Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

 179
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 
Mövzu: Qılman İlkin. “İntiqam” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
2.2.1.  
  Yazı ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
3.1.1.  
  İnşanın, essenin məzmununa uyğun üslub müəyyənləşdirir. 
3.1.3.  
  Müqayisə xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Müəllim üçün məlumat.  Dərslikdə ilk tapşırıq inşa və essenin yerinə 
yetirilməsi ilə bağlıdır. Mövzular (Qarabağ müharibəsi incəsənətin digər 
növlərində; Qarabağın sənət adamları) plan tərtibindən asılı olaraq, fərqli 
məzmunda (mühakimə, təsvir, müqayisə) işlənə bilər. Yazının hansı xarakterdə 
olmasını ehtiyacı  nəzərə alan müəllim müəyyənləşdirir.  Motivasiya, problemin 
qoyuluşu  mərhələsi də yazının xarakteri nəzərə alınaraq təşkil edilir. Burada 
müqayisə xarakterli inşa və esse ilə bağlı işin təsviri verilmişdir.
  
 Motivasiya, problemin qoyuluşu mərhələsində müqayisə xarakterli yazının – 
inşa və essenin icrası ilə bağlı mənimsənilən bilik və bacarıqların yada salınmasına, 
təkrarına yönəlik yığcam müsahibə aparılır. Müsahibə  tədricən tədqiqat sualının 
müəyyənləşdirilməsinə imkan yaradır. 
Tədqiqat sualı: Müqayisə xarakterli yazının əhəmiyyəti nədən ibarətdir?  
Səsləndirilən fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd 
olunur. 
Tədqiqatın aparılması.  Yazıya  əvvəlcədən hazırlıq işlərinin aparılması 
vacibdir.  Şagirdlər müəllimin təklifi ilə  hələ  dərsə bir neçə gün qalmış seçdikləri 
mövzu ilə bağlı material toplayır, ətraflı öyrənir, ondan necə istifadə edəcəklərini 
müəyyənləşdirirlər.  İnşa üzərində  işləyəcək  şagirdlər Qarabağ müharibəsinə  həsr 
edilmiş filmlərin, mahnıların, rəssamlıq  əsərlərinin ideya-məzmunları arasındakı 
oxşar və fərqli cəhətlərin üzərində fikirləşir, müqayisəyə hansı cəhətləri cəlb edə-
cəklərini müəyyənləşdirirlər. Şagirdlər bu qəbildən müqayisə ilə bağlı aşağı sinif-
lərdə müəyyən təcrübə qazansalar da, müəllimin istiqamətləndirici köməyinə ehti-
yac duyurlar. Müəllim  şagirdlərə seçdikləri janrla bağlı konkret tövsiyələr verir. 
Məsələn, bədii əsər əsasında ekranlaşdırılmış film üzərində dayanan şagirdlər ədəbi 


 180
nümunə ilə kinonun süjeti, obrazları, ideyası və s. ilə bağlı müqayisə apara bilərlər. 
Yaxud Qarabağ mövzusunda rəssamlıq  əsərlərindəki təsvirlərin oxşar və  fərqli 
cəhətlərini müəyyənləşdirən  şagirdlər bu nümunələrin ideya-məzmunlarını müqa-
yisəli şəkildə şərh etmək imkanı qazanarlar. Eləcə də mövzusu Qarabağ müharibəsi 
olan mahnıların melodiyaları, məzmunları, dinləyicidə yaratdığı emosional ovqat 
və s. müqayisə obyekti ola bilər. Qarabağ müharibəsi mövzusu artıq teatr səhnələ-
rinə də yol tapmışdır. Bədii əsər əsasında hazırlanmış teatr tamaşası ilə söz sənəti 
nümunəsinin müqayisə edilməsi imkanları da genişlənmişdir. Maraqlı nümunələrin 
seçilməsi, tutarlı tövsiyələrin verilməsi bu istiqamətdə  də inşanın icrasına imkan 
verir.  
Esse üçün təklif edilmiş mövzu (“Qarabağın sənət adamları”) geniş müqayisə-
lərin aparılmasına yol açır. İncəsənətin eyni, yaxud fərqli sahəsində fəaliyyət göstə-
rən qarabağlı sənət adamlarının yaradıcılığının müqayisə edilməsi maraqlı nəticələ-
rin çıxarılmasına səbəb olur. Bu sənət adamı yazıçı, bəstəkar, rejissor, müğənni, 
aktyor və s. ola bilər. Bütün hallarda, şagirdlərdən yazıya ciddi hazırlaşmaq tələb 
olunur. Başlıcası isə  zəruri məlumatın, materialın toplanması, öyrənilməsi, onlar-
dan necə istifadə olunacağının müəyyənləşdirilməsidir. 
Yazı üçün hazırlanmış planda müqayisənin hansı əsaslar üzrə aparılacağı əksini 
tapmalıdır. Plan tərtibinə müəllim xüsusi diqqət yetirir. Bu, müqayisə üçün götürül-
müş obyektlərin ayrı-ayrılıqda təsvir edilməsi ehtimalının qarşısını alır.  
Yazının uğurla icra edilməsinin digər mühüm şərti işin icrası prosesində müəl-
limin şagirdlərə səmərəli istiqamət verməsidir. Təcrübə göstərir ki, bu qəbildən ya-
zıların yerinə yetirilməsində şagirdlərin tərəddüd etdikləri hallar çox olur, məhz bu 
məqamlarda müəllimin istiqamətləndirici sualları, tövsiyələri yerinə düşür. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra təqdimat əsasında yazıların baş-
lıca istiqamətləri barədə fikir mübadiləsi və müzakirə aparılır. Şagirdlərin təqdi-
matı ayrı-ayrılıqda dinlənilir, onlara suallar verilir, müqayisə qaydalarına necə 
əməl edildiyinə, müqayisədən hansı nəticələrin çıxarıldığına xüsusi diqqət yetirilir. 
 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində müəlli-
min istiqamətləndirici sualları şagirdlərin yüksək fəallıq göstərmələrinə şərait yara-
dır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, müqayisə xarakterli yazı obyektlə-
rin (bütövlükdə əsərin, onun obrazlarının, bədii xüsusiyyətlərinin, ideyasının və s.) 
dərindən mənimsənilməsinə, ən xırda incəliklərinin belə başa düşülüb qiymətləndi-
rilməsinə imkan verir. Müqayisə xarakterli yazının əhəmiyyəti bununla məhdudlaş-
mır. Müqayisə tələbi obyektlər barədə müstəqil fikir söyləməyə, əqli fəallığın inki-
şafına, təhlil, ümumiləşdirmə bacarığının formalaşmasına səbəb olur.  
Dərsin bu mərhələsinin sonunda çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat 
sualı ilə müqayisəsinə diqqət yetirilir.  
Yaxşı planlaşdırılmış  dərsdə ikinci tapşırığın icrasına vaxt qalır. Bir neçə 
təqdimatın dinlənilib müzakirə edilməsi məqsədəuyğundur.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə