Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə80/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

 194
I qrup 
Bəndləri diqqətlə oxuyun, sual və tapşırıqlar üzrə təqdimata hazırlaşın. 
 
 
Düşmən bilir, bu torpağın altı nədir, üstü nə,  
Onunçün də od yağdırır gecə-gündüz üstünə.  
Qurban olum dumanına, qurban olum tüstünə,  
Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim! 
 Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
 
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,  
Yetmiş yeddi yara var sinələrin dağında.  
Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında,  
Dağ yandırar intizarım, daş yandırar həsrətim, 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
1. Şeirdə düşmənin vətənimizə göz dikməsinin səbəbi haqqında nə deyilir? 
2. Doğma torpağın işğal olunması şairə necə təsir edir? 
3. Vaqif, Şəmşir, Ələsgər dedikdə şair kimləri nəzərdə tutur?  
4. Aşağıdakı nümunələrdə hansı  bədii təsvir və ifadə vasitələri işlənib və onlar 
fikrin təsir gücünü necə artırır? 
 
Əsərdən nümunələr Bədii təsvir 
və ya ifadə 
vasitəsinin 
növü 
Fikrin təsir 
gücünün 
artmasında rolu 
 
Düşmən bilir, bu torpağın altı  nədir, üstü nə, 
Onunçün də od yağdırır gecə-gündüz üstünə.  
 
 
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında...  
 
Dağ yandırar intizarım, daş yandırar həsrətim!  
 
Dur ayağa, məmləkətim, dur ayağa millətim!  
 
 
II qrup 
Bəndləri diqqətlə oxuyun, sual və tapşırıqlar üzrə təqdimata hazırlaşın. 
 
Məzarsızdır meşələrdə qaçqın olub ölənlər,  
Kəfənsizdir son tikəni körpəsiylə bölənlər. 
Qismətimiz uçurumlar, aşırımlar, bələnlər, 
İçərimi yedi-tökdü hirsim, kinim, nifrətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 


 195
İtkinlərin tapılsa da, ölənlərin dirilməz, 
Baltalanıb budanmışam, budaqlarım gərilməz. 
Ağac əkdim, meyvələri öz əlimlə dərilməz,  
Yağıların pəncəsində cəhənnəmdir cənnətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!  
 
1. Əsərdə xalqımızın itkiləri: qaçqınlar, şəhidlər haqqında hansı fikirlər söylənilir? 
2. Şair nə üçün öz hirsindən, kinindən, nifrətindən söz açır? 
3. “Ağac  əkdim, meyvələri öz əlimlə  dərilməz” misrasında ifadə olunmuş fikri 
aydınlaşdırın.  
4. “Yağıların pəncəsində  cəhənnəmdir cənnətim” misrasında hansı  bədii ifadə 
vasitəsinin işləndiyini, fikrin təsir gücünün artmasında rolunu izah edin. 
 
III qrup 
Bəndləri diqqətlə oxuyun, sual və tapşırıqlar üzrə təqdimata hazırlaşın. 
 
Haqsız meydan suladıqca əlimizdən haqq gedir,  
Gözümüzdən arx açılır, çay gedir, bulaq gedir.  
Qarış-qarış, parça-parça yurd gedir, torpaq gedir,  
Mən ki əsir olmamışam, nədir bu əsarətim?  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
Nifrətini silah elə, gəl, silahı gözləmə,  
Sarıl bu inamına, gəl, sabahı gözləmə.  
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə, 
Ona-buna göz dikənə yoxdur mənim rəğbətim, 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
  
1. “Haqsız meydan suladıqca əlimizdən haqq gedir” misrasında ifadə olunan fikri 
aydınlaşdırın. 
2. “Mən ki əsir olmamışam, nədir bu əsarətim?” misrasında hansı  bədii ifadə 
vasitəsi işləndiyini, fikrin təsir gücünün artmasında rolunu izah edin. 
3. “Nifrətini silah elə, gəl, silahı gözləmə, Sarıl bu inamına, gəl, sabahı gözləmə” – 
şairin belə qənaətə gəlməsinə səbəb nədir?  
4. Şair “Ona-buna göz dikənə yoxdur mənim rəğbətim” dedikdə nəyi nəzərdə tutur? 
 
IV qrup 
Bəndləri diqqətlə oxuyun, sual və tapşırıqlar üzrə təqdimata hazırlaşın. 
 
Torpağımız neçə dəfə tapdalanmış, talanmış,  
Durugözlü çeşmələrə qızıl qanlar calanmış. 
Babəkim də, Koroğlum da, Xətayim də yalanmış,  
Haqqımızı qaytarmasaq, sən arxasız, mən yetim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!  


 196
 
Nə Tərtərdə ləzzət qaldı, nə Qarqarda, Xaçında, 
Oğul qanı xınalandı anaların saçında.  
Şəhid oldum Xocalıda, şəhid oldum Laçında,  
Bu yolların son ucunda şəhidlikdir qismətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
1.  Şair nə üçün “Babəkim də, Koroğlum da, Xətayim də yalanmış, Haqqımızı 
qaytarmasaq, sən arxasız, mən yetim” deyir? 
2. “Oğul qanı xınalandı anaların saçında” misrasında ifadə olunan fikri şərh edin.  
3. Aşağıdakı nümunələrdə hansı  bədii təsvir və ifadə vasitələri işlənib və fikrin 
təsir gücünün artmasında onların rolu nədən ibarətdir? 
 
 
Əsərdən nümunələr 
Bədii təsvir və 
ya ifadə 
vasitəsinin 
növü 
Fikrin təsir 
gücünün art-
masında rolu 
Durugözlü çeşmələrə qızıl qanlar calanmış 
 
 
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında   
Dağ yandırar intizarım, daş yandırar həsrətim  
 
Dur ayağa, məmləkətim, dur ayağa millətim    
 
V qrup 
M.Arazın “Əsgər oğul”  şeirini nəzərdən keçirin, bir-birinizlə  əməkdaşlıq 
etməklə tapşırığı yerinə yetirin. 
 
1. Mövzu, problem, ideya baxımından “Dur ayağa, məmləkətim!” və “Əsgər oğul” 
şeirlərinin oxşar və  fərqli cəhətlərini müəyyənləşdirin. Müqayisə  cədvəlindən 
istifadə edin. 
Əsərlərin adı 
Hansı cəhətlərinə 
görə müqayisə 
olunurlar? 
“Dur ayağa, məmləkətim!” “Əsgər oğul” 
Mövzu  
 
Problem  
 
İdeya  
 
 


 197
2. Şeirdən iki bəndin ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən istifadə edin. 
Məlumat mübadiləsi və müzakirəsi.  Tədqiqatın aparılmasına ayrılmış vaxt 
başa çatdıqdan sonra təqdimatlar dinlənilir. Müzakirədə şagirdlərin lirik qəhrəman 
obrazına, əsərin bədii xüsusiyyətlərinə münasibətinə aydınlıq gətirilir. Bu mövzuda 
əsərlərin müasir dövr üçün əhəmiyyəti barədə fikirlərin dinlənilməsinə  və 
müzakirəsinə önəm verilir.  
Nəticənin çıxarılması, ümumiləşdirmə aparılması mərhələsində şagirdlərdə 
belə bir qənaət möhkəmlənir ki, vətənimizin düşdüyü vəziyyətlə heç cür 
barışmayan şair doğma xalqına müraciət edərək hamının qəlbindən keçənləri dilə 
gətirir: Vətən torpağı xilas edilməlidir, bunu yalnız özümüz edə bilərik!  
Çıxarılmış nəticə fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir.  
Formativ qiymətləndirmədə  şagirdlərin fəallığı, özünüqiymətləndirmə  və 
qarşılıqlı qiymətləndirmə  təmin olunur. Bunun üçün müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilir. Bu istiqamətdə  işin ardıcıl və  səmərəli təşkili 
şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf 
etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər. 
 
Evdə  iş.  “Qarabağı azad etmək üçün hansı  şərtlərin olmasını vacib sayıram” 
mövzusunda məruzəyə hazırlaşın. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə