Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə65/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

 158
təəssürat müqayisə olunur. Bu istiqamətdə aparılan müsahibə  tədqiqat sualının 
formalaşması ilə yekunlaşır.   
Tədqiqat sualı:  Ailədə birliyin, ailə üzvlərinin arasında mehribanlıq və 
səmimiyyətin hökm sürməsinə səbəb nə ola bilər?   
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması.  Oxunun təşkili zamanı dram janrının xüsusiyyətləri 
nəzərə alınır. Bu, həm də rollar üzrə oxunun tətbiqini zəruri edir. Bu oxu şagirdlərə 
dramın xüsusiyyətləri haqqında biliklərini dərinləşdirmək, remarka, dialoq, 
monoloq, replikaları diqqətlə müşahidə etmək imkanı yaradır. Müəllim birinci 
parçadakı ayrı-ayrı  səhnələrin rollar üzrə oxusunu təşkil edir. Tanış olmayan 
sözlərin çox məhdud olması onlara oxu prosesində aydınlıq gətirməyə imkan verir. 
Birinci parçanın oxusuna ayrılan vaxt başa çatdıqdan sonra şagirdlərə ilkin 
təəssüratlarını bölüşmək imkanı yaradılır. Bədii təsvir və ifadə vasitələrinin 
müəyyənləşdirilməsini də bu məqamda həyata keçirmək olar. Dərslikdəki 
tövsiyəyə uyğun olaraq, şagirdlər  əsərin onlarda yaratdığı hiss və düşüncələri 
ikihissəli gündəlikdə qeyd edirlər. Onlar həmçinin müstəqil aydınlaşdıra 
bilmədikləri məsələləri, özlərini düşündürən sualları da gündəlikdə qeyd etmək 
tapşırığını alırlar. 
Sonrakı tapşırıq (bədii təsvir və ifadə vasitələrinin növünün dəqiqləşdirilməsi) 
fərdi olaraq yerinə yetirilir. 
Kiçik qruplarda birləşən  şagirdlər yerinə yetirdikləri bütün işlərin nəticələri 
barədə fikir mübadiləsi apararaq dəqiqləşdirmə imkanı qazanırlar. Bu iş qrup 
adından vahid təqdimatın hazırlanması ilə yekunlaşır. Təcrübə göstərir ki, yekun 
təqdimatdakı  bəzi məqamlarla qrup daxilində razılaşmayan  şagirdlər də olur. 
Məlumat mübadiləsi, müzakirə  mərhələlərində belə  şagirdlərə öz mövqelərini 
açıqlamaq üçün şərait yaradılmalıdır.   
Məlumat mübadiləsi və müzakirəsi. Fəal dinləmə, qrupların bir-birinin işinin 
məzmunu ilə ətraflı tanışlıq həyata keçirilir. Bu, müzakirənin səmərəli keçməsinə 
səbəb olur. Müzakirə zamanı müəllim  şagirdlərin dialoji nitq bacarığının 
nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələrin 
edilməsinə, təkliflərin irəli sürülməsinə diqqət yetirir.  
Aparılmış  işlərə  nəticə  məzmunlu müsahibə ilə (nəticə  və ümumiləşdirmə 
mərhələsinin tələbləri tam şəkildə ikinci dərsdə – məzmun üzrə iş tamamlandıqda 
həyata keçirilir) yekun vurulur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini  şagirdlərə 
xatırladır.  
 


 159
MövzuAnar. “Keçən ilin son gecəsi” – 4 saat 
İkinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
 
  Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.4.  
  Dram janrının xüsusiyyətlərini müəyyənləşdirir. 
1.1.5.  
  Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilmə  səviyyəsi yığcam müsahibə  və müzakirə ilə 
müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət 
etməsi məqsədəuyğundur. 
Tədqiqatın aparılması. Əsərin evdə oxunmuş ikinci parçasını bir daha nəzər-
dən keçirən  şagirdlər məzmuna aid üçdən az olmayaraq sual və onlara cavab 
hazırlayırlar. Bunun cütlük şəklində  iş formasının tətbiqi ilə  həyata keçirilməsi 
məqsədəuyğundur. Növbəti tapşırığın da (Həmidə xala obrazının nitqi üçün 
səciyyəvi olan söz və ifadələrin seçilməsi) cütlük şəklində yerinə yetirilməsi fayda-
lıdır. Bu tapşırıq məzmunun daha dərindən mənimsənilməsi və  təhlil üçün 
əhəmiyyətlidir. Dərslikdəki növbəti iki tapşırığın (məcazların növünün dəqiqləş-
dirilməsi, əsərdə dram janrına xas olan cəhətlərin müəyyənləşdirilməsi) fərdi icra-
sına imkan yaradılır. 
Kiçik qruplarda birləşən  şagirdlər yerinə yetirdikləri işlər üzrə  əldə etdikləri 
nəticələri müzakirə edib, dəqiqləşdirmə  və ümumiləşdirmə aparırlar. Bu, qrupa 
vahid təqdimatla çıxış etmək imkanı yaradır.     
Məlumat mübadiləsi və müzakirə  mərhələsində, ilk növbədə, qrupların bir-
birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına şərait yaradılır. Bunun üçün fəal 
dinləmənin, məzmunlu çıxışların təmin edilməsi vacibdir. Fərqli düşünən, qrupla 
razılaşmayan hər bir qrup üzvünə fikrini ifadə etmək imkanı yaradılır. Cavabların 
əlaqələndirilməsinə, sistemə salınmasına xüsusi diqqət yetirilir. Müəllimin istiqa-
mətləndirici sualları vaxt itkisinin qarşısını alır, müzakirənin səmərəliliyini təmin 
edir. Müəllim istiqamətləndirici suallardan nəticənin çıxarılması, ümumiləşdir-
mənin aparılması mərhələsində də istifadə edir. Bu suallar, eləcə də aparılmış iş-
lər şagirdlərdə belə bir qənaət möhkəmləndirir ki, ailədə birliyə, ailə üzvlərinin bir-
biri ilə mehriban və  səmimi olmasına səbəb onun möhkəm təməl üzərində qurul-
ması, xalqımıza xas olan adət və ənənələrin gözlənilməsidir.  
Çıxarılmış nəticələr fərziyyə və tədqiqat sualı ilə müqayisə edilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifa-
də məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyi 
şagirdlərə xatırladılır.  
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə