Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə75/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

 183
dərinləşməsinə səbəb olur. Əsərin poema janrında olduğunu əsaslandıran şagirdlər 
nəzəri anlayışla bağlı biliklərini yeni əsər üzərində tətbiq etmək imkanı qazanırlar. 
Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər yerinə yetirdikləri bütün 
işlərin nəticələrini müzakirə edir, nöqsanları aradan qaldırır, ümumiləşdirmə 
apararaq vahid təqdimat hazırlayırlar.  
Məlumat mübadiləsi və müzakirəsi  mərhələsi qrup təqdimatlarının dinlənil-
məsi ilə başlanır. Eyni məzmunda tapşırıqları icra edən qruplar məlumat mübadilə-
sində  də, müzakirədə  də  fəallıq göstərirlər. Müəllim bu imkandan geniş istifadə 
edir; deyilənlərə əlavələr edilməsinə, əsərdən yeni, fərqli nümunələrin seçilməsinə 
istiqamət verir. Cavabların  əlaqələndirilməsi, sistemə salınması  nəticənin çıxarıl-
ması, ümumiləşdirmənin aparılması işini asanlaşdırır. 
Müzakirə zamanı şagirdlərin dialoq və əməkdaşlığına, fərqli fikirlərə dözümlü 
münasibət bəsləmələrinə diqqət yetirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində müəlli-
min əvvəlcədən hazırladığı suallardan istifadə etməsi məqsədəuyğundur. Qazanıl-
mış biliklər, müəllimin istiqamətləndirici sualları şagirdlərdə belə bir qənaəti möh-
kəmləndirir ki, milli azadlıq mövzusunda yazılmış əsərlərdə vətənə və xalqa dərin 
məhəbbət, müstəqilliyin ölkə üçün əhəmiyyəti, istiqlal mücahidlərinin tərənnümü, 
azadlıq uğrunda  şəhid olanlara dərin ehtiram kimi məsələlərə daha çox önəm 
verilir.  
Çıxarılmış  nəticələrin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Bəxtiyar Vahabzadə. “İstiqlal” – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.4.  
  Poemanın mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
 
 
  Poema ilə bağlı  təqdimat və  çıxışlarında müxtəlif mənbə-
lərdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.2.1.  
  Poema ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 


 184
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Təhlil dərsini fərqli variantlarda təşkil etmək olar. Variantlarından biri aşağıda-
kı məzmunda ola bilər. 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərin diqqəti dərslikdəki “Düşünün” 
başlıqlı suala (Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb, sizcə, 
nədir?) cəlb olunur. Bu sual üzrə fikir mübadiləsi və müzakirə  tədqiqat sualının 
formalaşması ilə nəticələnir.
 
Tədqiqat sualı: “B.Vahabzadənin “İstiqlal” poemasında “otaylı, butaylı” insan-
larımızın arzu və istəkləri ifadə edilmişdir” fikrini doğru saymaq olarmı?
 
Şagirdlərin irəli sürdükləri fərqli fikirlər – fərziyyələr dinlənilir, təkrara yol 
verilmədən lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması. Bu, fərqli metod və iş formalarının tətbiqi ilə həyata 
keçirilə bilər. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  və 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuyğun-
dur. “Əsərin təhlilinə hazırlaşın” mətnindəki fikirlərin mənimsənilməsinə xüsusi 
diqqət yetirilir. Bu mətnin müstəqil oxusundan sonra yığcam müsahibənin aparılır, 
Sovet hakimiyyəti dövründə ciddi yasaqlara baxmayaraq, B.Vahabzadənin “Gü-
lüstan” poemasında tarixi həqiqəti dilə  gətirdiyi, vətənimizi  iki yerə parçalayan 
yadelliləri lənətlədiyi diqqətə çatdırılır. 
Kiçik qruplarda iş formasını  tətbiq etməyi qarşısına məqsəd qoyan müəllim 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. Başqa sözlə, 
tapşırığa əlavələr etmək, yaxud onda ixtisarlar aparmaq mümkündür. Şairin yaradı-
cılığı, xüsusən “Gülüstan”, “İstiqlal” əsərləri ilə bağlı tədqiqat əsərlərindən nümu-
nələrin qruplara təqdim edilməsi (bu qəbildən məlumatın toplanmasını hələ  dərsə 
bir neçə gün qalmış  şagirdlərin özlərinə  həvalə etmək daha faydalıdır) vacibdir. 
Tapşırığın hər bir bəndi ilə əlaqədar təlimatlandırmanın həyata keçirilməsi isə fay-
dalıdır. Məsələn, birinci bəndin (Əsər hansı mövzuda yazılmışdır? Şairin “qul mil-
lətlərə” münasibətini aydınlaşdırın) üzərində  işləyən qrup əsaslandırmalıdır ki, 
B.Vahabzadə, ümumiyyətlə, millətindən, dinindən, irqindən asılı olmayaraq, bütün 
millətlərin azad, müstəqil yaşamasının tərəfdarı olmuşdur. Bu, şairin humanist, de-
mokratik görüşlərindən irəli gəlirdi. Poemanın məzmunu şairin bu mövqeyini açıq-
lamağa imkan verir. Qrupun əlavə ədəbiyyatdan istifadə etməsi mümkün və fayda-
lıdır. Üçüncü tapşırıq (Şairin fikrincə, “Gülüstan” müqaviləsi xalqımızın və vətəni-
mizin taleyində hansı rol oynadı?”) şagirdləri digər fənlərdən qazandıqları biliklər-
dən də  bəhrələnməyə istiqamətləndirir.  Şagirdlər həmin müqaviləni şairin nifrətlə 
xatırlamasının səbəblərini açıqlayırlar. Məhz bu müqavilə xalqımızı “biriykən iki 
eləmiş”, “iki hakimin” idarəsinə  məruz qoymuş, keçmişini, dilini unutdurmağa 
yönəltmişdir. 
Bütün qruplar üzərində  işlədikləri tapşırığın mahiyyətini, başlıca tələbinin 
nədən ibarət olduğunu aydın təsəvvür etməlidir. Bu, tədqiqatöncəsi təlimatın vacib 
olduğunu bir daha təsdiq edir.   


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə