Microsoft Word ?d?b-9 Mv capa doc


Məlumat mübadiləsi, müzakirəsi



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

 185
Məlumat mübadiləsi, müzakirəsi  mərhələsində ilk addım təqdimatların fəal 
dinlənilməsinin təmin olunmasıdır. Bununla da qrupların bir-birinin işinin məzmu-
nu ilə ətraflı tanış olmalarına imkan yaradılır. Cavablarda qüsurların olmasına təbii 
baxılmalıdır. Fikirlərdə  pərakəndəlik, birtərəfli yanaşma müşahidə edilir. Bütün 
bunların islah edilməsinə müzakirədə xüsusi diqqət yetirilir. Meydana çıxan  əhə-
miyyətli sualların hər birinə aydınlıq gətirilməsinə  səy göstərilir. Cavablar əlaqə-
ləndirilir, tədricən sistemə salınır.  
 Səsləndirilmiş fikirlərin ümumi ideya halında birləşdirilməsi, yekun qənaət 
hasil edilməsi nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində 
həyata keçirilir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, poemada bütöv 
Azərbaycanın dərdləri, problemləri yüksək sənət dili ilə ifadə edilmişdir. Cənubi 
Azərbaycanda yaşayan soydaşlarımızın taleyi bizi dərindən düşündürdüyü, narahat 
etdiyi kimi, Şimali Azərbaycanın siyasi həyatında baş verən hər bir dəyişikliyi də 
cənublu soydaşlarımız diqqətlə izləyir, dərdlərimizə  şərik çıxırlar. “Quzeydə
 
yadlara öz yerləri göstərildi” – belə bir gün güney üçün də olacaq.  
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsi, fərziyyələrlə müqayisə edilməsi 
diqqət mərkəzində saxlanılır.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: B.Vahabzadə. “İstiqlal” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1.  
  Poemanı janr baxımından romanla müqayisə edir. 
2.1.1.
 
 
  Poema və  şeirlə bağlı  çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.1.2. 
  Poemanın və  şeirin mövzusuna, problemə müqayisələr, 
ümumiləşdirmələr aparmaqla münasibət bildirir. 
2.2.1.  
  Poema və  şeirlə bağlı müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi müxtəlif yollarla müəyyənləş-
dirilə bilər. Təqdimatların dinlənilməsi və  yığcam müzakirənin keçirilməsi daha 
faydalıdır. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məq-
sədəuyğundur. 
“Tətbiq. Müzakirə. Yaradıcı iş” dərsində motivasiyanın yaradılması, proble-
min qoyuluşu fərqli variantlarda həyata keçirilə bilər. Məsələn, bu məqsədi ilə in-


 186
ternet (You Tube) imkanlarından bəhrələnərək B.Vahabzadənin xalqımızın azadlıq 
mübarizəsi haqqında fikirlərini əks etdirən videomateriala baxış təşkil etmək və ya 
mövzu üzrə müəyyənləşdirilmiş sual əsasında diskussiya aparmaq faydalıdır.  
Tədqiqat sualı:  “İstiqlal” poemasının oxucularda böyük maraq doğurmasına 
səbəb, sizcə, nədir?  
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeyd edilir. 
Tədqiqatın aparılması.  Dərslikdə  təklif edilmiş tapşırıqlar tədqiqat sualının 
aydınlaşdırılması üçün əlverişlidir. “İstiqlal” poemasını mövzusuna, ideya-məzmu-
nuna görə bir çox əsərlərlə müqayisə etmək mümkündür. Dərslikdə müqayisə üçün 
şagirdlərə məlum olan “İstiqlal marşı” əsəri tövsiyə edilmişdir. Şagirdlərin rəyi nə-
zərə alınaraq digər bir əsərin seçilməsi də mümkündür.  
İlk növbədə, müqayisənin xüsusiyyətləri, tətbiqi qaydaları barədəki məlumat-
ların yığcam müsahibə ilə xatırlanmasına nail olunur. Hər iki əsərin (“İstiqlal”, 
“İstiqlal marşı”) hansı əsaslara görə müqayisə ediləcəyi müsahibənin tətbiqi ilə ay-
dınlaşdırılır. Əslində, bu əsaslar dərslikdəki cədvəldə əks etdirilmişdir, lakin onlara 
əlavələr etmək olar, yaxud fərqli variant hazırlamaq mümkündür. Hansı iş forması-
nın tətbiqi də müəllimin məqsədindən asılıdır. Başqa sözlə, bu məsələdə müəllim 
sərbəstdir, lakin o, seçimini əsaslandırmalıdır. Kiçik qruplarda iş forması vaxta qə-
naət və müzakirənin maraqlı keçməsi baxımından məqsədəuyğundur. Tədqiqatın 
gedişində – ehtiyac yarananda müəllim istiqamətləndirici suallar vasitəsi ilə 
qruplara kömək edir. 
Eyni tapşırıq üzərində  işləyən  şagirdlər  məlumat mübadiləsi və müzakirə 
mərhələsində yüksək fəallıq nümayiş etdirirlər. Qrupların bir-birinin işinin məzmu-
nu ilə ətraflı tanış olması müzakirənin səmərəli keçməsinə səbəb olur. Müzakirədə 
fərqli fikirlərin söylənilməsinə, mülahizələrin  əsaslandırılmasına  şərait yaradan 
müəllim mövqelərin yaxınlaşmasına, uzlaşdırılmasına imkan verən istiqamətləndi-
rici suallardan istifadə edir. Eləcə də qrupların müqayisədən hansı  nəticəni çıxar-
dıqlarına, ümumiləşdirməni necə apardıqlarına diqqət yetirir. Bu, nəticənin çıxa-
rılması, ümumiləşdirmənin aparılması  mərhələsində  həyata keçirilən işi xeyli 
asanlaşdırır. Müqayisə  “İstiqlal” poemasında qaldırılan taleyüklü problemin nə 
qədər  əhəmiyyətli olduğunu aşkara çıxarmağa imkan verir. Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, poemanın geniş yayılmasına, sevilməsinə səbəb təkcə onda 
qaldırılan ideyaların xalqın arzu və istəkləri ilə üst-üstə düşməsi deyildir. Uzun illər 
azadlığa, müstəqilliyə qovuşmaq istəyi, bu yolda həyatını qurban verənlərin 
unudulmaz xatirəsi və əvəzolunmaz xidmətləri, vətənin parçalanmasının, qardaşın-
qardaşdan ayrı düşməsinin yaratdığı nisgil, həsrət poemada böyük sənətkarlıqla, 
səmimi duyğularla ifadə edilmişdir.    
Çıxarılmış  nəticənin tədqiqat sualı  və  fərziyyələrlə müqayisə edilməsinə vaxt 
ayrılır. 
Dərsdə vaxtdan qənaətlə istifadə  dərslikdə  təklif edilmiş növbəti tapşırığın 
(poemanın janr baxımından romanla müqayisə edilməsi) yerinə yetirilməsinə 
imkan yaradır. Roman janrı olmaqla “Gələcək gün”ün məzmunu, quruluşu barədə 
aydın təsəvvürü olan şagirdlər tapşırığın icrasında ciddi çətinlik çəkmirlər. Lakin 
cavablar  əhatə olunan məsələlərin həcminə görə  fərqlənir. Yüksək səviyyəli 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə