156
mərhələdə cavabların əlaqələndirilməsinə,
müqayisə edilməsinə, qruplaşdırılma-
sına xüsusi diqqət yetirilir.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində fikirlərin
ümumi ideya halında birləşdirilməsinə nail olunur. Əldə olunanların bir tam
halında təsəvvür edilməsi uğurlu nəticə kimi dəyərləndirilir. Şagirdlərdə belə bir
qənaət möhkəmlənir ki, kamil sənət əsəri,
illər keçsə də, öz dəyərini itirmir. Belə
əsərlərdə əksini tapmış ideya köhnəlmir, öz aktuallığını qoruyub saxlayır. Ana-
övlad, valideyn-övlad münasibətləri barədə müxtəlif zamanlarda yazılmış əsərlərdə
əksini tapmış müdrik nəsihətlər bütün zamanlar üçün əhəmiyyətli ola bilər.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsi, səsləşməsi, fərziyyələrlə
müqayisə edilməsi diqqət mərkəzində saxlanılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu” – 3 saat
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.2
Sərbəst şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
2.1.2.
Şeirin mövzusuna, problemə müqayisələr, ümumiləş-
dirmələr aparmaqla münasibət bildirir.
2.2.1.
Müzakirələrdə şeirin mövzusuna, qoyulmuş problemə tən-
qidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların
dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Üçüncü dərs saatının bir variantı aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Bədii oxu ustasının ifasında şeirdən bir
parça dinlənilir. İfaçının qarşısına hansı vəzifəni qoyduğu qısaca müzakirə edilir,
nəticədə tədqiqat sualı müəyyənləşdirilir.
Tədqiqat sualı: Şeirin ifadəli oxusunda başlıca olaraq, hansı vəzifə yerinə
yetirilməlidir?
Şagirdlərin fərziyyələri dinlənilir və təkrara yol verilmədən qeyd olunur.
Tədqiqatın aparılması üzrə iş dərslikdə təklif
edilmiş tövsiyə əsas
götürülməklə təşkil oluna bilər. Müəllimin təklifi ilə şeirin birinci parçasını
dəftərdə, yaxud iş vərəqində yazan şagirdlər ifaçılıq vəzifəsini – oxuda
dinləyicilərə nə çatdıracaqlarını müəyyənləşdirmək üzərində düşünürlər. Bunu
şagirdlər cütlük şəklində işləməklə yerinə yetirə bilərlər. Sonrakı tapşırıqların –
157
məntiqi vurğulu sözlərin, fasilələrin yerinin, ayrı-ayrı misraların oxusunda səsin
aldığı çalarların və s. müəyyənləşdirilməsi fərdi olaraq icra edilir. Kiçik qruplarda
birləşən şagirdlər
fikir mübadiləsi və müzakirə aparırlar. İfaçılıq vəzifəsinin
məzmunu və formalaşdırılması ilə bağlı fikir ayrılığının çox olmasına təbii baxmaq
lazımdır. Eləcə də digər məsələlərlə – məntiqi vurğulu sözlər, səsin keyfiyyəti və
oxuda almalı olduğu çalarlar və s. bağlı mübahisə yaranır. Bütün bunların
diskussiya zəminində aradan qaldırılmasına səy göstərilir. İfaların dinlənilib
müzakirə edilməsi, eləcə də bədii oxu ustasının ifasına
münasibət bildirilməsi
nəticənin çıxarılmasına, ümumiləşdirmənin aparılmasına imkan verir.
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ifaçılıq vəzifəsi şeirin ideya-məzmu-
nundan çıxış edilərək müəyyənləşdirilməlidir. Ana məhəbbətini, nəvaziş, qayğı və
zəhmətini unudan övladın məzəmmət edilməsi şeirdə aparıcı yer tutur. İfaçılıq
vəzifəsinin əsasında da elə məhz bu dayanmalıdır.
Nəticənin fərziyyə və tədqiqat sualı ilə müqayisəsinə diqqət yetirilməlidir.
Bütün bu işlərin səmərəli təşkili dərslikdə təklif edilmiş növbəti tapşırıqların
(şeirin məzmunu ilə atalar sözlərinin arasındakı səsləşmələrin
müəyyənləşdirilməsi
və əsaslandırılması, “Övladın valideyn qarşısında borcunu nədə görürəm?”
mövzusunda müzakirənin aparılması) icrasına vaxt ayırmağa imkan verir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu:
Anar. “Keçən ilin son gecəsi” – 4 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli variantlarda təşkil
etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların
əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək
mümkündür.
Digər bir variant aşağıdakı məzmunda ola bilər: İnternetdən istifadə ilə
(https:www.youtube. com/watch?v= huDM4z_-fFQ) “Keçən ilin son gecəsi”
tamaşasından bir parça nümayiş etdirilir. Tamaşanın və mütaliənin yaratdığı