Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə69/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

 167
əsaslandırarkən  əlavə materiallardan istifadə etmək bacarığının formalaşdırılması 
baxımından da əhəmiyyətlidir. Tədqiqat prosesində həmin parçalardan mənbə kimi 
istifadə edən şagirdlər müzakirədə onlardan sitatlar gətirirlər.  
Məsələn, aşağıdakı sitatların ayrı-ayrı qrupların iş  vərəqlərinə  əlavə edilməsi 
məqsədəuyğundur: “Elçin adamların xarakterindəki keçici, ötəri yox, mühüm, 
təyinedici cəhətləri görür, işıqlandırır və bu işıq altında da onun yaddaqalan 
obrazını yaradır... O, öz epik əsərləri ilə Azərbaycan romanının səviyyəsinin 
yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir”. (B. Nəbiyev
“Elçinin dil spesifikliyi və özünəməxsusluğu bir yazıçı kimi qabarıq keyfiyyət-
lərindəndir. Elçinin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların reallığı, 
dinamikliyidir”. (Y. Səmədoğlu
“Bu böyük yazıçının bədii təsvir vasitələri elədir ki, onun əsərlərini oxuduqda, 
elə bil mahir bir rəssamın fırçası ilə canlandırılmış tablolara tamaşa edirsən”. 
(T.Salahov
“Elçinin  əsərləri işıqlı, nikbin hislərlə, həyat eşqi və insana hərarətli, lirik 
məhəbbətlə aşılanmışdır... O, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə 
təsvir edir, rənglərin zənginliyinə fikir verir”. (M. İbrahimov
Qrupların təlimatlandırılması  məqsədəuyğundur. Tapşırıqların məzmunundan 
asılı olaraq, bu, fərqli məzmunda ola bilər. 
Məlumat mübadiləsi və müzakirəsi. Qruplar tədqiqatın nəticəsi olaraq, öz 
cavab variantlarını,  əldə etdikləri nəticələri təqdim edirlər. Məlumat mübadiləsi 
prosesində hər qrup araşdırmasının nəticəsi barədə digər qruplarda dolğun təsəvvür 
yaradır.
 
Qrupun sözçüsünün çıxışı ilə  əlaqədar digər qrup üzvlərinin suallarla 
müraciət etməsi, fərqli fikirlərin, mübahisəli məqamların olması, nəticə etibarilə 
məlumat mübadiləsi mərhələsinin müzakirə ilə qovuşması təqdir olunmalıdır.  
Müzakirə prosesinin özündəcə müxtəlif təlim metod və priyomlarından (əqli 
hücum, müqayisə,  şaxələndirmə  və s.), cədvəllərdən istifadə  məqsədəuyğundur. 
Məsələn, Əliabbas kişi obrazını səciyyələndirən şagirdlər həm əsərdən – müəllifin 
və digər obrazların mülahizələrindən, həm də öz həyat təcrübələrindən, 
müşahidələrindən çıxış etməlidirlər. Bu baxımdan, müqayisə  və diskussiyadan 
istifadə yerinə düşür.  Əliabbas kişi ilə cavan ustanın qarşılaşdırılması onların 
həyata baxışı arasındakı  fərqin aşkara çıxarılmasına səbəb olur, bu isə müəllif 
mövqeyinin aydınlaşdırılmasına imkan verir. Müzakirənin diskussiya məzmunlu 
olması üçün – Sizcə, kim haqlıdır,  Əliabbas kişi, yoxsa cavan usta? Nə üçün? – 
tipli suallardan istifadə edilir. 
Müzakirə zamanı müəllim bütün şagirdlərin fəallıq göstərməsinə, öz 
mülahizələrini, qənaətlərini  əsaslandırmalarına diqqət yetirir. Fikirlərini  əsaslan-
dırarkən  şagirdlərin bədii mətndən nümunələr gətirmələrinə, sitatlardan istifadə 
etmələrinə,  şəxsi təcrübə  və  həyati müşahidələrinə müraciət etmələrinə diqqət 
yetirilir. Müzakirə prosesinə  nəzarət təlim nailiyyətlərinin dəyərləndirilməsi 
baxımından  əhəmiyyətli olduğundan müəllimin formativ qiymətləndirmə kitab-
çasında müvafiq qeydlər aparması məqsədəuyğundur. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu, həyata keçirilmiş 
bütün işlərin  əsasında ümumiləşdirmənin aparılması, deyilmiş fikirlərin vahid 


 168
ideya halına salınması  mərhələsidir. Bu mərhələdə müəllimin istiqamətləndirici 
sualları da əhəmiyyətli rol oynayır.  
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, peşəsini sevən, mahir sənətkar 
olan  Əliabbas kişi xeyirxahlığı, ləyaqəti,  əməksevərliyi ilə insanların dərin 
rəğbətini qazanmışdır. Ustanın ailəsi: övladları, nəvələri də ona xas olan ləyaqət, 
saflıq, əməksevərlik, təvazökarlıq, ailəcanlılıq kimi keyfiyyətləri mənimsəmişlər. 
Yazıçı təsvir olunan hadisənin həyatiliyini, obrazların özünəməxsusluğunu əks 
etdirmək üçün dilimizin zəngin imkanlarından, bədii təsvir və ifadə vasitələrindən 
sənətkarlıqla istifadə etmiş, maraqlı süjetə, bitkin kompozisiyaya malik sənət əsəri 
yaratmağa nail olmuşdur. 
Çıxarılmış başlıca nəticənin  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə 
müqayisəsinə, tədqiqat sualı ilə necə səsləşməsinə diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Elçin. “Talvar” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.2.  
  Əsəri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.5.  
  Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
1.2.3.  
  Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.  
  Əsərin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
 
  Əsərin mövzusuna müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyar-
larından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərə  əmək mövzusunda oxuduqları 
əsərləri xatırlatmaq təklif olunur. Müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi 
ilə yekunlaşır 
Tədqiqat sualı:  Müxtəlif sənətkarların əmək mövzusunda yazdıqları əsərlərdə 
hansı oxşar cəhətlər ola bilər? 
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd edilir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə