Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə74/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

 181
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
MövzuBəxtiyar Vahabzadə. “İstiqlal” – 4 saat 
Birinci saat:  Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5. 
  Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə me-
yarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli variantlarda təşkil 
etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların 
əsasında yığcam müsahibə aparmaqla motivasiya yaratmaq və  tədqiqat sualını 
müəyyənləşdirmək mümkündür. Eləcə  də internetdən 20 Yanvar faciəsinə  həsr 
olunmuş videomateriala (https://www.youtube.com/watch?v=GJP8HtKnv_s) baxış, 
B.Vahabzadənin ifasında “Gülüstan” poemasından bir parçanın dinlənilməsi 
(https://www.youtube.com/watch?v=I9QYpwRjR7I) motivasiyanın yaradılması, 
tədqiqat sualının formalaşdırılması üçün vasitə ola bilər. 
Tədqiqat sualı:  Milli azadlıq mövzusunda yazılmış  əsərlərdə başlıca olaraq, 
hansı problemlər ön plana çəkilir? 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması.  Poemadan birinci parçanın  oxusu üzrə iş fərqli məz-
munda təşkil edilə bilər; fərdi səssiz oxu, səsli oxunun dinlənilməsinin və s. tətbiqi 
mümkündür. Oxunun hansı şəkildə aparılmasından asılı olmayaraq,
 
sonda şagirdlə-
rə ilkin təəssüratlarını bölüşmək imkanı yaradılır. Növbəti tapşırığın (poemadan 
verilmiş  səciyyəvi misralarda ifadə olunmuş fikirlərin aydınlaşdırılması) cütlük 
şəklində iş formasının tətbiqi ilə icra edilməsi məqsədəuyğundur. Bu tapşırıq əsərin 
məzmununun dərindən qavranılmasına, hər sözün, misranın mənasına diqqət ye-
tirilməsinə imkan yaradır. Şagirdlərə cavabları mümkün qədər qısa yazmağın lazım 
olduğu barədə təlimat verilir. Sonrakı tapşırıq (ikihissəli gündəliyin hazırlanması) 
fərdi olaraq yerinə yetirilir. Əsərin məzmununu  şagirdlərin necə qavradıqlarını, 
mətnaltı  mənaları hansı səviyyədə başa düşdüklərini aşkara çıxarmaq baxımından 
ikihissəli gündəlikdən  istifadə  faydalıdır.  Şagirdlərə artıq məlumdur ki, cavabını 
müstəqil aydınlaşdıra bilmədikləri sualları da gündəlikdə əks etdirə bilərlər. Dərs-
likdə  təklif edilmiş növbəti tapşırıq (bədii təsvir və ifadə vasitələrinin növünün 
dəqiqləşdirilməsi) cütlük şəklində yerinə yetirilir. Bu, vaxta qənaət baxımından 
faydalıdır. Ayrı-ayrı şagirdlər barədə konkret təsəvvür qazanmaq istəyən müəllim 
tapşırığın fərdi olaraq yerinə yetirilməsini də təşkil edə bilər. 


 182
Ehtiyac yarandığı  məqamlarda müəllim qruplara istiqamətləndirici suallar 
vasitəsi ilə kömək edir.   
Məlumat mübadiləsi və müzakirəsi. Bu mərhələlərin başlanğıcında qrupların 
təqdimatları dinlənilir, müzakirədə sualların verilməsi,  əlavələr edilməsi, deyilən-
lərə fəal münasibət bildirilməsi təmin olunur. Şagirdlərin öz mülahizələrini əsərdən 
gətirdikləri nümunələrlə, həyat təcrübələri, müşahidələri ilə əsaslandırmalarına diq-
qət yetirilir. Fərqli fikirlərin söylənilməsi, tarixi məlumatlardan, incəsənət  əsərlə-
rindən (şəkil, film) istifadə müzakirənin daha canlı keçməsinə səbəb olur. 
Müzakirə zamanı bədii təsvir və ifadə vasitələrinin necə müəyyənləşdirildiyinə 
diqqət yetirilir. 
Müzakirəyə nəticə və ümumiləşdirmə məzmunlu müsahibə və söhbətlə yekun 
vurulur. Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsinin tələbləri 
tam halda məzmunla bağlı iş tamamlanarkən – ikinci dərs saatında həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 
Mövzu: Bəxtiyar Vahabzadə. “İstiqlal” – 4 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Poemada tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.4.  
  Poema janrının xüsusiyyətlərini müəyyənləşdirir. 
1.1.5.  
  Poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi – məzmunun mənimsənilməsi, tanış 
olmayan sözlərin mənasının aydınlaşdırılması təqdimatların dinlənilməsi və müza-
kirəsi, yaxud yığcam müsahibə  əsasında müəyyənləşdirilə bilər. Müəllimin 
müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Dərsdə həyata keçirilən işlər tədqiqatın davamı kimi özünü göstərir. Şagirdlər 
evdə oxuduqları parçanı bir daha nəzərdən keçirib tanış olmayan sözlərin mənasını 
dəqiqləşdirir, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirirlər. Bu, növbəti 
tapşırığın (əsərdən seçilmiş  səciyyəvi misralarda əksini tapmış fikirlərin 
aydınlaşdırılması) səmərəli icrasına da müsbət təsir göstərir. Tapşırığın cütlük 
şəklində yerinə yetirilməsi məqsədəuyğundur. Bu tapşırıq əsərin məzmununa daha 
dərindən nüfuz edilməsinə imkan yaradır. Dərslikdə  təklif edilmiş növbəti 
tapşırıqların (bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdirilməsi,  əsərin 
janrının müəyyənləşdirilməsi) fərdi olaraq yerinə yetirilməsi məqsədəuyğundur. 
Bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdirilməsi həm məzmunun 
əhatəli mənimsənilməsinə, həm də nəzəri anlayışlarla bağlı biliklərin təkrarına və 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə