Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə88/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 217
bir qrupun şagirdləri digər qrupların əldə etdikləri nəticələrə təkcə təqdimatlar əsa-
sında deyil, hekayə ilə bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində ciddi 
münasibət bildirməli, tutarlı əlavələr etməli, onlarda zəruri düzəlişlər aparmalıdır. 
Məsələn, tapşırığın 2-ci sualı (Hekayənin mövzusunu və onda qaldırılmış başlıca 
problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə  əsasən cədvəldə qeydlər edin) 
üzərində işləyən qrupun təqdimatına digər qruplar münasibət bildirərkən cədvəldə 
əksini tapmış bütün tələblərlə  (əsərin mövzusu; əsərdə diqqətə çatdırılan başlıca 
problem; problemin həllini yazıçı  nədə görür; problemin həlli barədə  şagirdlərin 
özləri nə düşünür) bağlı öz mövqelərini ortaya qoymalıdırlar.
  
Deyilənlərin ümumi ideya halına salınması, ümumiləşdirmənin aparılması 
növbəti mərhələdə həyata keçirilir. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu mərhələnin səmə-
rəli keçməsi müəllimin  əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan xeyli 
dərəcədə asılıdır. Bu, şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə, 
onlara mənimsədiklərinə  əsaslanmaqla fikirlərini ümumiləşdirmə  əsasında ifadə 
etməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil 
bir həyat” bu zərif qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa 
da, “dizlərini taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-
babadanqalma keçmiş əxlaq və səciyyə” “köhnə nəslin qəhrəmanı olan” bu qadında 
mənlik, şərəf və ləyaqət hissini qoruyub saxlamışdır. 
Çıxarılmış  nəticələr  şagirdlərin irəli sürmüş olduqları  fərziyyələrlə, tədqiqat 
sualı ilə müqayisə edilir.  
 Qiymətləndirmə.  Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar 
əsasında aparmaq məqsədəuyğundur. 
 
Qiymətləndirmə meyarları:  
Səciyyələndirmə 
Aydınlaşdırma 
Şərhetmə 
Münasibətbildirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Ədəbi qəhrəmanları 
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə səciyyələndir-
məkdə çətinlik çəkir. 
Ədəbi qəhrəmanları 
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə qismən səciyyə-
ləndirir. 
Ədəbi qəhrəmanları 
müəllifin mühakimə-
lərindən çıxış etmək-
lə, əsasən, səciyyə-
ləndirir. 
Ədəbi qəhrəmanları 
müəllifin mühaki-
mələrindən çıxış et-
məklə səciyyələn-
dirir. 
Hekayədə bədii təs-
vir və ifadə vasitələ-
rinin rolunu aydın-
laşdırmaqda çətinlik 
çəkir. 
Hekayədə bədii 
təsvir və ifadə 
vasitələrinin rolunu 
suallar verməklə, 
müəllimin köməyi 
ilə aydınlaşdırır. 
Hekayədə bədii 
təsvir və ifadə 
vasitələrinin rolunu, 
əsasən, aydınlaşdırır. 
Hekayədə bədii 
təsvir və ifadə 
vasitələrinin rolunu 
aydınlaşdırır. 
 


 218
 
Hekayənin mövzu-
sunu, ideya-bədii 
xüsusiyyətlərini şərh 
etməkdə, əsas-
landırılmış müna-
sibət bildirməkdə 
çətinlik çəkir. 
Hekayənin möv-
zusunu, ideya-bədii 
xüsusiyyətlərini şərh 
edir, suallar və 
müəllimin köməyi 
ilə əsaslandırılmış 
münasibət bildirir. 
Hekayənin 
mövzusunu, ideya-
bədii xüsusiy-
yətlərini şərh edir, 
münasibətini əksər 
hallarda əsaslandırır. 
Hekayənin möv-
zusunu, ideya-bədii 
xüsusiyyətlərini şərh 
edir, onlara əsaslan-
dırılmış münasibət 
bildirir. 
Hekayə ilə bağlı 
təqdimat və 
çıxışlarında müxtəlif 
mənbələrdən 
topladığı 
materiallara 
əsaslanmaqla əsərin 
ideya-bədii 
xüsusiyyətlərini şərh 
etməkdə çətinlik 
çəkir. 
Hekayə ilə bağlı 
təqdimat və çıxışla-
rında  müxtəlif 
mənbələrdən 
topladığı 
materiallara qismən 
əsaslanmaqla əsərin 
ideya-bədii 
xüsusiyyətlərini 
müəllimin köməyi 
ilə şərh edir. 
Hekayə ilə bağlı 
təqdimat və 
çıxışlarında müxtəlif 
mənbələrdən 
topladığı 
materiallara əksər 
hallarda 
əsaslanmaqla əsərin 
ideya-bədii 
xüsusiyyətlərini  
şərh edir. 
Hekayə ilə bağlı 
təqdimat və 
çıxışlarında müxtəlif 
mənbələrdən 
topladığı 
materiallara 
əsaslanmaqla əsərin 
ideya-bədii 
xüsusiyyətlərini şərh 
edir. 
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini  şagirdlərə 
xatırladır. 
 
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
2.2.1. Müzakirələrdə mövzuya, prob-
lemə tənqidi münasibətini əsaslandırır, 
fərqli fikirlərə dözümlülük nümayiş et-
dirir. 
  Hekayə ilə bağlı müzakirələrdə möv-
zuya, problemə tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
3.1.1. Yazacağı mətnin məzmununa 
uyğun üslub müəyyənləşdirir. 
  İnşanın, essenin məzmununa uyğun 
üslub müəyyənləşdirir. 
3.1.2. Müşahidələrinə, əlavə məlumat-
lara əsaslanmaqla əsərin ideya-bədii 
xüsusiyyətlərinə münasibət bildirir. 
  Hekayənin ideya-bədii xüsusiyyətlə-
rinə əlavə məlumatlara əsaslanmaqla 
münasibət bildirir. 
3.1.3. 2,5-3 səhifə həcmində mühakimə, 
təsvir, müqayisə xarakterli mətnlər 
(inşa, esse, məruzə) yazır. 
  Mühakimə xarakterli inşa, esse yazır. 
 
Dərsin tipi: induktiv; bədii əsərin öyrənilməsi. 
İş forması: fərdi iş, bütün siniflə birgə iş. 
İnteqrasiya: Az.d. – 1.1.2. 2.2.3. 3.1.1. X.d. – 4.1.1. 
Metod və priyomlar: əqli hücum, müsahibə, Venn diaqramı, izahlı və ifadəli oxu, 
problemin həlli. 
Təchizat: Dərslik, lüğətlər, iş vərəqləri, şairin portreti.  


 219
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi yolu ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Dərsdə növbəti addım dərslikdə təklif olunmuş mövzunun (Düşdüyü şəraitdən 
və  vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub saxlaya bilərmi?) 
müzakirəsi üzrə  işin təşkili ola bilər. Müzakirəni fərqli formalarda (diskussiya, 
debat və s.) aparmaq mümkündür. Müzakirənin səmərəli keçməsi ona hazırlıq 
işinin aparılmasından xeyli dərəcədə asılıdır. Hələ  dərsə bir neçə gün qalmış 
şagirdlərə bu sualın üzərində düşünmək, həyatda tanıdıqları insanların, tanınmış 
söz sənətkarlarının, elm adamlarının, siyasi xadimlərin həyatı, fəaliyyəti barədə 
bildiklərini təhlil etmək, müəyyən bir qənaətə gəlmək təklif olunur.  
Müzakirədə  şagirdlərin fikirlərini sərbəst ifadə etmələrinə, diskussiyada fəal 
olmalarına, mülahizələrini nümunələrlə əsaslandırmalarına diqqət yetirilir. 
Müzakirə  şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə  səbəb olur ki, 
ləyaqətli insan danışığına, davranışına,  əməllərinə  nəzarət etməyi və obyektiv 
qiymət verməyi bacarır. O, yersiz danışmaqdan, yüngül hərəkətlərdən uzaq olur. 
Belə adamlar vəzifə borcunu heç bir təmənna güdmədən layiqincə yerinə 
yetirdikləri kimi, xeyirxah olmaları ilə  də seçilirlər.  Şəxsi mənafe, mənsəb və s. 
üçün yaltaqlanmaq, başqalarının qarşısında alçalmaq belə adamlara yaddır. Öz 
zəhmətləri, halal qazancları ilə dolanan bu cür insanlarda pul, var-dövlət hərislərinə 
nifrət olur... Ləyaqətli adamlar həmişə haqqın, ədalətin müdafiəçisi olurlar.  
İnsan həyatı mürəkkəb və ziddiyyətlidir, enişli, yoxuşludur. Elə buna görə  də 
ləyaqətli, şərəfli ömür bəzən ona baha başa gəlir, itiriləsi, qurban veriləsi çox şeylər 
olur. Məhz bunun üçün də ləyaqətli insanların birliyi, bir-birinə dayaq olmaları çox 
vacibdir. 
Şagirdlərə “Ana bala ucundan canını oda yaxar”, “Ana evin dirəyidir”, “Ana 
ürəyi, dağ çiçəyi”, “Ana haqqı – Tanrı haqqı”, “Ananın canı övladdadır” atalar 
sözlərindən hansının “Anabacı” hekayəsində  təsvir olunanlarla səsləşməsi barədə 
sualla da müraciət etmək faydalıdır. Müzakirə zamanı  məktəblilərin öz fikirlərini 
əsaslandırmalarına diqqət yetirilir. 
Müzakirədə  şagirdlərin problem barədə müstəqil fikir söyləmələrinə imkan 
yaratmaq üçün Nizami Gəncəvinin aşağıdakı misralarına da münasibət bildirilməsi 
təklif oluna bilər: 
 
  Bacarsan, 
hamının yükünü sən çək, 
 
 
 
İnsana ən böyük şərəfdir əmək. 
 
 
 
Sən də əldən düşüb yorulsan əgər, 
 
 
 
Sənin də yükünü bütün el çəkər. 
 
Şagirdlərdə belə  qənaət yaradılır ki, yazıçı hekayədə Anabacının simasında 
sadə və yoxsul insanların həyatını təsvir etmişdir. Anabacı saf, ləyaqətli, düzlüyü 
sevən,  şərəfini, mənliyini üstün tutan bir insandır. O, çətin bir duruma düşsə  də, 
vüqarını, mənliyini, halallığı qoruyub saxlayır. Yazıçı oxucunun diqqətini öz şərəf 


 220
və  ləyaqətini qoruyan, zəhmətkeş, saf mənəviyyatlı insanların tutduğu yolun 
düzgünlüyünə cəlb edir.  
Məlumdur ki, tətbiq, müzakirə, yaradıcı  iş  dərslərində  motivasiyanın 
yaradılması, tədqiqat sualı daha çox önəm verilən, vaxt ayrılan təlim işi ilə bağlı 
olur.  İnşa və esse üzrə  işin yerinə yetirilməsinə bu dərsdə önəm verildiyindən 
motivasiya və tədqiqat sualı da onlarla bağlı həyata keçirilir. 
Motivasiya, problemin qoyuluşu.  Dərslikdə  təklif olunmuş inşa və esse 
mövzuları (Hekayə insanlara, həyata baxışında hansı  dəyişikliyə  səbəb oldu?; 
Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?)  şagirdlərin 
diqqətinə çatdırılır. Sonra mühakimə xarakterli inşa və esse ilə bağlı 
mənimsənilmiş bilik və bacarıqlar yığcam müsahibə ilə yada salınır. Müsahibə 
tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşdırılır. 
Tədqiqat sualı:  Mühakimə xarakterli inşa və esse üçün təklif olunmuş 
mövzularda, başlıca olaraq, hansı məsələlərə diqqət yetirilməlidir? 
Fərziyyələr dinlənilir və qeydlər aparılır. 
Tədqiqatın aparılması. Öz istəklərinə əsasən seçdikləri mövzu üzrə plan tərtib 
edən şagirdlər müstəqil işləyirlər. Ehtiyac yaranan hallarda müəllim bu və ya digər 
şagirdə istiqamətləndirici suallarla yardım edir. Şagirdlərin müxtəlif mənbələrə 
müraciət etmələrinə, bir sıra hallarda cütlük şəklində fikir mübadiləsi aparmalarına 
imkan yaradılır. 
1.  Müzakirə edin: Düşdüyü şəraitdən və vəziyyətdən asılı olmayaraq, insan öz 
ləyaqətini qoruyub saxlaya bilərmi? 
2.  Mövzulardan birini seçib işləyin. 
 a)  “Hekayə insanlara, həyata baxışımda hansı  dəyişiklik yaratdı?” mövzusunda 
inşa yazın. 
 b)  “Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?” 
mövzusunda esse yazın. 
3. İnşa və esselərdən nümunələri müzakirə edin. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra ayrı-ayrı  şagirdlərin təqdimatı 
əsasında fikir mübadiləsi və müzakirə aparılır.  
 Sonrakı  – nəticənin  çıxarılması, ümumiləşdirmənin aparılması 
mərhələsində isə əldə olunmuş nəticələrlə fərziyyələrin müqayisə edilməsinə daha 
çox diqqət yetirilir. 
Şagirdlərə  məlum olan meyarlara əsasən bu mərhələdə özünüqiymətləndirmə 
də həyata keçirmək olar.  
Qiymətləndirmə.  Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar 
əsasında aparmaq məqsədəuyğundur. 


 221
Qiymətləndirmə meyarları:  
Əsaslandırma 
Nümayişetdirmə  
Müəyyənləşdirmə  
Münasibətbildirmə  
İnşayazma  
Esseyazma  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi 
münasibətini əsas-
landırmaqda, fərqli 
fikirlərə dözümlülük 
nümayiş etdirməkdə 
çətinlik çəkir. 
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi 
münasibətini suallar 
və müəllimin kömə-
yi ilə əsaslandırır, 
fərqli fikirlərə qis-
mən dözümlülük 
nümayiş etdirir. 
Hekayə ilə bağlı mü-
zakirələrdə mövzu-
ya, problemə tənqidi 
münasibətini əsas-
landırır, fərqli fikir-
lərə, əsasən, dözüm-
lülük nümayiş 
etdirir. 
Hekayə ilə bağlı 
müzakirələrdə möv-
zuya, problemə 
tənqidi münasibətini 
əsaslandırır, fərqli 
fikirlərə dözümlülük 
nümayiş etdirir. 
İnşanın, essenin 
məzmununa uyğun 
üslub müəyyənləş-
dirməkdə çətinlik 
çəkir. 
İnşanın, essenin 
məzmununa uyğun 
üslubu suallar və 
kömək əsasında 
müəyyənləşdirir. 
İnşanın, essenin 
məzmununa uyğun 
üslubu, əsasən, 
müəyyənləşdirir. 
İnşanın, essenin 
məzmununa uyğun 
üslub müəyyən-
ləşdirir. 
Əlavə məlumatlara 
əsaslanmaqla  
əsərin ideya-bədii 
xüsusiyyətlərinə 
münasibət bildir-
məkdə çətinlik çəkir. 
Əsərin ideya-bədii 
xüsusiyyətlərinə 
qismən əlavə mə-
lumatlardan çıxış 
etməklə münasibət 
bildirir.  
Əsərin ideya-bədii 
xüsusiyyətlərinə, 
əsasən, əlavə məlu-
matlardan çıxış 
etməklə münasibət 
bildirir. 
 
Əsərin ideya-bədii 
xüsusiyyətlərinə  
əlavə məlumatlara 
əsaslanmaqla 
münasibət bildirir.  
Mühakimə xarakterli 
inşa, esse yazmaqda 
çətinlik çəkir. 
Mühakimə xarakterli 
inşanı, esseni möv-
zunu qismən əhatə 
etməklə, fikrin ifa-
dəsində məntiqilik 
və ardıcıllığı göz-
ləməklə yazır. 
Mühakimə xarakterli 
inşanı, esseni möv-
zunu, əsasən, əhatə 
etməklə, fikrin 
ifadəsində məntiqilik 
və ardıcıllığı 
gözləməklə yazır. 
Mühakimə xarakterli 
inşanı, esseni 
mövzunu əhatə et-
məklə, fikrin ifa-
dəsində məntiqilik 
və ardıcıllığı 
gözləməklə yazır. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə 
xatırladır. 


 222
Mənbələr 
 
1. 
“Heydər Əliyev və mədəniyyət”. 3 cilddə. Bakı: Nurlar, 2008. 
2. 
Azərbaycan Respublikası  Təhsil nazirinin “Ümumtəhsil məktəb  şagird-
lərinin mütaliə  vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə  mədə-
niyyətinin formalaşdırılması ilə bağlı  tədbirlər barədə”  əmri (http://edu. 
gov.az /az/page/81/9763) 
3. 
Abbasov  Ə. “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: müasir baxış  və 
konseptual yanaşmalar”. Azərbaycan məktəbi, 2007 N 4. 2005. 
4. 
Abbaslı B. Ədəbiyyatdan V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin 
tədrisi. Bakı, 2010. 
5. 
Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009. 
6. 
Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006. 
7. 
Azərbaycan Respublikasında ümumi təhsil sistemində Qiymətləndirmə 
Konsepsiyası. Kurikulum, 2009, N 2. 
8. 
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. 
Azərbaycan müəllimi qəzeti. 25 oktyabr 2013. N 41 (8558). 
9. 
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni 
kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər 
üçün). www. kurikulum.az/ images/.../edebiyyat.pdf) 
10. 
Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu. 2006.  
11. 
Aslanov Y. Ədəbiyyat tədrisi: Ənənə və müasirlik. Bakı: APU-nun nəşri, 
2011. 
12. 
Bəylərov E. Formativ qiymətləndirmə. Kurikulum, 2009 N 2. 
13. 
Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: Elm, 1977.  
14. 
Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı: Çaşıoğlu, 2004. 
15. 
Энциклопедия интерактивного обучения. Е.Пометун. Киев, 2007. 
16. 
Əliyev P.B. Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və 
praktik problemləri. (Şeir nümunələri əsasında) Bakı: Nurlan, 2000. 
17. 
Ərəb-fars sözləri lüğəti. I-II cild. Bakı: Şərq-Qərb, 2005. 
18. 
Əsgərli Z. Poetika. İzahlı sözlük. Bakı: Elm, 2014, 262 s. 
19. 
İnnovativ təlim metodları  və texnologiyaların tezaurusu. Bakı: XXI Əsr 
Təhsil Mərkəzi, 2014. 
20. 
Krouford A., Vendi Soul E., Metyu S., Makinster C. Düşünən sinif üçün 
öyrətmə və öyrənmə üsulları. Bakı, Müasir Təhsil və Tədrisə Yardım Mər-
kəzi, 2012. 
21. 
Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, 456 s. 
22. 
Qəribli İ. Sözün sehri. Bakı: Elm və təhsil.2014.  
23. 
Методика преподавания литературы. В 2-х частях. Под ред. О.Ю.Бог-
дановой, В.Г.Маранцмана. М.: Просвещение, 1995. 
24. 
Mikayılov Ş. Bəkirova A. Əliyeva Ş. V–XI siniflərin ədəbiyyat dərslərində 
təlim texnologiyalarından kompleks şəkildə istifadə. Bakı: Çaşıoğlu, 2008. 
25. 
Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988. 
26. 
Muradov B. Orta məktəbdə ədəbi əsərlərin öyrədilməsi. Bakı: Maarif, 1992. 


 223
27. 
Müasir Azərbaycan ədəbiyyatı Bakı: Bakı Universiteti, 2007. 564 s. 
28. 
“Müəllimlik bir missiyadır”. Azərbaycan Respublikasının Təhsil naziri Mi-
kayıl Cabbarovla müsahibə. "Azərbaycan müəllimi" qəzeti. 15 avqust 
2014-cü il. 
29. 
Müəllim hazırlığının və orta təhsilin perspektivləri. (Qərb təhsil sisteminin 
təcrübəsi əsasında). Müəllim üçün vəsait. Bakı, İREX, 2005. 
30. 
İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllim üçün vəsait. Bakı, 
İREX, 2005. 
31. 
Hacıyev AAzərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil, 2003. 
32. 
Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979. 
33. 
Həsənli B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2014. 
34. 
Həsənli B. IX sinifdə ədəbiyyat tədrisi. Bakı: Müəllim, 2006.  
35. 
Həsənli B., Abdullazadə. N. İfadəli oxu. Bakı: Müəllim, 2015. 
36. 
Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv 
təlim. Bakı, 2009. 
37. 
Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU-nun nəşri, 2009. 
38. 
Hüseynoğlu S. Yeni təlim texnologiyaları və ədəbiyyat dərslikləri. Azərb. 
dili və ədəb tədrisi 2015 N 2, s.25-32. 
39. 
Təhsil lüğəti. Bakı: Müasir təhsil və Tədrisə Yardım Mərkəzi. 2011. 
40. 
Тимофеев  Л.И.  Основы  теории  литературы.  Москва:  Просвещение, 
1976. 
41. 
Veysova Z.A. Fəal/interaktiv təlim. Bakı, 2007. 
42. 
Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun nəşri. 
2010. 
43. 
http:// edu.gov.az 
44. 
http://kurikulum.az 
45. 
http://pedsovet.org 
46. 
http:// currikulum.org 
47. 
www. kurikulum.az/ images/.../edebiyyat.pdf) 
48. 
http://www.anl.az/down/anar70.pdf 
 


 224
 
 
 
 
 
 
 
 
Ədəbiyyat – 9 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Ədəbiyyat” fənni üzrə  
müəllim üçün metodik vəsait 
 
 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:    
Bilal Ağaba
la oğlu Həsənov 
Aynur Cəfər qızı Mustafayeva 
Soltan Hüseyn oğlu Əliyev 
Nuriyyə Vəli qızı Verdiyeva 
 
 
Nəşriyyat redaktoru  K.Abbasova 
Texniki redaktoru 
Z.İsayev 
Dizayneri
    
P.Məmmədov  
Korrektoru  
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli 369 №-li 
əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016 
 
 
Kağız formatı: 70 x 100
1
/
16
.   
Səhifə sayı 224. Fiziki çap vərəqi: 14.  
Tirajı: 7200. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur. 
 

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə