Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə61/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

 148
çətinlikdən, hətta ölümdən belə qorxmamaq, mərd, igid, cəsarətli olmaq, doğma 
yurdun keşiyini layiqincə çəkmək tövsiyə olunur.  
Çıxarılmış  nəticələrin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Məmməd Araz. “Əsgər məktubu” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2. 
 
  Müəllifin mühakimələrindən çıxış etməklə lirik qəhrəmanı 
səciyyələndirir. 
1.2.4.  
  Şeirin ideya-bədii xüsusiyyətlərini  şərh edir, onlara 
əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələnin təşkilində  fərqli yollardan 
istifadə etmək olar. Məsələn, dərslikdəki “Düşünün” başlıqlı sual (Əsgər məktubu 
haqqında  şeir yazmaqda şairin niyyəti nə ola bilər?) üzrə müsahibə  əsasında 
tədqiqat sualını müəyyənləşdirmək mümkündür.
 
Tədqiqat sualı:  “Müəllif “Əsgər məktubu”  şeirində torpaqlarımızın etibarlı 
müdafiəçilərinin parlaq obrazını yaratmışdır” fikrini doğru saymaq olarmı? 
Fərziyyələri dinlənilir və qeyd olunur. 
 
Tədqiqatın aparılması. Bu mərhələdə  fərqli metod və  iş formalarından 
istifadə etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə ha-
zırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət 
edilməsi vacibdir. 
 
“Əsərin təhlilinə hazırlaşın” mətni ilə tanışlıq  şeirin yazılma səbəbi barədə 
şagirdlərdə təsəvvür yaradır. Vətənin müdafiəsi ilə bağlı şagirdlərin məlumatlarının 
aşkara çıxarılması  və  zənginləşdirilməsi  şairi düşündürən problemin başa 
düşülməsinə səbəb olur.  


 149
 “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq iş  vərəqlərində  əks 
etdirilərək kiçik qruplara təqdim olunur. Qrupların işini izləyən müəllim, yeri 
gəldikcə, yönləndirici suallar vasitəsi ilə onların fəaliyyətinə istiqamət verir, 
hazırlanan təqdimatların məzmununa diqqət yetirir.  
Tapşırığın bütün tələbləri tədqiqat sualının məğzi, mahiyyəti ilə  əlaqədardır. 
Qruplar icra etdikləri işin tədqiqat sualının aydınlaşdırılmasında hansı rol 
oynadığını aydın təsəvvür etməlidirlər. Bunun üçün müəllimin tədqiqatöncəsi 
təlimatı, xüsusilə əhəmiyyətlidir.  
Məlumat mübadiləsi və müzakirəsi mərhələsində, ilk növbədə, təqdimatların 
dinlənilməsi əsasında fikir mübadiləsi aparılır. Çıxış edənlərə sualların verilməsinə, 
qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına diqqət yetirilir. Mə-
lumat mübadiləsinin səmərəli keçməsi
 
müzakirənin canlı, diskussiya səciyyəli 
olmasına imkan yaradır. Birtərəfli mülahizələr, yanlış mövqelər tədricən aradan 
qalxır. Cavabların müqayisə edilməsi və qruplaşdırılması  nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması işini asanlaşdırır.  
Nəticə, ümumiləşdirmə. Deyilmiş bütün fikirlərin vahid ideya halına salınma-
sında, bütöv, bitkin cavabın hazırlanmasında müəllimin istiqamətləndirici sualları 
az rol oynamır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, şair Vətənin müdafiə-
sini, vətəndaşların qorunmasını müqəddəs vəzifə sayır. Vətənimizin toxunulmazlı-
ğının, insanlarımızın salamatlığının keşiyində dayanan əsgər oğullarımızın arzu və 
istəkləri, səmimi hiss və duyğuları əsərdə yüksək sənətkarlıqla əks etdirilmişdir.  
Çıxarılmış nəticələr tədqiqat sualı və fərziyyələrlə müqayisə edilir. 
Şagirdlərin diqqəti müzakirə üçün təqdim olunmuş mövzuya cəlb edilir. 
Müzakirədə sinfin fəal iştirakına şərait yaradılır.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Məmməd Araz. “Əsgər məktubu” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.2. 
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.2.4. 
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.1.2. 
  Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirir. 


 150
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və mü-
zakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələnin təşkilində  fərqli yollardan 
istifadə etmək olar. Suallardan istifadə ilə motivasiya yaratmağı qarşısına məqsəd 
qoyan müəllim şagirdlərə tanış olduqları əsgər obrazlarını yada salmağı təklif edir. 
Yığcam müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır.  
Tədqiqat sualı:  Sənətkarın oxşar mövzuda yazdığı əsərlər üçün hansı cəhətlər 
ortaq ola bilər? 
Tədqiqatın aparılması.  Dərslikdə  təklif edilmiş tapşırıqların ardıcıl yerinə 
yetirilməsi tədqiqat sualının aydınlaşdırılmasına imkan verir. İlk növbədə, 
M.Arazın “Əsgər oğul” şeirinin oxusu təşkil edilir. Oxunun hansı formada aparıl-
masından asılı olmayaraq, əsərdə tanış olmayan sözlərin mənasının aydınlaşdırıl-
ması həyata keçirilir. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər şeirin 
məzmununa aid suallar və onlara cavab hazırlayırlar. Sualların və onlara hazırlan-
mış cavabların təqdimat  əsasında  müzakirəsi keçirilir. Yığcam müsahibə aparıl-
maqla  şeirin məzmununun bütövlükdə  mənimsənilməsinə nail olunur. Bu, əsərin 
ideyasının müəyyənləşdirilməsi üzrə kiçik qruplarda aparılan növbəti işin səmərəli-
liyinə əhəmiyyətli dərəcədə təsir edir.  
Müəllim istiqamətləndirici suallardan istifadə etməklə  “Əsgər məktubu” və 
“Əsgər oğul”  şeirlərinin hansı  əsaslar üzrə müqayisə ediləcəyini  şagirdlərin 
müstəqil müəyyənləşdirmələrinə nail olur. Kiçik qruplar bu əsərlərin mövzu, 
məzmun, ideya, problem və s. baxımından müqayisəsi üzrə  işləyir. Müqayisənin 
nəticələrinin cədvəldə qeyd edilməsi məqsədəuyğundur. Çıxarılmış  nəticələrlə 
bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparılır. 
Vaxtdan səmərəli istifadə edildikdə dərslikdə ifadəli oxu ilə bağlı təklif edilmiş 
tapşırığın yerinə yetirilməsinə imkan yaranır. Tapşırığı  fərdi icra edən  şagirdlərə, 
ehtiyac yaranan məqamlarda istiqamət verilir. İfaların dinlənilib müqayisə edilməsi 
faydalıdır. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.
  
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə