Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

 187
cavablarda janrların arasındakı oxşarlıq və  fərq daha çox cəhətlər üzrə  aşkara 
çıxarılır. 
Sonuncu tapşırığa (B.Vahabzadə haqqında deyilmiş fikirlərlə tanışlıq) 
şagirdlərin diqqətini hələ üçüncü dərsin əvvəlində cəlb etmək faydalıdır. Bu dərsdə 
həmin fikirləri bir daha nəzərdən keçirən şagirdlərə öz münasibətlərini bildirmələri 
təklif olunur. Yaxud yığcam müsahibə aparmaqla şagirdlərin fikirlərini eşitmək, 
müzakirə aparmaq olar.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Xəlil Rza Ulutürk.  
“Qaytar mənim qüdrətimi, Azərbaycan!” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələdə  təşkil olunan iş  fərqli 
məzmunda ola bilər. Məsələn, Xəlil Rzaya həsr olunmuş videoçəkilişə baxış 
(https://www.youtube.com/watch?v=pSpCMcZsVyM) və müsahibə aparmaqla 
tədqiqat sualını formalaşdırmaq mümkündür. Eləcə  də  dərslikdəki “Yada salın” 
başlıqlı suallar əsasında yığcam müsahibə  təşkil etməklə  tədqiqat sualını 
müəyyənləşdirmək olar. 
 
Tədqiqat sualı:  Müstəqilliyini yenicə qazandığı, müharibəyə  cəlb edildiyi bir 
vaxtda ölkədə yaranan bədii əsərlərdə hansı məsələlərə önəm verilər?   
 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.  
Tədqiqatın aparılması.  İlk növbədə,  əsərin oxusu həyata keçirilir. Müəllim 
sinfin səviyyəsindən, qarşıya qoyduğu məqsəddən və s. asılı olaraq, oxunu fərqli 
formalarda təşkil edə bilər. Bütün hallarda tanış olmayan sözlərin mənasının 
aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi həyata 
keçirilir. Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlərin ilkin təəssüratlarını 
bölüşmələrinə imkan yaradılır. Dərslikdəki növbəti tapşırıq (misralarda ifadə olun-
muş fikrin aydınlaşdırılıb qısaca yazılması) cütlük şəklində iş, yaxud kiçik qruplar-
da iş formasının tətbiqi ilə yerinə yetirilir. Əsərin məzmununun mənimsənilməsin-
də bu tapşırığın əhəmiyyəti böyükdür. Müəllim şagirdlərin fəaliyyətini diqqətlə iz-


 188
ləyir, onlara səmərəli istiqamət verir. Cavabların mümkün qədər qısa yazılmasına, 
əhəmiyyətli məsələlərin üzərində dayanılmasına nail olur. 
Sonrakı tapşırıq (bədii təsvir və ifadə vasitələrinin növünün müəyyənləşdiril-
məsi) həm nəzəri anlayışlarla bağlı biliklərin dərinləşməsində, həm də əsərin məz-
mununun və  bədii keyfiyyətlərinin mənimsənilməsində az əhəmiyyət kəsb etmir. 
Dərslikdəki növbəti tapşırıq da (cümlələrdə ifadə olunmuş doğru fikirlərin müəy-
yənləşdirilib münasibət bildirilməsi) məzmunun dərindən mənimsənilməsinə  və 
təhlilə zəmin yaratması baxımından faydalıdır. 
 Təcrübə göstərir ki, dərslikdə təklif olunmuş tapşırıqlar fərqli səviyyələrdə ye-
rinə yetirilmiş olur. Kiçik qruplarda birləşib fikir mübadiləsi aparan şagirdlər 
cavablarındakı nöqsanları aradan qaldırmaq imkanı qazanırlar. Bu prosesdə möv-
qelərdə baş verən yaxınlaşma ümumiləşdirmə aparmağa, əhatəli təqdimat hazırla-
mağa şərait yaradır. Qrup üzrə hazırlanan təqdimatlar dərsin məlumatın mübadi-
ləsi və müzakirəsi mərhələlərində dinlənilir və müzakirə olunur. Qruplar ilk növ-
bədə bir-birinin işinin məzmunu ilə  ətraflı tanış olmaq imkanı qazanırlar. Bütün 
qrupların eyni tapşırıqların üzərində işləmələri elə məlumat mübadiləsi mərhələsin-
dəcə müzakirənin bünövrəsinin qoyulmasına, maraqlı diskussiyanın başlanmasına 
səbəb olur. Məsələn, tapşırığın birinin tələbinə görə  şeirdən verilmiş misraların 
mənasını aydınlaşdıran şagirdlərin cavablarında fərqli yozumlar müşahidə olunur, 
yaxud məcazların növü ilə bağlı da fikirlərdə haçalanma özünü göstərir. Belə ya-
naşma digər tapşırığa hazırlanmış cavablarda da diqqəti cəlb edir. Bütün bunlar 
müzakirəyə maraqlı rəng qatır, müəllimdən isə çeviklik, prosesi səmərəli təşkil et-
mək bacarığı tələb edir. Bunun sayəsində cavablardakı pərakəndəlik, faktlara, mə-
sələlərə birtərəfli yanaşmalar aradan qaldırılır. Nəticənin çıxarılması, ümumiləş-
dirmənin aparılması mərhələsində isə indiyə kimi deyilmiş bütün fikirlərin ümu-
miləşdirilməsi, vahid ideya şəklinə salınması ön plana çəkilir. Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, həqiqi ədəbiyyat xalqın, vətənin taleyinə heç vaxt laqeyd 
qalmamışdır. Vətənin ağır günündə yaradıcı adamlar da düşmənə qarşı  səfərbər 
olurlar. Vətən məhəbbəti, torpağa, elə  sədaqət, qorxmazlıq, düşmənə nifrət bədii 
əsərlərdə daha çox diqqət yetirilən məsələlər olur. Müstəqilliyini yenicə əldə edən, 
cəlb olunduğu müharibədə böyük itkilərə, dağıntılara məruz qalan vətənimizdə 
hamı kimi söz sənətkarları da qələmləri ilə düşmənə qarşı mübarizə aparırdılar. Hər 
gün yaradılan yeni-yeni əsərlərdə müstəqilliyimizin qan bahasına  əldə edildiyi, 
şəhidlərin unudulmazlığı, Vətənə  sədaqət, mübarizəyə çağırış, qələbəyə inam, 
amansız düşmənə nifrət ifadə olunurdu. Çıxarılmış  nəticənin tədqiqat sualı ilə 
əlaqəsinin aydınlaşdırılmasına,  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə 
müqayisəsinə xüsusi diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şa-
girdlərə xatırladır. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə