Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   88

 206
Başqa sözlə, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə etmək 
mümkündür. Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdıran müəllim 
tapşırığın suallarını (hər qrupa bir sual təqdim etməklə) iş  vərəqlərində  əks 
etdirməlidir.  
2.  Sizcə, əsər hansı mövzuda yazılmışdır? Oxşar hesab etdiyiniz əsərlə 
(məsələn, C.Cabbarlının aşağıda verilmiş şeiri ilə) müqayisə etməklə fikrinizi 
əsaslandırın.  
 
 
Azərbaycan bayrağına 
(ixtisarla) 
Kölgəsində ay əyilib bir gözəli qucmada. 
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 
Şu görünüş bir ananın şəfqətinə oxşuyor. 
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor. 
 
Bu ay, yıldız, boyaların qurultayı nə demək? 
Bizcə, böylə söyləmək: 
 
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 
Bir türk oğlu olmalı! 
 
Yaşıl boya islamlığın sarsılmayan imanı, 
Ürəklərə dolmalı! 
 
Şu al boya azadlığın, təcəddüdün fərmanı, 
Mədəniyyət bulmalı! 
 
Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu 
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, 
Səhərlərə uçmuşdur! 
 
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani, 
Yurdumuzu qucmuşdur! 
 
Allah, əməllərim edib şu bayrağı intiqal, 
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL! 
 
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin
O gün olsun, bir göy bayraq Turan üstə açılsın. 
 
 
 


 207
№ 
 
Hansı  əsasa (əlamətə) 
görə müqayisə edilirlər? 
Ə.Cavad. 
“Azərbaycan 
bayrağına” 
C.Cabbarlı. 
“Azərbaycan 
bayrağına” 
1 Mövzuya 
görə 
 
 
2   Məzmuna görə 
 
 
 
3.  Əsərdə  əksini tapmış  mətləblərdən hansını daha əhəmiyyətli hesab 
edirsiniz? Cədvəldən istifadə edin. 
 
Əsərdə  əksini tapmış 
əsas mətləblər 
Bunu təsdiq edən 
nümunələr 
Mühüm hesab etdiyiniz 
mətləblərə münasibətiniz 
 
 
 
 
 
 
 
4.  Lirik qəhrəman haqqında aydın təsəvvür qazandınız. Onu necə səciyyələn-
dirərdiniz? Cədvəldən istifadə edin. 
 
Lirik qəhrəmanın 
xarakterindəki başlıca 
cəhətlər 
Bunu təsdiq edən 
nümunələr 
Lirik qəhrəmana 
münasibətiniz 
 
 
 
 
 
 
 
5.  Əsərin bədii təsir gücünü artıran vasitələrin rolunu nümunələr  əsasında 
aydınlaşdırın. Cədvəldən istifadə edin. 
   
№ 
Əsərin bədii təsir gücünü  artıran 
vasitələr  
Onların rolunu nümunələr 
əsasında aydınlaşdırın 
1 Sözlərin, ifadələrin uğurla seçilməsi  
2 Uğurlu qafiyələr  
3 Bədii təsvir vasitələri  
4 Bədii ifadə vasitələri  
 
6.  Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? 
 
Əsərdəki başlıca fikir – ideya 
Nə üçün belə düşünürsünüz? 
 
 
 


 208
Həmin tapşırıqdakı suallar vəsaitdə  təklif edilmiş  tədqiqat sualının 
araşdırılmasına, aydınlaşdırılmasına imkan yaradır. Məsələn, ikinci sualın üzərində 
işləyən  şagirdlər aydınlaşdırırlar ki, milli bayrağımıza həsr olunmuş digər 
əsərlərdən fərqli olaraq, bu şeirdə mövzu daha genişdir, elə buna görə  də o, 
başqalarından məzmunca da seçilir, fərqlənir. Üçüncü sual da tədqiqat sualı ilə sıx 
bağlıdır. Onu araşdıran  şagirdlərə  məlum olur ki, əsərdə  əksini tapmış mühüm 
mətləblərdən biri bütün türk xalqlarının taleyi ilə bağlı mövqeyin ifadə edilməsidir. 
Tapşırığın digər sualları da tədqiqat sualındakı başlıca tələbin aydınlaşdırılmasına, 
ümumilikdə tədqiqatın səmərəli aparılmasına zəmin yaradır.  
Hansı  təlim metodlarının, iş formalarının tətbiqindən asılı olmayaraq, 
tədqiqatın gedişində bütün şagirdlərin fəaliyyəti müəllimin nəzarəti altında olmalı, 
diqqətindən yayınmamalıdır. 
Məlumat mübadiləsi  mərhələsində araşdırmaların nəticələri barədə  ətraflı 
məlumatın verilməsi və fəal dinləmə təmin edilməlidir. Fikirlərin birtərəfli, dayaz, 
hətta yanlış olması hallarına təbii baxılmalı, sualların verilməsinə imkan 
yaradılmalıdır. Bu mərhələdə başlıca məqsəd  şagirdlərin (qrupların) bir-birinin 
işinin məzmunu ilə tanış olmalarıdır. Cavabların dəqiqləşdirilməsi, 
dərinləşdirilməsi, sistemə salınması növbəti mərhələdə həyata keçirilir. 
Məlumatın müzakirəsi və  təşkili  mərhələsində  səsləndirilmiş fikirlərə 
münasibət bildirilir, birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilir, deyilənlərin 
əlaqələndirilməsi, müqayisə edilməsi, vahid xətt əsasında sistemə salınması həyata 
keçirilir. Müzakirənin diskussiya xarakterli olması, hər bir şagirdə  sərbəst fikir 
mübadiləsi aparmaq imkanının yaradılması təmin edilir. Şagirdlər hiss etməlidir ki, 
onların cavabı ümumi işə bir töhfə kimi qəbul edilir, diqqətdən kənarda heç nə 
qalmır. Bu, onların daha məsuliyyətli olmaları  və  həvəslə  işləmələri üçün stimul 
rolunu oynayır.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsinin səmərəli 
təşkili üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması faydalıdır. 
Bu suallar şagirdlərin fəallaşdırılması vasitəsi olmalı, onları müstəqil fikir 
söyləməyə, ümumiləşdirmələr aparmağa yönləndirməlidir.  İndiyə  qədər deyilmiş 
bütün fikirlərin ümumi ideya halına salınması və ümumiləşdirilməsi bu mərhələdə 
xüsusi diqqət yetirilən məsələlərdən olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir 
ki, müstəqilliyini  əldə edən Azərbaycanın milli bayrağının parlament binasının 
üzərində qaldırılması  şairdə böyük sevinc və qürur hissi yaratmış, o, türk 
xalqlarının da bu taleyi yaşamasını arzulamışdır. 
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mən-
subiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı 
bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. 
Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə 
bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə