƏsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.4.  
  Hekayə janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Hekayədən evdə oxunmuş parçanın məzmununun, tanış olmayan sözlərin 
mənasının hansı səviyyədə mənimsənildiyini yığcam müsahibə, yaxud təqdimatla-
rın dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirmək olar. Bütün hallarda, müəl-
limin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Əsərin məzmununun öyrənilməsi üzrə  tədqiqat davam etdirilir. Hekayənin 
ikinci parçasını bir daha nəzərdən keçirən  şagirdlər cütlük şəklində  məzmuna aid 
sual və onlara cavab hazırlayırlar. Tanış olmayan sözlərin mənasının dəqiq-
ləşdirilməsi, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi də bu məqamda 
həyata keçirilir. Növbəti tapşırıqlar (ikihissəli gündəliyin hazırlanması, məcazların 
növünün dəqiqləşdirilməsi, əsərin janrının müəyyənləşdirilməsi) fərdi olaraq yerinə 
yetirilsə  də,  şagirdlərin, yeri gəldikcə,  əməkdaşlıq etmələrinə imkan yaradılır. 
Müəllim ikihissəli gündəlik üzrə  işin icrasına xüsusi diqqət yetirir. Şagirdlər 
gündəlikdə  əsərlə bağlı yalnız təəssüratlarını, düşüncələrini deyil, cavab tapmaq 
istədikləri sualları da əks etdirirlər. Bu sualların aydınlaşdırılmasına sonrakı 
mərhələlərdə diqqət yetirilir. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər 


 165
yerinə yetirdikləri bütün işlərin nəticələri ilə bağlı fikir mübadiləsi və müzakirə 
aparırlar. Bu, onlara nöqsanları aradan qaldırmağa, dəqiqləşdirmə və ümumiləşdir-
mə aparmağa, qrup təqdimatı hazırlamağa imkan yaradır. 
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında 
açıqlanır. Bütün qrupların eyni sualların üzərində işləməsi məlumat mübadiləsinin 
müzakirə ilə qovuşmasına səbəb olur. Müzakirənin səmərəli keçməsi üçün 
çıxışların diqqətlə dinlənilməsinə, mülahizə və hökmlərin əsaslandırılmasına diqqət 
yetirilir, sual vermək istəyənlərə şərait yaradılır. Yanlış, birtərəfli fikirlərin aradan 
qaldırılması, cavabların  əlaqələndirilməsi və qruplaşdırılması ümumiləşdirmənin 
aparılmasına zəmin olur. Müzakirə prosesində diqqət cavabların tədqiqat sualı ilə 
səsləşməsinə, əsərin məzmununun bütövlükdə qavranılmasına istiqamətləndirilir.  
Qazanılmış biliklərin ortaq məxrəcə  gətirilməsi, söylənilən fikirlərin ümumi 
ideya  şəklinə salınması  nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması 
mərhələsində həyata keçirilən işlərin əsasında dayanır. Əsərin məzmununun əhatəli 
öyrənilməsi, sual və tapşırıqların ardıcıl yerinə yetirilməsi, müəllimin 
istiqamətləndirici sualları  şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə  səbəb 
olur ki, sadə  zəhmət adamının ailə münasibətlərindəki səmimilik, milli-mənəvi 
dəyərlərin qorunub saxlanması, xeyirxah əməllərin insan üçün həmişə vacib 
olmasının təsdiqi kimi mühüm məsələlərin  əsərdə  əksini tapması onu oxucuya 
sevdirən, qiymətli edən mühüm cəhətlərdir.  
Çıxarılmış  nəticənin tədqiqat sualı  və irəli sürülmüş  fərziyyələrlə müqayisə 
edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 166
Mövzu: Elçin. “Talvar” – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
                  
Standartlar 
Təlim nəticələri 
1.2.1.
  
 
  Hekayəni janr baxımından povestlə müqayisə edir. 
1.2.2.  
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
   Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh 
edir, onlara əsaslandırılmış münasibət bildirir 
2.1.1.  
  Hekayə ilə bağlı  təqdimat və  çıxışlarında müxtəlif 
mənbələrdən topladığı materiallara əsaslanmaqla  əsərin 
ideya-bədii xüsusiyyətlərini şərh edir. 
2.1.2. 
  Hekayənin mövzusuna, problemə müqayisələr, 
ümumiləşdirmələr aparmaqla münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Motivasiyanın yaradılması üçün fərqli 
yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün” 
başlıqlı sual (Sadə peşə adamını sevdirən, ona nüfuz qazandıran səbəblər, sizcə nə 
ola bilər?)  əsasında  əqli hücum metodundan istifadə ilə  yığcam müzakirənin 
aparılmasıdır.  
Tədqiqat sualı:  Həqiqi zəhmət adamının sevilməsinin, hörmət və nüfuz 
qazanmasının səbəbi nə ola bilər? 
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması 
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.  
Tədqiqatın aparılması. Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi 
ilə  təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu 
qəbildəndir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın”  mətninə  və 
“Araşdırın.  Fikirləşin. Cavab verin”  tapşırığına müraciət edilməsi məqsədəuy-
ğundur.                                          
Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini, ilk növbədə, 
“Əsərin təhlilinə hazırlaşın” mətninə  cəlb edir. Bu mətndə  şagirdləri hekayənin 
müstəqil təhlilinə yönləndirən məsələlərə toxunulmuşdur. Mətnin müstəqil oxu-
sunu təşkil edən müəllim müsahibə vasitəsilə  mənimsəmənin dərinləşdirilməsinə 
nail ola bilər. 
“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığın sualları  əsasında 
hazırlanmış  iş  vərəqləri (hər qrupa bir sual ayırmaqla) qruplara təqdim edilir. 
Hekayə ilə  əlaqədar müxtəlif alimlərin Elçin yaradıcılığı ilə bağlı fikirlərindən 
nümunələrin iş vərəqlərinə əlavə edilməsi faydalıdır. Bu, şagirdlərdə öz fikirlərini 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə