Microsoft Word ?d?b-9 Mv capa doc


Azərbaycan dövlətinin rəmzləri



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə82/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

 201
Azərbaycan dövlətinin rəmzləri 
(Konstitusiyanın 33-cü maddəsi) 
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının 
Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan 
Respublikasının Dövlət Himnidir. 
II. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan 
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və 
qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli 
ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 
III. Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası 
Dövlət Gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və 
mətni Konstitusiya qanunu ilə müəyyən edilir. 
 
Dövlət Bayrağı 
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il 
aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan 
sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. 
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin qərarı ilə  bərpa edilmiş  və Muxtar Respublikanın dövlət bayrağı 
kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi 
Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi 
dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış  və üçrəngli bayrağın 
Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. 
Azərbaycan Respublikasının Dövlət Bayrağı  bərabər enli üç üfüqi zolaqdan 
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi 
rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət 
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına 
mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə  ağ 
rəngli aypara ilə  səkkizguşəli ulduz təsvir edilmişdir. “Ay-ulduz”un mənası – 
Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur, səkkizguşəli ulduzun 
mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə 
ki,  əski  əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Bəzi tədqiqatçıların 
fikrincə isə, Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən səkkiz prinsipə 
əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, 
bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. 
Ulu Öndər Heydər  Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan 
Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" 
sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. 
“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müs-
təqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, 


 202
hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həya-
tının əziz bir hissəsi olsun” – deyə Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir.  
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi 
keçirilmişdir. Mərasimdə  çıxış edən Prezident İlham  Əliyevin bayrağımızla bağlı 
fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq meydanı 
Bakını, bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcək-
dir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, 
doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bay-
rağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bay-
rağı dalğalanır. Azərbaycan  ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət 
bayrağımız bu gün hələ  də  işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim 
bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz 
hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. 
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır. 
Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə
sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır? 
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur. 
Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının 
(şeirdə izahına ehtiyac duyulan söz və ifadələrin, mətnaltı  mənaların olduğu da 
unudulmamalıdır) tətbiqi ilə  təşkil edilə bilər.  Əsərin oxusu üzrə  işin bir variantı 
dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər.  
 
1.  Şeiri fərdi olaraq səssiz oxuyun, ikihissəli gündəlikdə qeydlər edin. 
 
№ 
Əsərdə diqqətimi daha çox cəlb 
edənlər 
Bunun səbəbi 
 
 
 
        
2.  Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib 
qənaətlərinizi bölüşün. 
3.  Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə 
aparın. 
Şeiri fərdi səssiz oxuyan şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli 
gündəlikdə qeydlər edirlər. Əsərə münasibətdə  mövqeləri eyni, yaxud yaxın olan 
şagirdlərin kiçik qruplarda birləşmələrinə  və fikirlərini bölüşmələrinə imkan 
yaradılır. 
Qrup sözçülərinin təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır. 
Həmin prosesdə bədii təsvir və ifadə vasitələrinin hansı səviyyədə müəyyənləş-
dirildiyi aşkara çıxarılır. Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu 
barədə  şagirdlərdə dolğun təsəvvürün yaranması  məqsədi ilə istiqamətləndirici 
suallardan istifadə edə bilər. 
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli gündəliyin arxa plana 
keçirilməsi ola bilər. Yəni  şagirdlər  şeiri müstəqil (fərdi səssiz) oxuduqdan sonra 
ehtiyac duyduqları  mətləbləri müəllimin sualları  əsasında aydınlaşdırırlar. Məhz 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə