154
daxilində də fərqli fikirdə olanlara rast gəlinir. Buna
görə də təqdimatda eyni
qrupdan bir neçə nəfərin iştirakına imkan yaradılır. Bu,
məlumat mübadiləsi və
müzakirə mərhələsində diqqət mərkəzində saxlanılan məsələlərdən olur. Fərqli
fikirlərin üstündən sükutla keçilmir, onlara dialoq zəminində aydınlıq gətirilir.
Yerinə yetirilmiş bütün işlərin məğzi açıqlanır, fikirlər tədqiqat sualının aydınlaş-
dırılmasına yönləndirilir. Cavabların əlaqələndirilməsinə, sistemə salınmasına nail
olunur.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllim
istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərin daha fəal olmalarına
imkan yaradır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ana-övlad
münasibətlərinə həsr olunan əsərlərdə nəsihətamiz fikirlər önəmli yer tutur. Bu
fikirlər
müəllifin müşahidələrindən, məqsədindən asılı olaraq, fərqli məzmunda
olur. Lakin bütün hallarda ana haqqı, ana zəhməti diqqət mərkəzinə çəkilir.
Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənaətlə
tədqiqat sualının arasındakı səsləşmələrə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu”– 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış et-
məklə şeirin qəhrəmanlarını səciyyələndirir.
1.2.3.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitə-
lərinin rolunu aydınlaşdırır.
1.2.4
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.2.1.
Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi mü-
nasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş
etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında həyata keçirilə bilər. Müəllimin
müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Əsərin təhlilinə həsr olunmuş dərsin variantlarından biri aşağıdakı məzmunda
ola bilər.
Motivasiya, problemin qoyuluşu. Şagirdlərin diqqəti dərslikdəki “Düşünün”
başlıqlı suala (Ana-övlad münasibətləri söz sənətkarlarını hansı səbəblərə görə
155
düşündürə bilər?) cəlb olunur. Həmin sual əsasında aparılan yığcam müsahibə
tədqiqat sualının formalaşması ilə nəticələnir.
Tədqiqat sualı: “Böyük zaman kəsiyi kamil sənət əsərindəki nəsihətamiz
fikirlərin dəyərini azalda bilməz” fikrini doğru saymaq olarmı?
Şagirdlərin irəli sürdükləri fərqli fikirlər – fərziyyələr dinlənilir, təkrara yol
verilmədən qeyd edilir.
Müəllim üçün məlumat. Tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə
əlaqədar qazanılmış bilik və bacarıqların yada salınması,
tətbiqinə istiqamət
verilməsi məqsədəuyğundur. Şagirdlər müəllimin istiqamətləndirici suallarına
əsasən təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırladırlar:
– Şeirin yaratdığı təəssüratın, hiss və düşüncələrin açıqlanması;
– Ana və oğul obrazlarının səciyyələndirilməsi;
– Əsərdə qaldırılan başlıca problemin müəyyənləşdirilməsi;
– Şeirin bədii təsir gücünü artıran vasitələrin (bədii təsvir və ifadə vasitələrinin və
s.) rolunun aydınlaşdırılması;
– Şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması.
Tədqiqatın aparılması. Fərziyyələrin yoxlanılmasına – tədqiqat sualının
aydınlaşdırılmasına fərqli yollarla nail olmaq mümkündür. Dərslikdəki “Araşdırın.
Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq fərqli iş formaları tətbiq edilməklə yerinə
yetirilə bilər. Dərsdə bu tapşırıqdan, eləcə də “Əsərin təhlilinə hazırlaşın”
mətnin-
dən istifadə edilməsi məqsədəuyğundur.
İlk növbədə, “Əsərin təhlilinə hazırlaşın” mətninin oxusu və məzmununun
qavranılması qayğısına qalmaq lazımdır. Mətndə əsərin təhlili ilə bağlı ən zəruri
istiqamət verilmiş,
inversiya anlayışının mahiyyəti açıqlanmışdır. Müəllim həmin
anlayışla əlaqədar bədii əsərlərdən əlavə nümunələr göstərə bilər.
Bütün bunlar
sonrakı tapşırıqların uğurla yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı üzrə tədqiqatın cütlük şəklində,
yaxud kiçik qruplarda aparılması mümkündür. Cütlük şəklində işləyənlər fikir
mübadiləsi aparmaq məqsədi ilə sonra kiçik qruplar yarada bilərlər. Bütün hallarda
müəllimin tapşırıqların məqsədi, istifadə olunacaq vasitələrlə bağlı təlimatlandırma
aparması faydalıdır. İşin gedişini diqqətlə izləyən müəllim zərurət yarandıqda şa-
girdlərə istiqamətləndirici suallarla yardım edə bilər. İkinci sual (əsərdə qaldırılan
problemin müəyyənləşdirilməsi) geniş diskussiya, fikir mübadiləsi üçün zəmin
yaradır.
Tapşırığın digər sualları (obrazlarının səciyyələndirilməsi,
müəllif münasibəti-
nin aydınlaşdırılması və s.) əsərdən nümunələr gətirilməsini, söylənilən fikirlərin
əsaslandırılmasını tələb edir.
Məlumat mübadiləsi mərhələsində təqdimatların fəal dinlənilməsinə,
bununla
da şagirdlərin (qrupların) bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına
imkan yaradılır. Birtərəfli, yanlış mülahizələrin aradan qaldırılması, cavabların
əlaqələndirilməsi növbəti mərhələdə həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində
müəllim əvvəlcədən hazırla-
dığı suallar vasitəsi ilə müzakirənin diskussiya xarakteri almasına səy göstərir.
Şagirdlərin suallar verməsi, mövqelərini sərbəst açıqlaması stimullaşdırılır. Bu