169
Tədqiqatın aparılması. Dərslikdə “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı al-
tında verilmiş tapşırıqlarda əsərin məzmununun mənimsənilməsi, təhlili, müqayisə,
ifadəli oxu və s. üzrə bacarıqların tətbiqi nəzərdə tutulmuşdur.
Tədqiqat H.Arifin “Fəhlə əli” şeirinin oxusu ilə (bu, fərqli formalarda təşkil
oluna bilər) başlanır. Oxu prosesində tanış olmayan sözlərin mənası aydınlaşdırılır,
bədii təsvir və ifadə vasitələri müəyyənləşdirilir.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək
əsərin məzmununa aid suallar tərtib edir, onlara cavab hazırlayırlar. Bu prosesdə
cavabların dəqiqləşdirilməsi, ümumiləşdirilməsi, məcazların rolunun aydınlaşdırıl-
ması diqqət mərkəzində saxlanılır. Təqdimatlar əsasında fikir mübadiləsi, müza-
kirənin aparılması məzmunla bağlı mənimsənilənlərin zənginləşməsinə və tam,
bütöv şəklə düşməsinə imkan yaradır, eləcə də əsərin ideyasının müəyyənləşdiril-
məsi işini asanlaşdırır. Bu, kiçik qruplarda reallaşdırılır. Bütün bunlar “Talvar”
hekayəsinin H.Arifin “Fəhlə əli” şeiri ilə mövzu, janr, ideya və s. baxımından
müqayisə edilməsinə imkan yaradır. Qruplar tədqiqatlarının nəticələrini müqayisə
cədvəlində əks etdirirlər.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində hər iki
əsərlə bağlı söylənilən fikirlər yekunlaşdırılır. Şagirdlərdə belə bir qənaət yaranır
ki, hansı ədəbi növə aidliyindən asılı olmayaraq, əmək mövzusunda yazılmış əsər-
ləri birləşdirən cəhətlər çox olur. Bu, yazarlarımızın xalqımıza xas olan mənəvi
dəyərlərə bağlılığından, halal əməyə, zəhmət adamına ehtiramından irəli gəlir. Bu
əsərlər ədəbi növ, janr baxımından fərqlənsə də, məzmununa, bədii xüsusiyyətləri-
nə, ideyalarına görə bir-biri ilə yaxından səsləşir.
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır.
Dərsdə “Talvar” hekayəsindən kiçik parçanın ifadəli oxusu üzrə iş aparılır.
Əsərin ideya-məzmununu dərindən mənimsəyən şagirdlər seçilmiş parçanın oxusu
üçün ifaçılıq vəzifəsini, səsin çalarlarını müəyyənləşdirirlər. Şərti işarələrdən istifa-
də olunmasına diqqət yetirilir.
Bir neçə ifa dinlənilib müzakirə edilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
170
SİNİFDƏNXARİC OXU DƏRSİ
Həyat həqiqətləri bədii ədəbiyyatda – 1 saat
İsi Məlikzadənin “Talisman” hekayəsi üzrə
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış etməklə
hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.4.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.2.1
Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi mü-
nasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş et-
dirir.
Sinifdənxaric oxu dərsi şagirdlərin “Milli özünəqayıdış dövründə ədəbiyyat
(1961–1990)” bölməsi üzrə müstəqil oxuduqları əsər – İ.Məlikzadənin “Talisman”
hekayəsi əsasında keçilir.
Hekayənin müstəqil oxusu dərsdən əvvəl həyata keçirilir. Dərsə hazırlıq döv-
ründə şagirdlər İ.Məlikzadənin yaradıcılığı haqqında yığcam təqdimat hazırlayır,
fənn kabinetində, yaxud sinif otağında əsərlərindən ibarət sərgi təşkil edirlər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müvafiq qiymətləndirmə meyarlarına
müraciət edilməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Dərsin əvvəlində İsi Məlikzadənin “Kişi
sözü” (https://www.youtube.com/watch?v=UfqNZ0B7Fdc), “Gümüşgöl əfsanəsi”
(https://www.youtube. com/watch?v =I6dAPKRl-MI) əsərləri əsasında çəkilmiş
filmlərdən fraqmentlər nümayiş etdirilir, yığcam müsahibə aparılır. Bu, tədqiqat
sualının müəyyənləşdirilməsi ilə yekunlaşır.
Motivasiyanın digər variantı sənətkarla bağlı təşkil edilmiş guşəyə baxış və
şagirdlərin təqdimatlarının dinlənilməsi ola bilər. Təqdimatlar üzrə müzakirə
tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.
Tədqiqat sualı: “Talisman” hekayəsində xalqımıza xas olan hansı mənəvi
dəyərlər öz əksini tapıb?
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir.
Tədqiqatın aparılması. Kiçik qruplar onlara təqdim edilmiş iş vərəqləri
əsasında araşdırma aparırlar.
171
I qrup
– Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Ağarəhim obrazını
səciyyələndirin.
– Maşının əzilməsinə görə pul almaqdan imtina etməyə Ağarəhimi nə vadar etdi?
Fikrinizi əsaslandırın.
– “Sonra oturacaqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrım-
saç qızın gülməli gəlinciyi idi. Ağarəhim gülümsədi. “Bu da mənim talismanım”, –
dedi və hiss elədi ki, bayaq canını yandırıb-yaxan ağrıdan, göynərtidən əsər-əlamət
qalmayıb” – Bu sözlər Ağarəhim obrazını necə səciyyələndirir?
II qrup
– Davranış və əməllərinə əsaslanmaqla Binnət obrazını səciyyələndirin.
– Müəllifin və digər obrazların Binnətə münasibətini aydınlaşdırın.
– Əjdərin xarakterindəki başlıca cəhətlər hansılardır? Yazıçının ona münasibətini
aydınlaşdırın.
III qrup
– Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla Əfəndi obrazını
səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın.
– Əfəndinin davranış və əməllərinə əsaslanaraq xarakterindəki başlıca cəhətləri
müəyyənləşdirin.
– “Əfəndinin gözlərindən nur tökülürdü və Ağarəhimin ürəyini işıqla, ümidlə
dolduran da, deyəsən, elə bu nur idi” – Ağarəhimin bu düşüncələri onun
haqqındakı təsəvvürünüzə nə əlavə etdi.
IV qrup
– Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ana obrazını
səciyyələndirin.
– Ananın övladları barədə dedikləri onun haqqındakı təsəvvürünüzə nə əlavə etdi?
– Ananın danışığı – nitqi üçün hansı cəhətləri daha səciyyəvi hesab edirsiniz?
İstiqamətləndirici suallardan istifadə edən müəllim tədqiqat prosesində
şagirdlərin daha səmərəli işləməsinə nail olur.
Məlumat mübadiləsi və müzakirə mərhələsində təqdimatların fəal dinlənilmə-
si təmin olunur. Bu, müzakirənin səmərəli keçməsinə əhəmiyyətli dərəcədə təsir
edir. Müzakirədə aşağıdakı suallardan da istifadə edilməsi məqsədəuyğundur:
– Hekayədə xalqımıza xas olan hansı mənəvi dəyərlər əks olunub?
– Əsərdə yazıçının başlıca niyyəti, sizcə, nədir?
– Bu əsərin müasir oxucu üçün əhəmiyyətini nədə görürsünüz?
Dostları ilə paylaş: |