Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə60/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

 145
Mövzu: İsa Hüseynov. “Zəhər” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
2.2.1.  
  Yazı ilə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
3.1.1.  
  İnşanın, essenin məzmununa uyğun üslub müəyyənləşdirir. 
3.1.3.  
  Müqayisə xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirilməsi təqdimat və  məruzələrin 
dinlənilməsi və müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Mühakimə, təsvir, müqayisə xarakterli 
mətnlərin – inşa, esse, məruzənin məzmunu, quruluşu barədə  yığcam müsahibə 
tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır. 
Tədqiqat sualı: Müqayisə xarakterli yazının məzmununda, başlıca olaraq, hansı 
məsələlərə önəm verilir?  
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd olunur. 
Tədqiqatın aparılması.  Dərsin səmərəli keçməsi ona hazırlıq işinin hansı 
səviyyədə aparılmasından asılıdır. Müəllim dərsə bir neçə gün qalmış  şagirdlərin 
diqqətini dərslikdəki (IV dərsdə) müzakirə  və yazı üçün təklif edilmiş mövzulara 
cəlb edir. Həm müzakirəyə, həm də yazıya hazırlıq işlərinə başlanılır. Digər 
fənlərdən, müxtəlif mənbələrdən təbii fəlakətlər, onların başvermə  səbəbləri, 
qabaqlayıcı  tədbirlər haqqında məlumat toplayan şagirdlər, bu sahədə dünyada 
müşahidə edilən laqeydlik, yol verilən nöqsanlar barədə  də  təsəvvür qazanırlar. 
Buna nail olunması müzakirənin maraqlı keçməsinə,  şagirdlərin yüksək fəallıq 
nümayiş etdirmələrinə səbəb olur. 
İnşa və esse üçün dərslikdə  təklif edilmiş mövzular müqayisə xarakterlidir. 
Dərslikdə müqayisə xarakterli yazı ilə bağlı verilmiş tövsiyənin hələ dərsdən əvvəl 
təkrar edilməsi faydalıdır.  
Yazı  işinin yerinə yetirilməsinə  dərsdə daha çox vaxt ayrılır.  Şagirdlər 
müəllimin təklifi ilə Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarını hansı  əsaslara 
(cəhətlərə) görə müqayisə edəcəklərini müzakirə edirlər. Müəllim daha mühüm, 
əhəmiyyətli cəhətlərin müəyyənləşdirilməsinə istiqamət verir. Bu obrazlar 
xarakterlərinə, nitqlərinə, davranış və əməllərinə, təbiətə, canlılara münasibətlərinə, 
həyata baxışlarına görə kəskin şəkildə fərqlənirlər. Müqayisə üçün əsaslar məhz bu 
cəhətlər nəzərə alınmaqla müəyyənləşdirilir.  
Esse üçün müəyyənləşdirilmiş mövzu, adında ifadə olunmasa da, müqayisə 
səciyyəlidir. İnsanla təbiətin bir-birini tamamlaması, bir-birinə faydalı olması, hər 


 146
ikisinin vüqarlı, səxavətli olması və s. müqayisə üçün əsaslar müəyyənləşdirilərkən 
nəzərdə alınmalıdır.  
Yazının icrası prosesində müəllim çətinlik çəkən  şagirdlərə istiqamətləndirici 
suallar vasitəsi ilə kömək edir. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra təqdimat  əsasında yazıların 
başlıca istiqamətləri barədə  fikir mübadiləsi və müzakirə  aparılır. Bu 
mərhələlərdə müqayisənin hansı  əsaslar üzrə aparıldığına, müqayisə qaydalarına 
necə 
əməl edildiyinə, müqayisədən nəticə 
çıxarılıb-çıxarılmadığına, 
ümumiləşdirmənin nə cür həyata keçirildiyinə diqqət yetirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində şagirdlər 
yüksək fəallıq göstərirlər. Buna səbəb müqayisə, onun tətbiqi qaydaları barədə bu 
dərsə  qədər müəyyən bilik və bacarıqlara malik olmalarıdır. Bu mərhələdə 
şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, müqayisə xarakterli yazıda başlıca 
diqqət obyektlər (müqayisə olunanlar) ayrı-ayrılıqda öyrənilərkən aşkara 
çıxarılmayan, yaxud sezilməyən cəhətlərin müəyyənləşdirilməsinə 
və 
mənimsənilməsinə yönəldilir. Belə yazılarda obyektlərin oxşar və  fərqli 
cəhətlərinin eyni əsaslar üzrə müəyyən ardıcıllıqla aşkara çıxarılması, müqayisədən 
nəticə çıxarılması və ümumiləşdirmə aparılması mühüm yer tutur.  
Çıxarılmış  nəticələrin fərziyyələrlə  və  tədqiqat sualı ilə müqayisəsinə diqqət 
yetirilir.       
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


 147
Mövzu: Məmməd Araz. “Əsgər məktubu” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.5.  
  Şeirdə bədii ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələdə  təşkil olunan iş  fərqli 
məzmunda ola bilər. Məsələn,  Şəmistan  Əlizamanlının ifasında “İgid  əsgər, 
möhkəm dayan” mahnısının səsləndirilməsi (https://www.youtube. com/watch?v= 
aHBEss3oWf4), yaxud erməni işğalçılarına qarşı Azərbaycan ordusunun 
döyüşlərini  əks etdirən sənədli filmlərdən fraqmentlərin nümayişi  əsasında 
müsahibə aparmaqla tədqiqat sualını formalaşdırmaq mümkündür. Eləcə  də 
dərslikdəki “Yada salın” başlıqlı suallar üzrə  yığcam müsahibə apararaq tədqiqat 
sualını müəyyənləşdirmək olar.  
Tədqiqat sualı: Vətənin əsgər oğullarından bəhs edən şeirlərdə, başlıca olaraq, 
nədən danışıla bilər? 
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.  
Tədqiqatın aparılması.  Əsərin oxusu fərqli yollarla həyata keçirilə bilər.  
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər ilkin təəssüratlarını bölüşürlər. 
Dərslikdə təklif olunmuş tapşırıqlar fərqli iş formalarının tətbiqi ilə yerinə yetirilə 
bilər. Sonda kiçik qrupların yaradılması, bütün tapşırıqların cavablarının 
dəqiqləşdirilməsi, ümumiləşdirməsi həyata keçirilir. 
Məlumatın mübadiləsi və müzakirəsi mərhələlərində qrupların əldə etdikləri 
nəticələrlə tanışlıq,  əsərin məzmunu ilə bağlı  mənimsənilənlərin dərinləşdirilməsi 
və  zənginləşdirilməsi niyyəti ön plana keçir. İlk növbədə, qrupların təqdimatı 
dinlənilir.  Şagirdlər fikirlərini sərbəst ifadə etməyə,  əsaslandırmağa, müzakirənin 
diskussiya səciyyəli olmasına, fərqli fikirlərə dözümlü münasibət nümayiş 
etdirməyə  səy göstərməlidirlər.  Əvvəlcədən hazırladığı suallardan istifadə edən 
müəllim şagirdlərin diqqətini şairi düşündürən məsələlərə, xüsusən onun sərhəddə 
Vətən torpağını qoruyan əsgər oğuldan bəhs etməsinin səbəblərinə yönəltməlidir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi deyilmiş bütün fikirlər ümumiləşdirilməli, vahid ideya şəklinə salınmalıdır. 
Müəllimin istiqamətləndirici sualları şagirdlərdə belə bir qənaətin möhkəmlənməsi-
nə səbəb olur ki, əsgər oğullardan bəhs edən əsərlərdə onlara vətən yolunda heç bir 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə